Media
“The Economist” jurnalının COVİD-lə bağlı sensasion hesablaması
Böyük Britaniyanın “The Economist” jurnalı koronavirusdan ölənlərin sayı ilə bağlı öz hesablamasını aparıb. Jurnal ortaya qoyduğu nəticələri “COVİD-19 infeksiyasından ölənlərin əsl sayı” kimi təqdim edir və rəsmi statistikanın reallığı əks etdirmədiyini vurğulayır. Jurnalın bu mövzuda dərc etdiyi mə...
CNN-dən Rusiya səfirinə sual: Putin Navalnıdan qorxurmu?
ABŞ-ın CNN kanalının efirində məşhur jurnalist Kristian Amanpurla Rusiyanın Avropa İttifaqındakı səfiri Vladimir Çijov arasında maraqlı mükalimə olub. Novator.az-ın məlumatına görə, onlayn bağlantı zamanı Kristian Amanpur Vladimir Çijova deyib: “Rusiyada həbsdə saxlanan müxalifət lideri Aleksey Nava...
“Facebook” 18 milyon postu niyə silib?
Novator.az saytı Kanadanın “Global News” kanalının internet səhifəsində dərc edilmiş “Facebook”da saxta xəbərlər: COVİD-19 barədə dezinformasiyanı əks etdirən 18 milyon post silinib” başlıqlı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Məqalənin müəllifi Reyçel Qilmordur. “F...
Sabir Rüstəmxanlı ordenlə təltif olundu
Prezident İlham Əliyev şair, yazıçı-publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib. Təltif Sabir Rüstəmxanlının Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə əsaslandırılıb. Mayın 20-də Sabir Rüstəmxanlının 75 yaşı tamam olu...
Avropadan yeni cərimələr
Avropa İnsan Hüquqları Məhkəməsi mayın 20-də Azərbaycanla bağlı yeni qərarlar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatından imtina olunmasından 12 şikayət üzrə birgə qərarda iddiaçıların birləşmək azadlığı hüququnun pozunt...
Hərbi jurnalist, yoxsa müharibə müxbiri?
Hikmət Nazim Yazı-pozu adamı olduğumu nəzərə alıb hərdən soruşurlar: filankəs özünə “hərbi jurnalist” deyir, o, həqiqətən də hərbi jurnalistdir? Cavabım belə olur ki, təkcə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi 4 mindən çox məzuna diplom verib, amma həmin fakültədə “hərbi jurnalistika” ...
Polad Aslanovdan aclıq xəbəri
Məhbus jurnalist Polad Aslanov Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Məlumatı Müdafiə Xətti hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov mayın 18-də yayıb. Hüquq müdafiəçisi bildirir ki, Polad Aslanov ailə üzvləri və vəkili ilə telefon danışığına məhdudiyyət qoyulma...
“Facebook” ən böyük gücünü itirdi – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Facebook” ən böyük gücünü itirdi” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Molli Robertsdir. Onun “Vaşinqton Post”dakı vəzifəsi redaksiya heyətinin texnologiyalar və cəmiyyət məsələləri ilə bağlı mövqeyini ifadə etməkdir. Yəni Molli Robertsin məqalələri “Vaş...
Britaniya mediası hədəfə alınıb – “The Sunday Times”
Böyük Britaniyanın “The Sunday Times” qəzetində “Putinin trolları Britaniya qəzetlərini hədəfə alıb” başlıqlı məqalə dərc olunub. Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, rusiyalı trol şəbəkəsi moskvapərəst fikirləri yaymaq məqsədilə Britaniya mətbuatını hədəf seçib. Bunu Britaniyan...
Radiotezliklər qurumu: yeni sərəncamda nələr var?
Mayın 4-də prezident İlham Əliyev Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılmasına sərəncam verib. Radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadə sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək komissiyaya sədrlik nəqliyyat, rabitə və yüksək...
