Hüquq
Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna əhalisinin Rusiya ilə müharibədən qurtulmaq şərtlərinə münasibətini öyrənib. Sosioloqlar sorğuda mümkün sülhü üç varianta – şərti planlara bölüb: ABŞ-ın planı, Avropa İttifaqı və Ukraynanın planı, Rusiyanın planı. Novator.az-ın məlumatına görə, iy...
Yeni prezidentdən yeni konstitusiya vədi
Polşa prezidenti səlahiyyətlərinin icrasına başlayan Karol Navrotski konstitusiya islahatı anonsu verib. Novator.az-ın məlumatına görə, avqustun 6-da keçirilmiş andiçmə mərasimində çıxış edən Karol Navrotski dövlət quruluşu islahatlarına məsul şura yaratmaq niyyətində olduğunu deyib. O, şuranın işin...
Yeni danışıq ərəfəsi
Avqustun 8-i ABŞ prezidenti Donald Trampın paytaxt Vaşinqtonda azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparması gözlənir. Üçtərəfli görüşün də nəzərdə tutulduğu danışıqların əsas mövzusunun sülh prosesi olacağı açıqlanıb. Martın 13-də Azərbaycanla Erm...
Türkiyədə yeni çözüm cəhdi
Türkiyə Böyük Millət Məclisi (TBMM) partiyalarının qurduğu Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası dekabrın 31-dək fəaliyyət göstərəcək. Novator.az bildirir ki, reqlament fəaliyyətin erkən dayandırılmasına və ya fəaliyyət müddətinin uzadılmasına da imkan verir. İlk iclası avqustun 5-də...
Qaqauz başqan həbsə getdi
Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü avqustun 5-də paytaxt Kişinyovun Buykon Rayon Məhkəməsi çıxarıb. Yevgeniya Qutsul seçkinin və hökumət əleyhinə aksiyaların qanunsuz maliyyələş...
“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları
Rusiyalı yazıçı və ədəbiyyatşünas Dmitri Bıkov tarixçi alim, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Bencamin Natansdan müsahibə götürüb. Bencamin Natans yəhudidir. 1962-ci ildə ABŞ-da doğulub. Tibb üzrə Nobel mükafatı laureatı olan mikrobioloq Daniel Natansın oğludur. ABŞ-da, Almaniyada və İ...
Litvada müvəqqəti hökumət
Litvada baş nazir səlahiyyətlərinin icrası maliyyə naziri Rimantas Şadcyusa həvalə olunub. 2024-cü ilin dekabrından baş nazir olan Gintautas Palutskas iyulun 31-də istefa verib, həmçinin hakim Sosial Demokrat Partiyasının sədrliyindən getdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, avqustun 4-də...
Litva yeni hökumətə yol alır
Litvada hökumət yenilənir. Novator.az bildirir ki, baş nazir Gintautas Palutskas istefa bəyanatı verib. İstefanın avqustun 4-də rəsmiləşməsi gözlənir. 2024-cü ilin dekabrından baş nazir olan Gintautas Palutskasın adı may ayından bəri korrupsiya qalmaqallarında hallanır. İyulun 31-də onun həm baş naz...
Putin elə həmişə Putin olub – “Şpigel”
Almaniya Xarici İşlər Nazirliyinin arxivində üzə çıxan sənədlər Vladimir Putinin hələ 1990-cı illərin ilk yarısında Ukrayna torpaqlarına yeriklədiyini göstərir. “Şpigel” jurnalı yazır ki, Almaniyanın Sankt-Peterburqdakı baş konsulu 1994-cü il yanvarın 14-də yerli hökumət sədrinin birinci müavini pos...
ABŞ prezidentlərinin səlahiyyət müddətləri
ABŞ-da prezidentin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Donald Tramp kürsüyə dörd il fasilədən sonra qayıdıb. Onun ilk prezidentliyi 2017-2021-ci illəri əhatə edib, ikinci prezidentliyi 2025-ci ildə başlayıb. Belə hal bir dəfə də qeydə alı...
