Hüquq
Yeni təyinat
Prezident İlham Əliyev Rəvan Vaqif oğlu Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edib. Sərəncam fevralın 12-də imzalanıb. Rəvan Həsənov 2017-ci ildən icraçı direktorun səlahiyyətlərini icra edirdi. Novator.az bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi pr...
Kütləvi aksiya hansı motivlərlə qadağan oluna bilər?
Novator.az Azərbaycan qanunvericiliyinin kütləvi aksiyalar məsələsini necə tənzimləməsinə nəzər salıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, “toplantı” yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu ...
Qarabağ mitinqinə niyə yox deyilir?
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-na təyin etdiyi mitinqin keçirilməsinə razılaşmayıb. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyini bəyan etmişdi. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya...
Yoxlamaları dayandıran qanunda dəyişiklik
Milli Məclisin 12 fevral iclasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanuna dəyişiklik edilib. 2015-ci il noyabrın 1-dən qüvvədə olan qanun yoxlamaları 2021-ci il yanvarın 1-dək yasaqlayır (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlam...
Bələdiyyələr üzrə illik məruzə
Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin 12 fevral iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzə illik məruzə ilə çıxış edib. AZƏRTAC-ın məlumatına görə, nazir müavini deyib ki, ötən il 72535 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib: “Onların 69775-i qanunvericiliyə...
Məhbus baş redaktorla bağlı yeni açıqlama
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovla bağlı yeni açıqlama verilib. İkram Rəhimov ötən il oktyabrın 26-da tutularaq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxsin təkrarən hədə-qo...
Müsavatçının məhkəməsi: vəsatət təmin olunmadı
Fevralın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə hazırlıq iclası keçirilib. Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci il...
Pensiyanın artım faizi bilindi
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2019-cu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 548,9 min nəfər olub, onların 883,9 min nəfəri dövlət sektorunda, 665 min ...
Çörəklə sınağa çəkilənlər…
Hikmət Nazim Qəzetlərdən birinə korrektor vəzifəsinə dəvət olunmuşdum. Uzun müddət işsiz qalandan sonra bu təklif hava kimi, su kimi gəlmişdi. Maaş ürəkaçan olmasa da, istədiyim iş idi. Təzə-təzə alışırdım, hər şey yaxşı gedirdi. Elə bunu demişdim… Deməmiş olaydım. Bir gün qəzetin baş redaktor...
Bir ayda 519 əcnəbi saxlanıb
2019-cu ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti 519 əcnəbini saxlayıb. Rəsmi məlumata görə, onların 6 nəfəri Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib. Saxlanan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nə...
Casus əməliyyatı: DTX rəsmi məlumat yayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi fevralın 11-də rəsmi məlumat yayıb. Qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şə...
Vergi məmurları təltif olunub
Prezident İlham Əliyev sərəncam imzalayaraq vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri (general-leytenant) xüsusi rütbəsi verib. 1976-cı il təvəllüdlü Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziridir. O, 2003-cü ildən Azərbaycanda İxracın və İnvestisiy...
REAL-ın kampaniyası necə keçir?
Azərbaycan Konstitusiyasının 96-cı maddəsi seçki hüququ olan 40 min vətəndaşa da qanunvericilik təşəbbüsü ilə çıxış etmək, yəni Milli Məclisin müzakirəsinə qanun layihələri təqdim etmək hüququ verir. Respublikaçı Alternativ Partiyası (REAL Partiya) bunu əsas götürərək seçki hüququ olan 40 min vətənd...
Jurnalistdən şikayətçi olan məhkəməyə məcburi gətiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Criminal.az (eyni zamanda Criminalaz.com) saytının baş redaktoru Anar Məmmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Anar Məmmədovun başçılıq etdiyi saytda dərc olunan yazıları oxuyub təşvişə düşdüyünü iddia edən və buna g...
Məhbuslarla bağlı dinləmə keçirilib
Fevralın 7-si Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzi ilə Məhbus Ailələrinin Koordinasiya Mərkəzi ictimai dinləmə təşkil edib. Dinləmələrdə hüquq müdafiəçiləri və onların siyasi məhbus kimi tanıdığı şəxslərin ailə üzvləri iştirak ediblər. “Turan”ın məlumatına görə, Siyasi...
Həbsdə olan jurnalistin şikayəti təmin edilib
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsi Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun xeyrinə qərar verib. İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən...
AXCP üzvü məhbus oğlundan narahatdır
İmişli şəhər sakini, təqaüdçü Vaqif Cabbarov cəzaçəkmə müəssisəsində saxlanan oğlu Natiq Cabbarlıya görə narahatlıq keçirir. Fevralın 8-də “Azadlıq” radiosuna danışan Vaqif Cabbarov deyib ki, yanvarın ikinci yarısından sonra məhkum oğlunun qara günləri başlayıb: “Oğlum xəstə idi, müalicə olunurdu. A...
ADA Universitetinin statusu dəyişdi
Prezident İlham Əliyev ADA Universitetinin statusunu yeniləyən fərman imzalayıb. Novator.az-ın məlumatına görə, nizamnaməsində edilən dəyişikliklə universitet orta ixtisas təhsili üzrə kadr hazırlığını da aparan təhsil müəssisəsi olur. Yeniliyə əsasən, universitetin tərkibinə kolleclər də daxil ola ...
Administrasiyanın müraciət hesabatı
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da yayılan məqaləsinin ikinci hissəsində 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizinin ərizə, 30,7 faizinin şikayət, 0,3 faizinin təklif olduğun...
Sosial ödənişlərin yeni qaydaları
Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov Vergiler.az saytına müsahibəsində deyib ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınmasını və onların məcburi dövlət sosial sığorta haqqı ...