Sağ əlin üçüncü barmağındakı döyənək
Süleyman Qaradağlı Nə vaxt doğulmaq, dünyaya nə vaxt gəlmək kimin öz əlindədir ki? Doğulmaq tale işidir. Onun da bəxtinə fevralın son günlərində doğulmaq düşüb. Hərdən buna etiraz edərək “İldə bir dəfə ad günüm olur, o da Xocalı ilə eyni vaxta düşür”, – deyir. Ad günlərinin təmtəraqla qeyd edi...
Milli Televiziya və Radio Şurasına yeni təyinat
Aprelin 29-da sərəncam imzalayan prezident İlham Əliyev tanınmış telejurnalist Mübariz Əsgərovu 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edib. Milli Televiziya və Radio Şurası 2002-ci ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək v...
Baydenin planı – Türkiyə mediası
Novator.az saytı Türkiyənin “Hürriyyət” qəzetində dərc edilmiş “Baydenin planı” yazısını Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucuların diqqətinə çatdırır. Yazının müəllifi Nedim Şenerdir. ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1981-ci il aprelin 22-də səsləndirdiyi “erməni soyqırımı” yalan...
Ağ ev Ərdoğanı niyə qaralayıb? – “NBC News”
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində ABŞ-Türkiyə münasibətlərindəki problemlər, Baydenin “erməni soyqırımı”nı tanımasının səbəbləri haqda məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun böyük elmi işçisi Soner Çaqaptaydır. Novator.az-ın məlumatına gö...
Avropa Məhkəməsindən yeni cərimələr
Aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə yeni qərarlar açıqlayıb. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, Azərbaycan dövlətinin jurnalist Əvəz Zeynallıya 13 min avro təzminat ödəməsinə qərar verilib. Rüşvət tələbi ittihamı...
Dünyanın ən varlı 10 qadını
Bu ayın birinci ongünlüyündə dünyanın ən varlı adamlarının siyahısını açıqlayan “Forbes” jurnalı onların arasından qadınları seçərək ayrıca dünyanın ən varlı qadınlarının siyahısını da tərtib edib. Novator.az xəbər verir ki, “Forbes”in hesablamasına görə, dünyanın ən varlı qadını Fransanın “L’Oreal”...
Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir
Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı reytinqi açıqlayıb. Azərbaycan 180 ölkəlik siyahıda 167-ci yerdə göstərilir. Novator.az-ın məlumatına görə, Estoniya 15-ci, Latviya 22-ci, Litva 28-ci, Gürcüstan 60-cı, Ermənistan 63-cü, Qı...
Səbinə Əvəzqızından təşəkkür
Tanınmış jurnalist Səbinə Əvəzqızı müalicəsinə verilən dəstəyə görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. O, aprelin 20-də özünün “Facebook” səhifəsində yazır ki, bir müddət əvvəl xərçəng xəstəliyinə tutulub: “Problemdən xəbər tutan kimi həmkarlarım dər...
Azərbaycanın mədəni-ictimai həyatında tatarlar
Doğmalığa qayıdışın əzablı və keşməkeşli yüzillik tarixçəsi qısa xülasədə Tatarların Azərbaycanla ədəbi-mədəni, hərbi-siyasi əlaqələrinin yüz ildən artıq tarixi var. Bu bağların yaranmasına həm ictimai-fəlsəfi düşüncə sahibi olan ziyalıların ideoloji təbliğatı, həm də şəxsi münasibətlər, sevgi, izdi...
Publisistik yazı müsabiqəsi elan olunur
“Qobustan” İsveç Aydınlar Ocağı Qarabağın xarabalığa çevrilmiş şəhər və kəndlərini öz gözüylə görən yazarlar, jurnalistlər arasında “Bəşəri cinayət – Qarabağ xarabalıqları” adlı publisistik yazı müsabiqəsi elan edir. Müsabiqənin məqsədi Qarabağda törədilmiş insanlığa qarşı cinayəti yer üzündən silin...