Fələstini tanımaq istəyən ölkələr artdı
Fələstin Dövlətini tanımaq anonsları artır. İyulun 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin Fələstini müstəqil dövlət kimi tanıyacağını bəyan etmiş, qərarın BMT Baş Məclisinin sentyabr sessiyası zamanı veriləcəyini demişdi. Böyük Britaniya hökumətinin 29 iyul iclasından sonra açıqlama yayan...
Demokratın kədəri, qəlbi
Hikmət Sabiroğlu Azərbaycanda yenilmiş sayılan kədərli bir nəsil var: hərəkatdan, haqq davasından keçmiş, ələnib pərən-pərən düşmüş demokratlar. Hərdən rastıma çıxır biri. Adını unutmuşam (bəlkə heç bilməmişəm), eləcə “bəy” deyirəm, amma doğmadır. Hal-əhval tutanda məyusluğunu gizlədə bilmir. Ayaqüs...
Britaniyanın Fələstin şərti
Böyük Britaniyanın baş naziri, hakim Leyboristlər Partiyasının lideri Kir Starmer İsrailə çağırış edib. Novator.az-ın məlumatına görə, hökumətin 29 iyul iclasından sonra açıqlama verən baş nazir Fələstinin Qəzza bölgəsində dinc sakinlərin hədəf alınmasını, əraziyə humanitar yardımların gətirilməsinə...
Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir
Ukrayna prezidenti Vladimir Zelenski 60 və daha yuxarı yaşlı şəxslərlə hərbi xidmət müqaviləsi bağlamağı nəzərdə tutan qanunu imzalayıb. Novator.az bildirir ki, iyulun 29-da rəsmiləşən qanuna görə, 60 və daha yuxarı şəxslər Ukrayna Silahlı Qüvvələri ilə birillik hərbi xidmət müqaviləsi bağlaya biləc...
Gürcüstanda yeni seçki sorğusu
Gürcüstanda tez-tez növbədənkənar parlament seçkisi tələbləri gündəmə gəlir. Novator.az bildirir ki, GORBİ Beynəlxalq Tədqiqat Mərkəzinin 22 iyun-5 iyul arası 2300 nəfər arasında apardığı rəy sorğusuna qatılan respondentlərin 56,2 faizi mümkün parlament seçkisində hakim Gürcü Arzusu – Demokratik Gür...
ABŞ – Avropa: kimin üzü gülür?
Almaniya və Fransa ABŞ-la Avropa İttifaqının yeni ticarət razılaşmasından narazı qalıb. İyulun 27-si Şotlandiyada görüşən ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ticarət anlaşması əldə edib. Novator.az bildirir ki, razılaşma ABŞ-ın Avropa İttifaqından idxalın...
Seçkisiz Ukrayna
Savaş alovunda yanan Ukraynada heç bir seçki keçirmək mümkün olmur. 2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi təxirə salınıb. 2025-ci il oktyabrın 26-da olası yerli seçkiləri də eyni tale gözləyir. Rusiya 2014-cü ildən U...
Ağ evə müdaxilə
Paytaxt Vaşinqtonda ABŞ prezidenti Donald Trampa qarşı mümkün təhlükənin qarşısının alındığı xəbəri yayılıb. Məxfi Xidmətin yaydığı bilgiyə görə, iyulun 27-si saat 14:30 radələrində bir nəfər prezidentin baş iqamətgahı olan Ağ evə bitişik Maliyyə Nazirliyinin hasarını aşaraq əraziyə daxil olub və gə...
Seçki çağırışında yeni addım
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası prezidentliyə namizədin qərargahlarını yaratmağa başlayıb. İlk qərargah iyulun 26-sı paytaxt Ankarada təsis olunub. Chp.org.tr-nin məlumatına görə, açılış mərasimində danışan partiya lideri Özgür Özəl yenə növbədənkənar seçkilərə çağırış edib, tarix kimi...
Fransadan Fələstin səsi
Fransa prezidenti Emmanuel Makron ölkəsinin Fələstini müstəqil dövlət kimi tanıyacağını bəyan edib. Qərarın sentyabr ayında, BMT Baş Məclisinin sessiyası zamanı verilməsi gözlənir. Emmanuel Makronun bəyanatı Fələstinlə daimi savaşda olan İsrailin kəskin etirazına gətirib. İsrailin əsas müttəfiqi ABŞ...