• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ Komitəsi meriyanı məhkəməyə verəcək

  • 08 Noyabr 2018
3
SHARES
FacebookTwitterPinterest

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin noyabrın 8-i ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında keçirmək istədiyi piketlərə razılıq verməyib. Aksiyalar təxirə salınıb.

Qarabağ Komitəsinin sədri, müharibə veteranı İlham İsmayıl Novator.az-a deyib ki, aksiyalarda beynəlxalq vasitəçilərin passiv mövqeyinə, təcavüzkar Ermənistana təzyiq göstərilməməsinə etiraz bildirmək nəzərdə tutulurdu. O, meriyanın piketlərə şərait yaratmaqdan imtinasının qanunsuz sayılması üçün məhkəməyə müraciət olunacağını vurğulayıb.

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsi sentyabrın 29-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbi ilə aksiya keçirib. Analoji aksiya noyabrın 24-nə təyin olunub, amma Bakı Şəhər İcra Hakimiyyəti müraciətə mənfi cavab verib. İmtina məktubunda qeyd olunub ki, prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, KİV-ə təfsilatı ilə açıqlanır: “Qeyd olunanlar nəzərə alınaraq 24 noyabr 2018-ci ilə planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir”.

Qarabağ Komitəsində Xalq Partiyasının sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, jurnalist Əvəz Zeynallı və başqa şəxslər təmsil olunur.

1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Münaqişənin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupuna Azərbaycan və Ermənistanla yanaşı ABŞ, Rusiya, Fransa (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə üzvdür.

Məhbus qiyamında həlak olanlar var

  • 08 Noyabr 2018

Ermənistan növbədənkənar seçkiyə nə qədər xərc çək...

  • 08 Noyabr 2018

Son materiallar

comments
ManşetXəbər

Harada nə qədər pensiya alırlar?

comments
ManşetXəbər

Ölümün çox olduğu bölgələr

comments
Xəbər

“Şöhrət”in təqdimatı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

Rəylər

Do not miss

comments
ManşetXəbər

Harada nə qədər pensiya alırlar?

Son materiallar

comments
ManşetXəbər

Harada nə qədər pensiya alırlar?

comments
ManşetXəbər

Ölümün çox olduğu bölgələr

comments
Xəbər

“Şöhrət”in təqdimatı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

comments
ManşetXəbər

AXCP üzvü azadlıqda

comments
ManşetXəbər

Yeni təyinatlar

comments
AktualManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
AktualXəbər

Boşanmanın çox olduğu yerlər

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

comments
AktualManşetXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
Xəbər

Bank sektorunun dörd ayı

comments
Xəbər

24 may qiyməti

comments
Xəbər

Formata dəstək, təkliflər

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
ManşetXəbər

Fəallığa çağırış

comments
Xəbər

Sərmayə statistikası

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə xəstə sayı

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
AktualManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
AktualManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
AktualManşetŞərh

Təklif və suallar

comments
Xəbər

Yeni həbs, tanış ittiham

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda