Hüquq
Milli Şuradan etiraz, tələb
Demokratik Qüvvələrin Milli Şurası Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevlə bağlı bəyanat yayıb. Ukrayna vətəndaşı olan Elxan Nuriyev oktyabrın 2-si Polşada tutulub. Onun Azərbaycanda qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə beynəlxalq axtarışda oldu...
İş və istirahət günləri qərarı
Nazirlər Kabineti iş və istirahət günləri ilə bağlı yeni qərar verib: 2022-ci ilin 7 noyabr iş günü (bazar ertəsi) ilə 5 noyabr istirahət gününün (şənbə) yerləri dəyişdirilib. Zəfər Günü (8 noyabr) çərşənbə axşamına, Dövlət Bayrağı Günü (9 noyabr) çərşənbəyə düşür. Beləliklə, ardıcıl 4 gün – 6...
Elm Fonduna rəhbər təyin edildi
Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun icraçı direktoru təyin edilib. Prezident İlham Əliyev sərəncamı oktyabrın 18-də imzalayıb. 1977-ci il təvəllüdlü Mehriban İmanova 2019-cu il sentyabrın 20-dən Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub. Oktyabrın 15-də dövlət b...
Miqrasiya məmurlarının sosial təminatı necə yenilənir?
Oktyabrın 18-də Milli Məclis “Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə”də dəyişikliklərə ilk oxunuşda tərəfdar çıxıb. Novator.az-ın məlumatına görə, 80-ci maddə bu redaksiyada verilir: “Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlər...
Diplomatik korpus sərəncamları
Anar Laçın oğlu İmanov Azərbaycanın Vyetnamda, eyni zamanda Kamboca və Laosda səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev sərəncamı oktyabrın 18-də imzalayıb. Başqa sərəncamlarla Fəxrəddin İsa oğlu Qurbanov Xorvatiyada səfir postundan götürülüb, onu Anar İmanov əvəzləyib. Şövqi Kamal ...
Sülh və real sülh
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması və “söhbətin bağlanması” bəzi xarici qüvvələrin qondarma Dağlıq Qarabağ rejimini rəsmən tanımasına yol aça bilər: “Sülh müqaviləsində keçmiş Dağlıq Qarabağ Muxtar Vila...
İstiqlal təbriki
AXCP sədri Əli Kərimli istiqlal təbriki yayıb. Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varis...
ADR-in bir ili, niyyəti
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının 1 yaşı tamamlanıb. Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu yazır ki, il tarix üçün çox qısa müddət olsa da, ADR ölkənin ictimai-siyasi həyatında doğru mövqe tutmağı, xalqın dərdlərini ölkənin gündəliyinə çevirməyi, ədalətsizliyə,...
İsveçdə baş nazir seçildi
İsveç parlamenti oktyabrın 17-də Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristerssonu baş nazir seçib. Novator.az-ın məlumatına görə, mötədillər hökuməti Xristian Demokrat Partiyası və Liberallar Partiyası ilə birgə qurur, koalisiyaya İsveç Demokratları Partiyası da dəstək verir. 1963-cü il təvəll...
Göyçayda yeni icra başçısı
Göyçay Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib: Natiq Ağayev. Sərəncam oktyabrın 17-də imzalanıb. Novator.az bildirir ki, Göyçayın icra başçısı vəzifəsi 2022-ci il fevralın 28-dən, Mehdi Səlimzadə işdən götürülən gündən boş idi.
Səfir təyinatları
Prezident İlham Əliyev Azərbaycanın xaricdəki diplomatik korpusunda yeniliklərə imza atıb. Mahir Məmməd oğlu Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfir vəzifəsindən geri çağırılıb, Elçin Tələt oğlu Bağırov prezidentin protokol xidmətinin rəisi vəzifəsindən çıxarılaraq Birləşmiş Ərəb Əmirliklərində s...
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidməti yanvar-sentyabr ayları üzrə hesabat yayıb. Statistikaya görə, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulması 12964 qərarla nəticələnib. 3568 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 3621 qərar ölkədə yaşamanı qanuniləşdirib. 850 qərarda ölkədən...
Nüvə böhranı. Putinə baxanda nə görünür? – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Mən 13 günlük Kuba raket böhranını araşdırmışam. Putinə baxanda nə görürəm?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Maykl Dobbsdur. O həmçinin “Gecə yarısına bir dəqiqə qalmış: Kennedi, Xruşşov və Kastro nüvə müharibəsi astanasında” kitabının müə...
Azərbaycan Elm Fondu yaradıldı
Oktyabrın 15-də dövlət başçısı İlham Əliyev Prezident yanında Elmin İnkişafı Fondunun əsasında Azərbaycan Elm Fondu publik hüquqi şəxs yaradılmasına fərman verib. Fondun nizamnamə fondu 4 milyon 157 min 866 manat müəyyən edilib. Sənədə görə, fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fu...
Erkin Qədirli Ukrayna müzakirəsində nələr deyib?
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 13 oktyabr iclasında Rusiyanın Ukraynaya təcavüzünü sərt qınayan qətnamə qəbul olunub. Respublikaçı Alternativ Partiyasından Novator.az-a verilən məlumata görə, qurumun üzvü, 16 saylı Yasamal dairəsindən deputat Erkin Qədirli həmin iclasda çıxış edib. O...
Baydenin Milli Təhlükəsizlik Strategiyası – “Reuters”
“Reuters” agentliyi Ağ evin yenicə açıqladığı Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərh yayıb. Novator.az saytı şərhi qısa ixtisarla ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Ağ ev, nəhayət, Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Strategiyanın açıqlanması bir müddət idi təxi...
Yeni inzibati xəta, yeni məsuliyyət
Milli Məclisin 14 oktyabr iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, məcəlləyə 562-1-ci maddə əlavə edilir: Maddə 562-1. Ölümün qeydə alınması qaydasının pozulması 562-1.1. Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra ha...
İşə bərpa, ödənişə yaşıl işıq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 80 işçinin əmək müqavilələrinə qanunsuz xitam verildiyini müəyyən edib, həmin şəxslər işə bərpa olunublar. Həmçinin işəgötürənlərin 550 min manata yaxın məbləğ...
Təcrid olmuşu seçmək?
AXCP sədri Əli Kərimli BMT Baş Məclisinin 12 oktyabr iclasından yazıb. Həmin iclasda Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul olunub. Sənədə 143 ölkə dəstək verib. 5 ölkənin əleyhinə çıxdığı qətnaməyə 35 ölkə bitərəf ...
Bankların sayı azalır
Oktyabrın 13-də Mərkəzi Bankın rəsmi məlumatı yayılıb. Xəbərə görə, Pakistan Milli Bankının müraciətini əsas götürən Mərkəzi Bankın İdarə Heyəti oktyabrın 11-də Pakistan Milli Bankının Bakı filialının lisenziyasını ləğv edib. Novator.az bildirir ki, bununla Azərbaycanda fəaliyyət göstərən bankların ...