Hüquq
Məhkəmə baş redaktoru ev dustaqlığına buraxmaqdan imtina edib
İyunun 7-si Xətai Rayon Məhkəməsində Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanla bağlı vəsatətə baxılıb. Teleqraf.com xəbər verir ki, məhkəmə Şəfəq Ağacan haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatəti təmin etməyib. Şəfəq Ağacan...
Jurnalistikanın bədxassəli şişi
Səhiyyə Nazirliyi jurnalist Teymur Kərimovu məhkəməyə verib. Nazirlik jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtan adlanır. Uzun müddətdir Azərbaycanın bəzi hüquq müdafiəçiləri, jurnalistləri və bəzi b...
Fuad Abbasov deportasiya olunur
Azərbaycanlı jurnalist və bloqçu Fuad Abbasovun bu gecə Rusiyadan deportasiya olunacağı bildirilir. Fuad Abbasov Rusiyada Qarabağ məsələsini müntəzəm qaldıran, Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid edən şəxs kimi tanınır. Jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb...
Nazirliyin jurnalistə qarşı iddiasına baxılır
İyunun 7-də Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyinin jurnalist Teymur Kərimova qarşı iddiası üzrə hazırlıq iclası başlanıb. Mayın 18-də Teymur Kərimov anasının müalicəsinə pul toplamaq üçün Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. O deyib ki, səhiyyə sistemində rüşvətxorluq hökm ...
Erməni polkovnik 11 il əvvəlki qətlə görə tutulub
Ermənistan paytaxtı Yerevanda birinci instansiya məhkəməsi 2008-ci ildə Polis Qoşunları komandanının müavini, qərargah rəisi postunu tutmuş polkovnik Geqam Petrosyanı iki ay müddətinə həbs edib. Novator.az-ın məlumatına görə, qərar iyunun 6-sı Xüsusi İstintaq Xidmətinin vəsatəti əsasında çıxarılıb. ...
Siyasi məhbuslar üzrə məruzəçi sentyabra ümid edir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfərə gələ bilməyib. Səfər bu həftəyə planlaşdırılmışdı. Azərbaycan hakimiyyəti iyunun 5-6-da qeyd olunmuş Ramazan bayramını əsas gətirərək səfəri əlverişsiz hesab edib. “...
Baş redaktorun şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində Criminal.az (eyni zamanda Criminalaz.com) saytının baş redaktoru Anar Məmmədovun şikayətinə baxılıb. “Turan”ın məlumatına görə, apellyasiya instansiyası şikayəti təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin Anar Məmmədov barəsində çıxardığı hökmü qüvvədə saxlayıb...
Manatın satış qiyməti endi
Mərkəzi Bankın İdarə Heyəti iyunun 7-də uçot dərəcəsini 8,5%-ə endirib. Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir. 2018-ci il 9,75%-lə bitib. Bu il fevralın 1-də uçot dərəcəsi 9,25%-ə, martın 15-də 9%-ə, aprelin 26-da 8,7...
AXCP üzvünün cəzası azaldılıb
AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının cəzası 6 illik həbsdən 3 illik həbsə endirilib. Qərar iyunun 4-də Ali Məhkəmədə çıxarılıb. 2018-ci il sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Baxışlını Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daş...
Xüsusi nümayəndə: “Gələcək sazişin mühüm siyasi hissəsi var”
“Avropa İttifaqı və Azərbaycan arasında gələcək sazişin mühüm siyasi hissəsi var və Bakının sazişin iqtisadi aspektlərlə məhdudlaşdırılmasında israr etdiyi haqqında iddialar həqiqətə uyğun deyil”. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Turan” agentliyinə müsahibəsində ...
Fəlakətin dərsləri
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 1993-cü ilin iyun qiyamından yazıb. Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində Əli Kərimli bunları qeyd edir: “26 il öncə 4 iyunda xalqın seçdiyi Əbülfəz Elçibəy hakimiyyətinə qarşı dövlət çevrilişi başlanmışdı. Çox təəssüf, o ...
Sərnişin və yük daşımaq qaydaları
Nazirlər Kabineti sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya əsasən, beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitəsinin gün ərzində idarə e...
Ramiz Mehdiyev Qarabağdan nə yazır?
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivlərinə həsr olunmuş məqaləsi yayılıb. 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müst...
Vergidən pay bölgüsü: yeni qayda təsdiqlənib
Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanması və istifadəsi qaydası təsdiqlənib. Fərmanı prezident İlham Əliyev iyunun 3-də imzala...
Milli məlumat məkanı formalaşır
Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi tədbirlərinə fərman verib. İyunun 2-də imzalanan fərmanda qeyd olunur ki, Azərbaycanda dövlət idarəçiliyinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə “Elektron hökumət” formalaşıb: “Hazı...
Nazir jurnalisti məhkəməyə verib
Səhiyyə naziri Oqtay Şirəliyev “Kanal 8” internet televiziyasının əməkdaşı Teymur Kərimovu məhkəməyə verib. Məhkəmənin hazırlıq iclası iyunun 7-si Nəsimi Rayon Məhkəməsində olmalıdır. Teymur Kərimov “Azadlıq” radiosuna bildirib ki, nazir onun Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliy...
Müsavatçının işini aparan müstəntiq məhkəməyə gəlməyib
İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Bastainfo.com xəbər verir ki, prosesdə Müsavat Partiyasının bir qrup fəalı, Azad Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər. Hakim İradə Həsənova elan edib ki, Da...
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Rövşən Ağayev İslahat mövzusu son dörd ildə rəsmi təbliğatın gündəliyindən çıxmır. Belə görünür ki, hələ uzun müddət hökumətin informasiya siyasətinin bu prioriteti dəyişməyəcək. Hökumət səhiyyə, təhsil, sosial müdafiə sistemindən tutmuş vergi, gömrük, aqrar sektoradək bütün sahələrdə köklü islahatl...
Hüquqşünas “İlin Cümhuriyyətçisi” mükafatına layiq görülüb
İyunun 1-də D18 Hərəkatı “İlin Cümhuriyyətçisi” mükafatının təqdimatını keçirib. Mükafat hüquqşünas Yalçın İmanova verilib. 5 ildir təqdim olunan mükafat hər il siyasi məhbus hesab edilən şəxslərə və ictimai fəallara verilir. D18 hərəkatı 2013-cü ildə yaradılıb. Hərəkat Azərbaycan Xalq Cümhuriyyətin...
Dövlət qulluqçuları: staj, yaş, əməkhaqqı
2019-cu il yanvarın 1-nə Azərbaycanda 29,1 min nəfər dövlət qulluqçusu olub. Dövlət Statistika Komitəsinin rəsmi hesabatında dövlət qulluqçularının 7,4 faizinin 1 ilə qədər, 24,2 faizinin 5 ilə qədər, 23,2 faizinin 10 ilə qədər, 16,8 faizinin 15 ilə qədər, 28,4 faizinin 15 il və daha çox qulluq staj...