Hüquq
Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrini təsdiqlədi
Noyabrın 24-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda 1 noyabr parlament seçkisinin nəticələrinin yoxlanması və təsdiq olunmasına baxılıb. Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası noyabrın 18-də səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi v...
Prezident Cinayət Məcəlləsini sərtləşdirən qanunu imzalayıb
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər qanununu imzalayıb. Yeniliyə görə, 188-ci maddə (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) sərtləşir. Bundan sonra qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama...
Baş Prokurorluq bəzi KİV rəhbərlərinə xəbərdarlıq edib
Noyabrın 23-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, son dövrlər bəzi media orqanları “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələblərini kobud surətdə pozaraq müxtəlif dövlət strukturları, onların rəhbərl...
“Şəffaflıq Azərbaycan”dan yeni tövsiyələr
Noyabrın 20-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Daşınmaz əmlakın vergiyə cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada daşınmaz əmlakın satışı üzrə vergi dərəcələri, Ver...
Ədliyyə naziri: “Qeyri-kommersiya təşkilatlarının sayı 4100-ü ötüb”
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan” qəzetinin 20 noyabr sayında məqalə ilə çıxış edib. O yazır ki, son illər dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənib, Məhkəmə-Hüquq Şurasının səlahiyyə...
QHT-nin xarici qrantla iş görməsi barədə müqavilə qaydası dərc olunub
Noyabrın 20-də qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin xarici maliyyə mənbələri hesabına xidmətlər göstərməsi və ya işlər görməsi haqqında müqavilələrin qeydiyyata alınması qaydası dərc olunub. Qayda Nazirlər Kabinetinin qərarı il...
Futbolda korrupsiya: AFFA 4 mümkün baldan 3 bal alıb
“Transparency İnternational” beynəlxalq qeyri-hökumət təşkilatı futbolda şəffaflıq reytinqini açıqlayıb. Reytinq FİFA üzvlərinin nizamnamə tələbləri və etik qaydalara riayət, maliyyə və fəaliyyət hesabatlılığı meyarları üzrə dəyərləndirilməsinə əsaslanır. Azərbaycanın futbol təşkilatı AFFA 4 mümkün ...
Ağdaş dairəsinin taleyi necə olacaq?
Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisinin nəticələrini təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib. Milli Məclisə seçki 125 seçki dairəsi üzrə keçirilib. Seçkinin nəticələrinə görə, Milli Məclisə 124 nəfər seçilib: YAP-dan 71 nəfər, 11 partiyadan 12 nəfər, partiyasız şəxslərdən 41 ...
Smartfonun sönübsə…
İsmayıl Rafiqoğlu İlk smartfon ilk sevgiyə bənzəyir, əgər uğurlu model deyilsə, nəsə xoşagəlməz bir hiss yaşamalı olacaqsan. İllər ötdükcə daşa dəymiş ilk sevgi bir xoş xatirəyə çevrilir, işləməyən texnikanın fəsadları isə beyində silinməz iz buraxacaq. Elə mənim də ilk smartfonum Bakcell mobil oper...
İndoneziyada ölüm hökmünün icrasına yasaq
İndoneziyada ölüm hökmünün icrasına yasaq qoyulacaq. Novator.az xəbər verir ki, bunu noyabrın 19-da İndoneziyanın ədliyyə və təhlükəsizlik məsələləri naziri Luhut Pandjaita deyib. Yasağın nə vaxtdan tətbiq ediləcəyini açıqlamayan nazir bildirib ki, ölkə prezidenti Coko Vidado indən belə ölüm hökmü h...
Mətbuat Şurası bəyanat yayıb
Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda deyilir ki, zaman-zaman jurnalist adından sui-istifadə hallarına rast gəlinir: “Bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır. Bunun ayrı-ayrı təzahür formaları yekunda vətənd...
26-dan 2-si kəm…
Transparency.az/cnews bildirir ki, 2003-cü il oktyabrın 31-dən Azərbaycan prezidenti olan İlham Əliyev 12 ildə Nazirlər Kabinetinə 26 yeni üzv təyin edib. Onlardan 2-si bu il postlarını itirib. 2004-cü ildən milli təhlükəsizlik naziri olan Eldar Mahmudov oktyabrın 17-də işdən götürülüb. Rabitə və yü...
Rusiyada müqəddəs kitabların ekstremist sayılmasını yasaqlayan qanun təsdiqlənir
Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası noyabrın 18-də prezidentin təklif etdiyi, müqəddəs kitabların ekstremist sayılmasını yasaqlayan qanun layihəsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, qanun layihəsi “Quran”, “İncil”, “Tövrat” və “Qancur” (buddist mətnləri toplusu) ki...
Əli Həsənov cəza anonsu verdi
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov noyabrın 18-də AZƏRTAC-a özəl açıqlama verib. O deyib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə halları artıb: “Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərlər...
Ağdaş dairəsində parlament seçkisinin nəticəsi ləğv olundu
Noyabrın 17-də Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisi ilə bağlı müraciətlərə baxıb. APA-nın məlumatına görə, 90 saylı Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyev və müstəqil namizəd Qalib Qarayevin şikayətlərinə baxan MSK dairə üzrə seçkinin nəticələrini...
İnsanın yaşamaq haqqı – ən önəmli azadlıq!
İsa Qəmbər İnsanın yaşamaq haqqı – ən önəmli azadlıq! Bəşəriyyətin tarixini və inkişafını təhlil və təsnif etmək üçün müxtəlif yanaşmalar olub və var. Salnaməçilər şahların və sərkərdələrin xronikasına, tarixçilər qədim tarixdən ən yeni tarixə qədər dövrlərə, sosioloqlar ictimai-iqtisadi forma...
Məişət zorakılığı mövzusunda beynəlxalq konfrans keçirilib
Noyabrın 13-də Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məişət zorakılığının qa...
Sosial şəbəkələrin yoxlanması məsələsi qaldırılıb
Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Aleksandr Starovoytov Baş Prokurorluğa müraciət edərək “Facebook”, “Odnoklassniki” və digər sosial şəbəkələrin yoxlanmasını xahiş edib. Novator.az xəbər verir ki, Starovoytov Baş Prokurorluqdan sosial şəbəkələrin “Fərdi məlumatları...
BMT komitəsində Azərbaycanın dördüncü dövri hesabatı təqdim edilib
Cenevrə şəhərində BMT-nin işgəncələrə qarşı komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycanın dördüncü dövri məruzəsinə baxılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildir...
Naxçıvanın Ali Məhkəməsi həm də konstitusiya məhkəməsidir
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini təsdiq edib. 45 seçki dairəsi üzrə seçkinin nəticələrini bütövlükdə təsdiqləyən qərarın sonuncu bəndinə görə, qərar qətidir, onu heç bir orqan ləğv edə, dəyişdirə və yaxud rəsmi tə...