Hüquq
Nağdsız ödəniş: yeni proqram təsdiqlənib
Prezident İlham Əliyev sərəncam imzalayaraq rəqəmsal ödənişlərin genişləndirilməsi proqramını təsdiqləyib. Novator.az-ın məlumatına görə, sərəncama əsasən, 2018-2020-ci illəri əhatə edən dövlət proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş m...
Mədət Quliyev yeni pillədə
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Sərəncamı prezident İlham Əliyev sentyabrın 26-da imzalayıb. Novator.az bildirir ki, Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və ...
Dövlət Duması qadına güzəşt layihəsinə razılaşdı
Sentyabrın 26-da Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması pensiya yaşını yüksəldən qanun layihəsinə yenidən baxıb. İndi Rusiyada kişilər 60, qadınlar 55 yaşında pensiyaya çıxır. İyulda Dövlət Duması kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldıran layihə qəbul edib. Novat...
Türkmənistanda “kommunizm” ləğv olunur
Türkmənistanda pulsuz qaz, elektrik enerjisi, içməli su və xörək duzu verilməsi 2019-cu il yanvarın 1-dən dayandırılır. Novator.az-ın məlumatına görə, qərar ali hökumət qurumu olan Xalq Şurasının 26 sentyabr iclasında qəbul edilib. Yenilik azad bazar münasibətlərinin inkişafı, eləcə də kommunal xidm...
Yalçın İmanovun şikayəti təmin olunmadı
Sentyabrın 26-da Ali Məhkəmədə hüquqşünas Yalçın İmanovun şikayətinə baxılıb. Vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanov Ali Məhkəməyə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından şikayət etmişdi. Novator.az-ın məlumatına görə, İnzibati-İqtisadi Kollegiyanın hakimi Nigar Rəsulbəyovanın sədrl...
Jurnalistin həbs müddəti azaldılıb
Sentyabrın 26-sı Ali Məhkəmədə Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun şikayətinə baxılıb. Fikrət Fərəməzoğlu 2017-ci il iyunun 30-dan həbsdədir. O, hədə-qorxu ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökm Bakı Ağır Cinayətlər Məhkəməs...
2019-un büdcə paketi prezidentə ötürüldü
Nazirlər Kabinetinin 24 sentyabr iclasında 2019-cu ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. Rəsmi məlumata görə, iclasa sədrlik e...
Ekoloji yoxlamaların nəticələri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin 1-15 sentyabr arası apardığı yoxlamaların hesabatını yayıb. Rəsmi məlumata əsasən, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə məişət və istehsalat tullantıl...
Konstitusiya Məhkəməsi dollar krediti ilə bağlı necə rəy verdi?
Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 422-ci maddəsini şərh edib. Bakı Apellyasiya Məhkəməsinin müraciətində bildirilib ki, vətəndaş Gülnarə Rzayeva Nərimanov Rayon Məhkəməsinə “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi il...
Dövlət Turizm Agentliyinin statusu
Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Turizm Agentliyinin strukturunu və əsasnaməsini təsdiqləyib. Agentlik mərkəzi aparatdan (şöbələr, sektorlar) və regional turizm idarələrindən ibarətdir. Aparat işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Novator.az bildirir ki, Dövlət Turizm ...
İcazəsiz ov: əcnəbilər cərimələnib, azərbaycanlıdan tüfəng götürülüb
Sentyabrın 20-də Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən əcnəbilər saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, əcnəbiləri nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları saxlayıblar. ...
DTX arxivləri açdı
Dövlət Təhlükəsizliyi Xidməti “Erməni terrorçu-daşnak qüvvələri faşizmin xidmətində: arxiv sənədləri və materialları əsasında” adlı material yayıb. Yazıda qeyd olunur ki, 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan torpaqlarının zorla qoparılması prosesinin ...
İntiqam Əliyevin işi: Avropa Məhkəməsi Azərbaycanı cərimələdi
Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquqşünas İntiqam Əliyevin şikayəti üzrə qərarını açıqlayıb. İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə tə...
Güzəştli mənzil sistemində yeni rəhbər
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib. Prezident İlham Əliyevin 19 sentyabr sərəncamı ilə bu post Sadiq İzzət oğlu Sadıqova həvalə olunub. Bu təyinata qədər Sadiq Sadıqov İdarə Heyəti sədrinin müavini idi. Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 20...
Daxili istehsal sərəncamında nələr var?
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətə davamlı daxili istehsalın dəstəklənməsinə sərəncam verib. Sentyabrın 19-da imzalanan sərəncamla dövlət başçısı Nazirlər Kabinetinə rəqabət qabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” investisiya təşviqi mexanizmi; sahibkar...
Əkrəm Əylisli baş prokurora müraciət edib
Yazıçı Əkrəm Əylisli baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb. Contact.az-ın məlumatına görə, müraciətdə bunlar qeyd olunur: “2016-cı ilin mart ayında İtaliyanın Venesiya şəhərində keçiriləcək beynəlxalq ədəbi forumda iştirak etməyə gedərkən hava limanında əsassız olaraq saxlandıqdan sonra...
Vergi orqanlarına müraciətlər 10,5% azalıb
2018-ci ilin avqust ayında vergi orqanlarına daxil olmuş 7926 müraciətin 83,8%-i ərizə, 16,1%-i şikayət, 0,2%-i təklif xarakterlidir. Vergilər Nazirliyinin rəsmi hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 10,5% azalıb. Avqust müraciətlərinin 38,6%-i müxtəlif arayışlar...
Cəbhəçilərin həbs müddəti uzadılıb
AXCP fəalları Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Babək Həsənov AXCP Nərimanov şöbəsinin sədri, Aqil Məhərrəmli AXCP Rəyasət Heyətinin, Ruslan Nəsirli partiyanın Gənclər Komitəsinin üzvüdür. Onlar mayın 25-də Saleh Rüstəmovun...
Əfqan Muxtarlının cəzası qüvvədə qaldı
Sentyabrın 18-də Ali Məhkəmə məhbus jurnalist Əfqan Muxtarlının şikayətinə baxıb. Yanvarın 12-si Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Apr...
Cəbhəçi gəncə hökm oxundu
AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökm sentyabrın 18-i Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Gənc fəal Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsi ilə təqsirli bilinib. Sen...