Hüquq
Neft Fondunun Müşahidə Şurası yeniləndi
Dekabrın 9-da sərəncam imzalayan prezident İlham Əliyev Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib. Novator.az bildirir ki, Müşahidə Şurasının tərkibi belə rəsmiləşib: baş nazir Milli Məclis sədrinin müavini prezidentin köməkçisi-Prezident Administrasiyasının iqtisadi məsələl...
Arif Hacılı efir istəyir
Müsavat Partiyasının başqanı Arif Hacılı İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımova məktubla müraciət edib. Məktubda qeyd olunur ki, Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisinin təyin olunması nəzərə alınaraq ölkədə a...
Rusiyaya ağır idman cəzaları
Dünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi dekabrın 9-da Rusiyanı cəzalandırıb. Novator.az bildirir ki, qərara əsasən, Rusiya dörd il ərzində beynəlxalq idman yarışlarına ev sahibliyi etmək, ölkənin yığma komandaları isə turnirlərdə dövlət bayrağı altında çıxış etmək hüququnu itirir. Həmin müdd...
Ermənistanda yol hərəkəti qanunu necə dəyişir?
Ermənistan parlamenti dekabrın 9-da yol hərəkəti qanunvericiliyini sərtləşdirən layihəyə səs verib. Novator.az xəbər verir ki, yenilik bal sistemi üzrə cəza mexanizmini nəzərdə tutur. Kiçik pozuntulara görə 1 bal, 5 min dramadək cərimə tətbiqi gözlənir (478 dram 1 dollara bərabərdir). Maşını sərxoş ...
Seçkidə addım-addım
Novator.az 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin təqvim planına nəzər salıb. Namizədlərin irəli sürülməsi seçkinin təyin edilməsi haqqında prezident sərəncamı rəsmi dərc olunandan – dekabrın 6-dan başlayıb. Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması ...
Seçki təqvimi, iştirak qərarları
Mərkəzi Seçki Komissiyasının 7 dekabr iclasında 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin təqvim planı təsdiqlənib. Plana görə, namizədin qeydə alınması üçün sənədlər dekabrın 21-dən yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqat ...
Baş redaktor azadlığa çıxıb
“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb. “Report”un xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb. Habil Vəliyev cəzasını 10 saylı Cəzaçəkmə Müəssisəsində çəkirdi. Baş redaktor 20...
Hansı dairədə nə qədər seçici var?
2020-ci il fevralın 9-u Azərbaycanda parlament seçkisi keçiriləcək. Mərkəzi Seçki Komissiyasının son hesabatına görə, ölkədə 5 milyon 212 min 902 nəfər seçici var. Novator.az seçki dairələri üzrə seçici sayını da nəzər salıb: 1 saylı Şərur-Sədərək seçki dairəsi — 38141min seçici 2 saylı Şərur — 4299...
Avtomobil parkımız niyə köhnəlir?
İqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında yerləşdirilən məqaləsində yazır ki, böyük neft pullarının Azərbaycana daxil olduğu 2005-2015-ci illər həm də ölkənin avtomobil parkının sürətlə böyüməsi ilə yadda qalıb: “1990-2000-ci illərdə minik avtomobillərinin sayı cəmi 27% (72 min ədəd...
Nazirin Qarabağ çıxışı
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-i Slovakiyanın paytaxtı Bratislavada, ATƏT Nazirlər Şurasının iclasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir deyib ki, cəbhə xəttindəki nisbi sakitlik Minsk qrupu həmsədrlərinin qeyri-sabit ...
Şamaxı ziyarətində
Dövlət başçısı İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, prezident Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxıdan keçən hissəsinin yenidənqurmadan sonra açılışına qatılıb. Arayışa görə, ümumi uzunluğu 16 kilometr olan yol 4 zolağa genişləndirilib. İlham...
6-cı seçkinin günü, qaydası
Prezident İlham Əliyev beşinci Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib. Sərəncam dekabrın 5-də imzalanıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezi...
Avropa Məhkəməsi Azərbaycanı iki yazara görə cərimələdi
Dekabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi mərhum yazıçı-publisist Rafiq Tağının və jurnalist Samir Sədaqətoğlunun işi ilə bağlı qərarını açıqlayıb. Rafiq Tağı 2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulub, 3 il müddətinə azadl...
Cəza qərarı dəyişməyəcək?
Vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova dekabrın 5-də Novator.az-a danışıb. O deyib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin cəza qərarını hələ də əldə edə bilməyib: “Yalnız şifahi bildiriblər ki, bir vətəndaşın şikayəti əsasında vəkillik fəaliyyətində nöqsanların üzə çıxıb, həm də kolleg...
Ümidsizliyin çarəsi
Rövşən Ağayev Sosial siyasət üzrə ixtisaslaşmış amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Piter Daymondun redaktorluğu ilə çap edilən “Davranış iqtisadiyyatı və onun tətbiqi” nəşrində uzunmüddətli araşdırma və praktik təcrübələrdən əldə olunan əsas qənaətlərdən biri budur: yüksək stressin olduğu ...
Sərkisyanın ölkədən çıxması yasaqlanıb
Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq rəhbəri Serj Sərkisyanı cinayət məsuliyyətinə cəlb edib. O, xüsusilə külli miqdarda dövlət vəsaitinin mənimsənməsində iştirakda ittiham edilir. Novator.az bildirir ki, ittihama görə, Serj Sərkisyan 2013-cü ildə prezident vəzifəsini tutarkən bir qrup...
Parlamentin hansı səlahiyyətləri saxlanır?
Konstitusiya Məhkəməsi Plenumunun 4 dekabr qərarının tam mətni yayılıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Həmin gün dövlət başçısı qərarın konstitusiyaya uyğun olub-olmadığına aydınlıq gətirilməsi m...
Vətəndaşın qanun haqqı rəsmiləşdi
Prezident İlham Əliyev vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsi qanununu imzalayaraq onun tətbiqinə fərman verib. Novator.az bildirir ki, qanuna əsasən, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Vətəndaşların təqdim etdiyi qanu...
Beş Məclisin partiyaları
Hazırda 117 deputatı olan beşinci Milli Məclis buraxılır. 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində 124 nəfər Milli Məclisə mandat alıb. 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkidə daha 1 nəfər deputat seçilib. Sonradan 6 deputat icra hakimiyyətinə keçib, 1 deputat dünyasını dəy...
Konstitusiya Məhkəməsi yeni seçkiyə razılıq verdi
Konstitusiya Məhkəməsi Plenumunun 4 dekabr iclası başa çatıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Həmin gün dövlət başçısı qərarın konstitusiyaya uyğun olub-olmadığına aydınlıq gətirilməsi məqsədilə K...