Hüquq
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar
Məhbus ictimai fəal Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasının tibbi bölümündə aclıq aksiyasını davam etdirir. “Turan”ın məlumatına görə, fevralın 5-də qardaşı ilə telefonla danışan məhbus gərəkli tibbi yardım almaq üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmək arzusunda olduğunu, an...
Uyğurların taleyi puldan üstün – “The Hill”
ABŞ-ın “The Hill” qəzetində “Bir də heç vaxt” andı Çindəki uyğurlara da aid olmalıdır” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi Amerikada yaşayan uyğur əsilli iş adamı və hüquq müdafiəçisi Qüzzət Altaydır. Qüzzət Altay proqram təminatı ilə məşğul olan “Cydeo” şirkətinin qurucusu və baş direkt...
Rusiya: bir ildə azı 1000 jurnalist didərgin düşüb
Son bir ildə, yəni Ukrayna ilə müharibəyə başlayandan bəri Rusiyanı ən azı 1000 nəfər jurnalist tərk edib. Novator.az-ın məlumatına görə, rusiyalı ekspertlərdən ibarət “Şəbəkə azadlıqları” hüquqi yardım qrupunun yaydığı hesabatda belə deyilir. Bildirilir ki, bəzi dövlətlər, əsasən də Avropa ölkələri...
Uyğur qərarının əks-sədası – “Vaşinqton Post”
Kanada parlamentinin ölkədə 10 min uyğur qaçqına sığınacaq verilməsi qərarı parlamentin özündə olduğu kimi kənarda da alqışlanır. Fevralın 1-də Kanada parlamenti Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min uyğurun və digər müsəlman t...
Şəhid zabit və daha iki nəfər təltif edildi
Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərlə bağlı sərəncam imzalayıb. Fevralın 3-də rəsmiləşən sərəncam Tağıyev Vasif Natiq oğlunun 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Əsgərov Orxan Rizvan oğlunun (ölümündən sonra) və İ...
Azərbaycan ölüm cəzası ilə tam üzülüşür
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova Avropa İnsan Hüquqları Konvensiyasının 13 nömrəli protokolunu imzalamaq səlahiyyəti verilib. Prezident İlham Əliyev sərəncamı fevralın 3-də imzalayıb. 13 nömrəli protokol ölüm cəzasının bütün hallarda ləğvini nəzərdə tutur. 19...
Abid Qafarov bəraət gözləyir
Ali Məhkəmə KİM TV internet kanalının qurucusu Abid Qafarovun şikayəti üzrə qərar verməyə hazırlaşır. Vəkil Aqil Layicin yaydığı məlumata görə, yekun proses fevralın 16-na təyin olunub. Azadlıqdan məhrum edilmiş jurnalist Ali Məhkəmədən bəraət qərarı istəyir. Novator.az bildirir ki, 1981-ci il təvəl...
Avropa Məhkəməsindən Azərbaycan anonsları
Fevralın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş ərizələr üzrə qərar və qərardadlar elan edəcək. Aihmaz.org xəbər verir ki, Cabbar Cabbarov və başqaları şikayətlərində tutularkən, həbsdə saxlanarkən işgəncələrə, pis rəftara məruz qaldıqlarını iddia edirlər. Onlar 2015-ci ildə...
Yol aksiyasında 54-cü gün
AZƏRTAC-ın 3 fevral məlumatına görə, Qarabağın dağlıq hissəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, iki yataqda monitorinqə icazə verilməsini tələb edən azərbaycanlı fəalların Şuşa şəhəri yaxınlığında keçirdiyi etiraz aksiyası 54 günə qədəm qoyub. Aksiyaçıların səhə...
İranın yeni mobil izləmə planı – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzeti İranın geniş mobil izləmə sistemi qurmaq planından yazıb. Novator.az-ın məlumatına görə, yazı Kanadanın Toronto Universiteti nəzdindəki “Citizen Lab” laboratoriyasının apardığı araşdırma əsasında hazırlanıb. Araşdırma zamanı 2018-2021-ci illərə aid sənədlər toplusu təh...
