Hüquq
“İctimai fəalların şərlənərək həbs olunması taktikası dəyişir”
“Fərqli düşüncəli ictimai fəalların şərlənərək həbs olunması taktikası dəyişir. Əgər əvvəlki illərdə onlara qarşı daha çox narkotik ittihamı irəli sürülürdüsə, son zamanlar xuliqanlıq ittihamı geniş yayılır”. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu fikirdədir. Novator.az-ın məlumatına görə, Oqtay Gülal...
Azərbaycanda boşanmaların əsas səbəbləri
Ötən il Azərbaycanda 68 985 nikah, 12 886 boşanma qeydə alınıb. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, Azərbaycanda boşanma səbəbləri arasında “xasiyyətlərin uyğunsuzluğu” ilk yeri...
Beş ildə Suriyada 88 jurnalist öldürülüb
Suriyada 5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddətdə bu ölkədə 88 jurnalist öldürülüb. Novator.az xəbər verir ki, “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı belə bir hesabat yayıb. Təşkilat dünya ictimaiyyətini münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün ...
Baş redaktorun evi yanıb
Martın 14-də, gecə saat 3 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı evdə yanğın baş verib. Baş redaktorun mənzili Bakının Xətai rayonu, Tağızadə küçəsindəki 11/15 nömrəli evdə yerləşir. Baş redaktor hadisənin sırf peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. A.Mərzili “...
AXCP sədrinin müşavirinə 3 il həbs verildi
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərar martın 15-də Nərimanov Rayon Məhkəməsində çıxarılıb. Məmməd İbrahim ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan haki...
Xarici valyutada kredit problemi: prezidentə müraciət olundu
Bir qrup iqtisadçı, hüquqçu, QHT rəhbəri prezident İlham Əliyevə müraciət edib. Transparency.az-ın məlumatına görə, müraciətdə bankların əhaliyə xarici valyutada verdiyi kreditlərlə bağlı vəziyyətə toxunulur: “2015-ci ildə manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşımızın maddi vəziyyəti...
Almaniya: polislərin paltarına videokamera bərkidiləcək
Almaniyada polisə yığcam videokameradan (Bodycam) istifadə etməyə icazə veriləcək. Novator.az xəbər verir ki, videokamera polis əməkdaşlarının uniformasına bərkidiləcək. Almaniyanın hakim partiyalar bloku (Xristian-Demokrat Birliyi ilə Xristian-Sosial Birliyinin yaratdığı blok) və Sosial-Demokrat Pa...
Yol qəzalarını necə azaltmaq olar?
Vətəndaş cəmiyyəti fəallarının birləşdiyi Sivil Toplum Platforması Azərbaycan üçün ağrılı problemə çevrilmiş yol-nəqliyyat hadisələri ilə bağlı narahatlığını və tələblərini ölkə ictimaiyyəti ilə bölüşüb. Novator.az-ın məlumatına görə, qurumun bununla bağlı yaydığı açıqlamada deyilir ki, son günlər y...
2015-ci ildə Suriya ərazisində azı 50 min nəfər həlak olub
2015-ci il Suriya münaqişəsi tarixində ən ağır il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik martın 11-də belə hesabat yayıb. AZƏRTAC-ın məlumatına görə, Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd ...
“Kuba dəftəri” – macəra içində demokratıya dərsliyi
Vahid Qazinin “Kuba dəftəri” kitabı fonunda əlifba və dil probleminə Güneydən baxış Duman Radmehr Jöteborq, İsveç Əlifba və o tay-bu tay söhbəti Türkiyə latın əlifbasına keçəndən sonra (1920-ci illərin sonu) İranda da əlifbanı dəyişmək ciddi mübahisə mövzusu idi. Rza şahın Atatürkü təqlid etd...
Leyla və Arif Yunusların şikayəti təmin olunmadı
Martın 11-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun şikayətinə baxıb. Şikayət Yasamal Rayon Məhkəməsinin 11 fevral qərarından verilib. Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəy...
Sökülən evin əvəzində pul ödənməsi qadağan olunmalıdır
Ölkədə korrupsiya əleyhinə mübarizə dövlət təhlükəsizliyi məsələsinə çevrilib. Bu mənfi halların qarşısını almaqdan ötrü “Elektron hökumət”, “ASAN xidmət” və şəffaflığı artıran digər institusional tədbirlər həyata keçirilir. Lakin dövlət başçısının da çıxışlarında vurğuladığı kimi, bütün vətəndaşlar...
Novruz əfvi: siyahılar var
Martın 20-dən 28-dək Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Bayram ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin əfv sərəncamı ilə azadlığa buraxılmasının mümkünlüyü haqda çox danışılır. Əfv Məsələləri Komissiyası iclaslarını başa vuraraq dövlət başçısı İlham Əliyevə tövsiyə xarakterli siyahı ...
Vizasız səfər reytinqi açıqlanıb
“The Henley & Partners” konsaltinq firması Viza Məhdudiyyətləri İndeksini açıqlayıb. Azadliq.org xəbər verir ki, indeksə görə, Almaniya vətəndaşlarının 177 ölkəyə vizasız səfər etmək imkanı var. 2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatları əsasında hazırlanan reytinqdə i...
“Azəryolservis”in adı dəyişdirildi, “Xəzər Dəniz Gəmiçiliyi”nin səlahiyyəti artdı, Təhsil üzrə Komissiya ləğv olundu
Prezident İlham Əliyev “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmasına fərman verib. Fərmana əsasən, “Azəravtoyol” avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və dig...
Əfqanıstan heroinindən və Cənubi Amerika kokainindən 3 milyondan çox adam həlak olub
Son 20 ildə dünyada Əfqanıstan heroinindən və Cənubi Amerika kokainindən 3 milyondan çox adam həlak olub. Novator.az xəbər verir ki, bunu Rusiyada narkomaniyaya qarşı mübarizə aparan polis idarəsinin rəisi Viktor İvanov deyib. İvanov Əfqanıstan və Cənubi Amerikada istehsal olunan narkotiklərin dəyər...
AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin martın 7-də Parisdə keçirilən iclasında Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edilib. AŞPA-nın Azərbaycanda insan hüquqları üzrə əvvəlki məruzəçisi Pedro Aqramunt idi. Yeni məruzəçi belçika...
Putini Avropaya buraxmamaq təklif olunur
Avropa Parlamentinin 57 deputatı Rusiya prezidenti Vladimir Putinə sanksiyalar tətbiq etməyə çağırıb. Transparency.az-ın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogeriniyə ünvanlanan çağırışda Rusiya prezidentinə və daha 28 məsul şəxsə ...
Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı olacaq
Məhbus jurnalist Xədicə İsmayılın ingiliscədən tərcümə etdiyi “Cakaranda ağacının uşaqları” romanının təqdimatı keçiriləcək. Təqdimat mərasimi Bakıda, martın 13-ü saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında olacaq. Mərasimin təşkilatçısı NİDA Vətəndaş Hərəkatıdır. Tədbirdə kitabın sa...
Azərbaycanda 100 min nəfərə 238 dustaq düşür
Avropanın 47 ölkəsini birləşdirən Avropa Şurası həbsxana statistikasını açıqlayıb. Avropada hər 100 min nəfərə 124 məhbus düşür. “Azadlıq” radiosu xəbər verir ki, statistika 2014-cü il sentyabrın 1-nə olan vəziyyətə əsaslanır. O vaxt Azərbaycanda 22579 dustaq olub. Bu da əhalinin hər 100 min nəfərin...