Hüquq
Marafonda yeni mərhələ
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə qatılanların sənədləri dairə seçki komissiyalarına təqdim etməsi avqustun 2-də bitib. Sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində çıxarılmalıdır. Marafonda dövlət qeydiyyatına alınmış 26 partiy...
Yaxın ölkələrin seçki sistemləri
Azərbaycan parlamenti – Milli Məclis majoritar üsulla (dairələr üzrə) seçilir. Keçmiş SSRİ məkanının daha iki ölkəsində eyni üsul tətbiq olunur: Belarus parlamentinin Nümayəndələr Palatası və Türkmənistan parlamentinin Məclisi majoritar seçki sistemi ilə formalaşır. Yaxın ölkələrin yeddisində qarışı...
Maduro postunu qoruyur
Venesuelada iyulun 28-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Milli Seçki Şurasının hesabatına görə, dövlət başçısı Nikolas Maduro 51,2 faiz səslə önə çıxır. Əsas müxalif namizəd Edmundo Qonsales 44,2 faiz səslə göstərilir, qalan səkkiz iddiaçı ümumilikdə 4,6 faiz dəstək alır....
Vizasız səfər: pasport reytinqi yayılıb
“Henley & Partners” beynəlxalq şirkəti vizasız səfər meyarına əsaslanan pasport reytinqi yayıb. Hesabata görə, Estoniya, Litva pasportları 185, Latviya pasportu 184, Ukrayna pasportu 148, Gürcüstan və Moldova pasportları 122, Rusiya və Türkiyə pasportları 116 ölkədə vizasız işləyir. Belarus pasp...
Baydendən Harris çağırışı
ABŞ prezidenti Cozef Bayden iyulun 24-də xalqa müraciət edib. Seçki yarışından çəkilməsini estafeti yeni nəslə ötürmək niyyəti ilə əsaslandıran dövlət başçısı seçiciləri vitse-prezident Kamala Harrisə dəstək verməyə çağırıb, payızdakı prezident seçkisini tərəqqi və tənəzzül, ümid və nifrət arasında ...
Məhbus cəbhəçilər
Hazırda AXCP-nin 9 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir. Onların 5-i satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. 2021-ci ildə tutulan Mütəllim Orucova 7 il, Şahin Hacıyevə 6 il, 2022-ci ildə tutulan Razi Alışova 5 il 6 ay, Pünhan Kərimova 5 il, 202...
Administrasiya
Samir Nuriyevin rəhbərlik etdiyi Prezident Administrasiyasında onunla birgə 30 yüksək vəzifəli şəxs yer alır. Altay Həsənov birinci vitse-prezidentin Katibliyinin rəisi, Cəmilə Abbasova və Anar Ələkbərov prezidentin köməkçiləri, Xalid Əhədov prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir. K...
Bayden seçkidən çəkildi
ABŞ prezidenti Cozef Bayden dövlət başçısı postu yarışından geri çəkilib. İyulun 21-də açıqlama yayan dövlət başçısı Demokratlar Partiyasını 2024-cü ilin prezident seçkisində vitse-prezident Kamala Harrisə dəstək verməyə çağırıb. Prezident seçkisinin ilk raundu noyabrın 5-nə təyin olunub. Həmin gün ...
Üçündən biri yeni
Avropa İttifaqının üç rəhbərindən ikisi postunu qoruyub. İyulun 16-da təmsilçi orqanın – Avropa Parlamentinin sədri postuna yenə maltalı Roberta Metsola seçilib. O, ilk dəfə 2022-ci il yanvarın 18-də sədrlik mandatı almışdı. İyulun 18-də icra orqanının – Avropa Komissiyasının sədri vəzifəsində alman...
Cəbhə və Müsavatın seçki tarixçəsi
Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkisinin bir özəlliyi də ənənəvi müxalif qurumların – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının fərqli qərarlarıdır. Müsavat parlament seçkisinə qatılıb, cəbhəçilər boykot qərarı verib. 1989-cu ildə təsis olunan Azərbaycan Xalq Cəbhəsi ...
