AXCP Xətai rayon təşkilatının fəalı Füzuli Hüseynov Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Xəbəri “Azadlıq” qəzeti yayıb.
Füzuli Hüseynov yanvarın 27-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimətdə ittiham olunaraq 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi. O, həbs qərarını əsassız sayaraq aclıq aksiya keçirirdi.