AXCP üzvünə cəza kəsilib
AXCP fəalı Orxan Baxışlı fevralın 2-si səhər Bakıda tutulub. “Turan”ın məlumatına görə, Xətai Rayon Məhkəməsi ona polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası kəsib. Novator.az bildirir ki, Orxan Baxışlı 2018-2021-ci illərdə həbsdə yatıb. O, 2018-c...
Gürcülər Rusiya barədə nə düşünür?
ABŞ-ın Milli Demokratiya İnstitutu Gürcüstanda 2022-ci il dekabrın 3-dən 20-dək aparılmış ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. 2519 nəfəri əhatə edən sorğuda respondentlər sualları üzbəsurət cavablandırıb. Novator.az bildirir ki, sorğunun nəticələrinə görə, respondentlərin 80 faizi Rusiya ...
Jurnalist dövlətdən 4000 avro uddu
Azərbaycan dövləti jurnalist Sərdar Əlibəyliyə 4000 avro təzminat ödəməlidir: bu tələb Avropa İnsan Hüquqları Məhkəməsinin fevralın 2-də elan etdiyi qərarda qoyulur. Aihmaz.org bildirir ki, Sərdar Əlibəyli cinayət məsuliyyətinə alınaraq həbs edilməsindən şikayətçi olub. Bakının Nizami Rayon Məhkəməs...
Parlament səs verdi: 10 min uyğur Kanadaya köçürüləcək
Kanada parlamenti Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min nəfər uyğurun Kanadada yerləşdirilməsi təklifinə səs verib. Novator.az-ın məlumatına görə, qərar fevralın 1-də yekdilliklə qəbul olunub. Təklifin müəllifi Kanadanın hakim ...
Demokratiya reytinqi
Seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak, siyasi mədəniyyət meyarlarına əsaslanan “Economist İntelligence Unit” beynəlxalq təşkilatı 2022-ci il üzrə Demokratiya İndeksi açıqlayıb. Novator.az-ın məlumatına görə, 167 ölkə dörd qrupa ayrılıb. Belarus, Rusiy...
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva fevralın 1-də Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. Rəsmi məlumata görə, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyev fərdi qaydada qəbul edilib, ombudsman onun səhhəti ilə maraqlanıb, h...
Əli Kərimli: “Susmayaq, etiraz edək!”
AXCP sədri Əli Kərimli inzibati həbs cəzası çəkən partiya fəalı Elnur Həsənovdan yazıb. Yanvarın 29-da Sabunçu Elektrik Şəbəkəsinin Bakıxanov qəsəbəsindəki ofisinə gedən Elnur Həsənov 85 yaşlı nənəsinin evində elektrik enerjisinin yanvarın 26-dan cüzi borca görə kəsilməsinə etiraz edib. Məsələ həlli...
Dezinformasiyaya müqavimət dərsi – “Nyu-York Tayms”
Finlandiya Avropada dezinformasiyaya ən yaxşı müqavimət göstərən ölkədir. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır ki, bunun əsas səbəbi Finlandiyada media savadlılığı səviyyəsinin yüksək olmasıdır. Finlandiya artıq beş ildir ard-arda Media Savadlılığı İndeksində Avropanın...
Həmin yox
Fevralın 1-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə yeni vəsatətə baxıb. Vəsatət təmin olunmayıb. “Turan”ın məlumatına görə, prosesdə çıxış edən Bəxtiyar Hacıyev heç bir cinayət törətmədiyini, həbsinin siyasi sifariş olduğunu deyib. Novator.az bildi...
Gültəkin Hacıbəyli bəraət aldı
Nəsimi Rayon Məhkəməsi müxalif siyasətçi Gültəkin Hacıbəyliyə bəraət verib. Novator.az-ın məlumatına görə, hökm fevralın 1-də keçirilən məhkəmə iclasında çıxarılıb. Gültəkin Hacıbəylini vətəndaş Leyla Arif xüsusi ittiham qaydasında məhkəməyə vermiş, siyasətçinin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi...