Hüquq
Korrupsiya Qavrama İndeksi: ölkələr üzrə göstəricilər
Transparency.az 2015-ci ilin Korrupsiya Qavrama İndeksinin (KQİ) ölkələr üzrə göstəricilərini təqdim edir. Hesabatı yanvarın 27-də “Transparency İnternational” təşkilatı açıqlayıb. Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sı...
“Heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil”
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan 26 yanvar konfransında danışan prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı üçün çox işlər görüldüyünü vurğulayıb: “Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi — ...
Ramil Usubov 2015-ci ilə dair statistikanı açıqlayıb
Yanvarın 26-sı Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Ramil Usubov deyib ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları 26 min 916 cinayət qeydə alı...
İntiqam Əliyevin məhkəməsi bir ay sonraya qaldı
Yanvarın 26-sı Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin məhbus sədri İntiqam Əliyevin şikayəti üzrə proses keçirilib. Günün birinci yarısında çıxış edən vəkil Cavad Cavadlı İntiqam Əliyevə bəraət hökmünün çıxarılmasını istəyib. Prosesin davamı əvvəl günün ikinci yarısına təyin olunub, amma sonr...
Jurnalistin ölüm işi: Cavid Hüseynov məhkəmədə ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi yanvarın 26-da davam etdirib. Prosesdə futbolçu Cavid Hüseynov şahid ifadəsi verib. ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlə...
Prezident sərəncamı pensiyaçıların 95 faizinə şamil olunacaq
Prezident İlham Əliyevin 25 yanvar 2016-cı il sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsini indeksləşdirəcək. AZƏRTAC-ın məlumatına görə, DSMF sədrinin müavini Zakir Babayev yanvarın 2...
Gəncənin icra hakimiyyəti yeni səlahiyyət aldı
Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirməyə fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanla Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılı...
Prezident sosial müdafiə sahəsinə aid sənədlər imzalayıb
Prezident İlham Əliyev sosial müdafiə sahəsinə aid fərman və sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fonduna ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmə...
“Gəncəbank”ın lisenziyası ləğv edilib
“Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilib. Bu haqda qərarı Mərkəzi Bankın İdarə Heyəti yanvarın 22-də çıxarıb. Qərara əsasən, “Gəncəbank” ASC məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyəti...
ANS haqda qərar icra olunmadı
Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərarını təxirə salıb. Şura “Hesabat”ın yayımının 1 aylığa dayandırılması haqda qərarını yanvarın 22-də çıxarmışdı. Qərarın icrasının dayandırıldığı isə yanvarın 23-də elan olunub...
“Hesabat” dayandırıldı, ANS-ə lisenziyanın ləğvi barədə xəbərdarlıq gəldi
Yanvarın 22-də Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərar qəbul edib. “Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir. Milli Televiziya və Radio Şurasının...
Keçmiş müstəntiq ev dustaqlığına buraxıldı
Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov ev dustaqlığına buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, qərar yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub. Müdafiə tərəfi Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verib və məhkəmə vəsatəti təmin edib. Rüfət S...
Paytaxt prokurorluğundan Cavid Hüseynov təkzibi
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses davam edir. Yanvarın 22-də Bakı Şəhər Prokurorluğu ibtidai istintaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Rasim Əliyevin B...
İmaməli Rəhmanın ömürlük prezidentliyə yolu açılır
Yanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı İmaməli Rəhmanın qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini təsdiq edib. Novator.az xəbər verir ki, aşağı palatanın deputatları yeni qanun layihəsinin mətnini ekspertiza üçün Konstitusiya Məhkəməsinə gön...
Sloveniya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib
Xarici İşlər Nazirliyinin mətbuat xidməti Sloveniya parlamentinin qəbul etdiyi qərara dair məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 20-də Sloveniya Respublikasının parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib: “Parlament Ermənistan-Azərbaycan, Dağlıq Qa...
Gömrük hüquqpozmalarının 2015-ci il statistikası
Gömrük hüquqpozmalarının 2015-ci il statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, ötən il gömrük orqanları cinayət xarakterli 579 fakt aşkarlayıb. Bunun 310-u qaçaqmalçılıq faktı, 210-u narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz d...
Bizə küçə ticarəti lazımdırmı?
Qalib Toğrul Azərbaycanda küçə ticarəti 2014-cü ilin yanvarından ləğv olunub. O vaxt həmin qərar daha çox siyasi xarakter daşıyırdı, məqsəd qəzetlərin səyyar satışının qarşısını almaq idi. Əslində, Azərbaycanın heç bir qanunvericiliyində “küçə ticarəti” anlayışı olmayıb, amma hüquqi aktlarda “səyyar...
Futbolçu 10 il həbs cəzası aldı
SSRİ dövründə Rusiyanın “Zenit” futbol komandasında oynamış Vladimir Dolqopolov 10 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az xəbər verir ki, qərar yanvarın 21-də Sankt-Peterburq şəhərinin Frunze Rayon Məhkəməsində çıxarılıb. Dolqopolov arvadının ölümündə təqsirli bilinir. Hadisə 2014-cü ilin...
Krımın Ukraynaya qaytarılması üzrə xidmət yaradılır
Yanvarın 21-də Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın işğal edərək özünə birləşdirdiyi Krım bölgəsinin qaytarılması məsələləri üzrə xidmət yaradılmasına fərman verib. Bu xidmət Ukrayna prezidentinin Krım nümayəndəliyinin tərkibində yaradılır. 2014-cü ilin fevralından Rusiya Ukraynanın ərazi bü...
Avropa Şurasının insan haqları komissarı Azərbaycanın məsələsini qaldırıb
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks jurnalist Xədicə İsmayılın işinə görə Avropa İnsan Hüquqları Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib. “Azadlıq” radiosunun məlumatına görə, vəsatət jurnalistin Azərbaycan Respublikasına qarşı iddiası əsasında nəzərdən keçiriləcək...