Hüquq
İlyas İsmayılov Əli İnsanova azadlıq istəyir
Ədalət Partiyasının sədri İlyas İsmayılov sabiq səhiyyə naziri Əli İnsanovu həbsdən buraxmağa çağırıb. Strateq.az-a danışan partiya lideri deyib: “Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki...
ABŞ-da yeni baş prokuror
ABŞ Konqresinin yuxarı palatası – Senat prezident Donald Trampın təqdimatına baxaraq Uilyam Barrı baş prokuror (ədliyyə naziri) postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, fevralın 14-də keçirilən səsvermədə Uilyam Barrı 52 senator dəstəkləyib, 36 nəfər onun əleyhinə çıxıb. Ötən ilin noyabr ...
Yalçın İmanovun işi yekun qərara gedir
Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə qərarı fevralın 22-də verə bilər. Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub. Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət q...
Təqaüd sənədlərinin detalları
Prezident İlham Əliyev tələbə təqaüdləri ilə bağlı sənədlər imzalayıb. Sərəncama görə, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılır. Dövlət başçısı təqaüd alan tələbələrin sayının ...
Məhbus generalın istintaqı bitdi
Ermənistanın Xüsusi İstintaq Xidməti general-leytenant Manvel Qriqoryanın və onun ailə üzvlərinin işi üzrə istintaqı başa çatdırıb. 1956-cı il təvəllüdlü Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısıdır. Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənis...
Vergi orqanları üzrə statistika açıqlanıb
Bu ilin yanvarında vergi orqanlarına 22 min 422 müraciət daxil olub. Vergilər Nazirliyi bildirir ki, müraciətlərin 47,4 faizi müxtəlif arayışların alınması, 18 faizi kameral vergi yoxlamaları, 14,5 faizi sosial sığorta ödənişləri, 6,1 faizi vergi borcları, qalanları ƏDV, vergi qanunvericiliyinin tət...
Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı
Fevralın 13-ü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hüquqşünas Yalçın İmanovun şikayəti üzrə proses keçirilib. Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi istəyi ilə üz tutub. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İma...
Növbəti mitinq problemli kreditlərə həsr ediləcək
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli “Turan” agentliyinin “Çətin sual” proqramına müsahibəsində 19 yanvar aksiyasının ölkənin ictimai-siyasi həyatına böyük təsir göstərdiyini vurğulayıb: “Bu, son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli aksiya...
“Demokratik rejim bərqərar olanadək mübarizəmi davam etdirəcəm”
Fevralın 13-də azadlığa çıxan Məmməd İbrahim “Amerikanın səsi”nə müsahibəsində deyib ki, siyasi fəaliyyətini AXCP sıralarında davam etdirəcək. Məmməd İbrahim AXCP sədrinin müşaviridir. O, 2015-ci ilin sentyabrında həbs edilib, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham ol...
Jurnalistlərin işi: dövlət əleyhinə çağırış, yoxsa xəbər, mülahizə?
Xalid Ağalıyev media hüquqçusu Bakıda iki tanınmış jurnalistin – Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli və Criminal.az saytının baş redaktoru Anar Məmmədovun məhkəməsi davam edir. Həbs təhlükəsi real olan jurnalistlər “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya qurulu...
103 əcnəbi ölkədən çıxarılıb
Dövlət Miqrasiya Xidmətinin rəsmi məlumatına görə, 2019-cu ilin yanvar ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı üzrə 48 min 755 müraciət qeydə alınıb. Ay ərzində ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, v...
Məmməd İbrahim azadlığa çıxdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim fevralın 13-də azadlığa buraxılıb. Vəkil Cavad Cavadovun yaydığı məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilən şikayətə baxıb: “Bizim tələ...
Köçəryanın cinayət işi böyüyür
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Köçəryana yeni ittiham irəli sürüb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılır. Yeni ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, ...
Yeni təyinat
Prezident İlham Əliyev Rəvan Vaqif oğlu Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edib. Sərəncam fevralın 12-də imzalanıb. Rəvan Həsənov 2017-ci ildən icraçı direktorun səlahiyyətlərini icra edirdi. Novator.az bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi pr...
Kütləvi aksiya hansı motivlərlə qadağan oluna bilər?
Novator.az Azərbaycan qanunvericiliyinin kütləvi aksiyalar məsələsini necə tənzimləməsinə nəzər salıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, “toplantı” yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu ...
Qarabağ mitinqinə niyə yox deyilir?
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-na təyin etdiyi mitinqin keçirilməsinə razılaşmayıb. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyini bəyan etmişdi. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya...
Yoxlamaları dayandıran qanunda dəyişiklik
Milli Məclisin 12 fevral iclasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanuna dəyişiklik edilib. 2015-ci il noyabrın 1-dən qüvvədə olan qanun yoxlamaları 2021-ci il yanvarın 1-dək yasaqlayır (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlam...
Bələdiyyələr üzrə illik məruzə
Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin 12 fevral iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzə illik məruzə ilə çıxış edib. AZƏRTAC-ın məlumatına görə, nazir müavini deyib ki, ötən il 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib: “Onların 69775-i qanunvericiliyə...
Məhbus baş redaktorla bağlı yeni açıqlama
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovla bağlı yeni açıqlama verilib. İkram Rəhimov ötən il oktyabrın 26-da tutularaq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxsin təkrarən hədə-qo...
Müsavatçının məhkəməsi: vəsatət təmin olunmadı
Fevralın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə hazırlıq iclası keçirilib. Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci il...