Veteran başçılar
21 məmur on il və daha artıq müddətdir eyni bölgədə icra hakimiyyətinin başçısı postunu tutur. 2014-cü ildən Müstəqim Məmmədov Tərtərin, 2013-cü ildən Vasif İmanov Bakının Pirallahı rayonunun icra başçısıdır. 2012-ci ildən Tofiq İbrahimov Ağdaşa, Arif Ağayev Astaraya, Xəzər Aslanov Xızıya, Taleh Qar...
Qrant: 47 layihə, 46,1 milyon avro
Avropa İttifaqı 2019-2024-cü illərdə Gürcüstanın 170 qeyri-hökumət təşkilatının ümumilikdə 47 layihəsinə 46,1 milyon avro qrant ayırıb. Rəsmi hesabata görə, vəsait bu istiqamətli layihələri əhatə edib: insan haqları və gender bərabərliyi – 8,6 milyon avro, demokratik iştirakçılıq və azad media...
Seçki yarışında yeni mərhələ
Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd statusu alıb. Rəsmi qərar iyulun 15-i partiyanın qurultayında çıxarılıb. 1946-cı il iyunun 14-də doğulan Donald Tramp Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Respublikaçılar Partiyasına 1999-cu ildə qoşulub....
Pozuntular, qərarlar
2024-cü ilin ilk yarısındakı miqrasiya pozuntuları 9415 qərarın qəbul edilməsinə gətirib. Hesabatı yayan Dövlət Miqrasiya Xidməti bildirir ki, 2379 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 2417 qərar ölkədə yaşamanı qanuniləşdirib. 1104 qərar ölkədən inzibati qaydada çıxarılmaqla c...
Neft Fondunun yenilənmiş büdcəsi
Dövlət Neft Fondunun 2024-cü il büdcəsi yenilənib. Dəyişikliyə görə, fondun gəlirləri 14,1 milyard manat, xərcləri 12,9 milyard manat olur. Xərc istiqamətləri belədir: 2024-cü ilin dövlət büdcəsinə köçürmə – 12 milyard 781 milyon manat; ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması p...
Fransa: solçular önə çıxır
Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə iyunun 30-u və iyulun 7-də keçirilmiş növbədənkənar seçkinin ilkin nəticələri açıqlanıb. Məlumata görə, solçuları birləşdirən Yeni Xalq Cəbhəsi 577 yerlik qanunverici orqanda 182 mandata sahib çıxır. Prezident Emmanuel Makronun İntibah Partiyası ...
Seçki nöqtəsi
İranda növbədənkənar prezident seçkisi başa çatıb. İyulun 5-də keçirilmiş ikinci turda parlament üzvü Məsud Pezeşkian 16,3 milyon səs toplayaraq Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Səid Cəlilini xeyli qabaqlayıb. İlk turda (28 iyun) Məsud Pezeşkianla Səid Cəlili önə çıxmış, parlament s...
Britaniyada hakimiyyət dəyişir
Böyük Britaniya parlamentinin alt qanadına – İcmalar Palatasına iyulun 4-də keçirilmiş növbədənkənar seçkinin ilkin nəticələri açıqlanıb. Hesabata görə, ana müxalifət – Leyboristlər Partiyası 412 mandatla önə çıxır, hakim Mühafizəkarlar Partiyası 121 yer götürür. Liberal Demokrat Partiyası 71 mandat...
Müsavatdan seçki qərarı
Müsavat Partiyası sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə qatılır. Qərar partiya Məclisinin 4 iyul iclasında qəbul edilib. 125 nəfərlik parlamentə – Milli Məclisə seçki dairələr üzrə keçirilir. Deputat seçilməyə nisbi səs çoxluğu kifayətdir. Namizədin müdafiəsi üçün onu...
Şahbaz Xuduoğlu təzminat alacaq
Avropa İnsan Hüquqları Məhkəməsi “Qanun” jurnalının sahibi Şahbaz Xuduoğlunun şikayəti üzrə qərarını açıqlayıb. 2013-cü ildə vergi məmurları jurnalın Bakıdakı redaksiyasına reyd edib, mühasibat sənədləri, kompüterlər, bir çox əşya götürülüb, ardınca nəşrə 47 min manata yaxın vergi borcu yazılaraq ba...