Hüquq
Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb
Həbsdə olan jurnalist Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb. Bunu “Turan”a jurnalistin xanımı Gülmira Aslanova deyib. Həyat yoldaşı bir gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında Polad Aslanovla görüşüb. Gülmira Aslanovanın sözlərinə görə, Poladın səhhəti norm...
Təhsil sahəsində yeni qurum
Dövlət başçısı İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirməyə fərman verib. Novator.az bildirir ki, sənədə görə, Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən...
Neft Fondunun büdcəsi rəsmiləşib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2020-ci il büdcəsini təsdiqləyib. Fərmana görə, fondun gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri 11 milyard 589 milyon 910,3 min manat məbləğində rəsmiləşir. Xərc istiqamətləri belədir: 2020-ci ilin dövlət büdcəsinə transfert – 11 milyard 35...
REAL-çı fəala məhkumluq əngəli
Dekabrın 29-da Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkisində 20 saylı Nərimanov dairəsindən namizədliyini irəli sürmüş Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) üzvü Zaur Qurbanlı ilə bağlı məsələyə baxıb. APA-nın məlumatına görə, məhkumluq müddətinin ...
Tibbi sığorta: yenilənmiş qanun
2020-ci ildə Azərbaycan icbari tibbi sığortaya keçir. Nazirlər Kabineti sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını belə müəyyən edib: Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şama...
Seçki marafonundan yeni statistika
Mərkəzi Seçki Komissiyasının 29 dekabr hesabatına görə, 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkisinə 1808 iddiaçı qatılıb, onların 74-ü marafonda iştirakını dayandırıb, 27-si rəsmən qeydə alınıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasında 20 partiyanın səlahiyyətli nümayənd...
Bədən Tərbiyəsi və İdman Akademiyası yeni səlahiyyət aldı
Nazirlər Kabineti doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edib. Novator.az-ın məlumatına görə, siyahının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölməsi ləğv edilib. Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi...
“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü
2019-cu ilin “Nərgiz” mükafatına hüquq müdafiəçisi Oqtay Gülalıyev layiq görülüb. “Nərgiz” mükafatını 2015-ci ildə Müsavat Partiyası təsis edib. Mükafat 2015-ci ilin aprelində dünyadan vaxtsız köçmüş gənc müsavatçı Nərgiz Yaqublunın adını daşıyır. Novator.az-ın məlumatına görə, mükafatın 2019-cu il ...
Yalçın İmanovun işi Avropa Məhkəməsinə göndərilib
Vəkillikdən uzaqlaşdırılan hüquqşünas Yalçın İmanov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Dekabrın 28-də Novator.az-a danışan Yalçın İmanov deyib ki, Avropa Məhkəməsində onu Böyük Britaniyadan olan vəkillər təmsil edəcək. Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub, ...
Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb
Dekabrın 28-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yayıb. Açıqlamada 29 oktyabr 2019-cu ildə Bakıda hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması üzrə başlanmış cinayət işinin Nəsimi Rayon Polis İdarəsində istintaq olunduğu xatırladılır: “2019-ci il oktyabrın 29-da ç...
Mustafa Hacıbəyli şikayət verib
Müsavat Partiyası Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinin 24 dekabr qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Novator.az-a danışan jurnalist deyib ki, Binəqədi məhkəməsinin qərarının ləğvini, məhkumluğunun götürülməsini istəyir. Bakı A...
Mehman. Yenə polisə böhtan?
Dekabrın 27-si axşam bir qrup şəxs paytaxtın mərkəzində, o cümlədən Daxili İşlər Nazirliyinin binası yaxınlığında aksiya keçirərək inzibati həbsə məhkum edilmiş repçi Pərviz Quluzadəyə azadlıq tələbi irəli sürüb. Polis əməkdaşları həmin şəxslərdən birini – bloqçu Mehman Hüseynovu Fəvvarələr me...
YAP-ın deputatlığa namizədləri
Dövlət başçısı İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisindəki namizədlərini açıqlayıb. Novator.az bildirir ki, bu il dekabrın 5-də buraxılan parlamentdə 68 deputatla təmsil olunan partiyanın bir çox təmsilçisi, o cüml...
30 sutka, iki versiya
“Paster” ləqəbli repçi Pərviz Quluzadə tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, dekabrın 26-da Pərviz Quluzadə paytaxtın Binəqədi rayonunda narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edib və onu in...
Baxışlının şikayətinə necə baxılır?
Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının şikayətinə baxılıb. Orxan Baxışlı 2018-ci il mayın 6-dan həbsdədir. Həbsindən əvvəl – mayın 3-də o, 2005-ci ildə öldürülən jurnalist Elmar Hüseynovun Qurd qapısı qəbiristanlığındakı məzarı üstündə çıxış edib....
Yeni ittiham
Həbsdə olan jurnalist Polad Aslanova əlavə ittiham irəli sürülüb. Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Dövlət ...
Təltif sərəncamları
Dövlət başçısı İlham Əliyev təltif sərəncamları imzalayıb. Kənd təsərrüfatı sahəsində çalışan Abbasov Vaqif Qurban oğlu, Qədimov Fuad Tahir oğlu, Qurbanov Mürsəl Bakir oğlu, Mustafayev Mehman Xancan oğlu, Soltanov Şakir Soltan oğlu 1-ci dərəcəli “Əmək” ordeni alıblar. Abasov Qurban İsmayıl oğlu, Bab...
Seçki yarışında 20 partiya var
Mərkəzi Seçki Komissiyasının 26 dekabr iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş parlament seçkisinə qatılan Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Novator.az bildirir ki, bununla qeydiyyatdan keçən partiyaların sayı 20-yə çatıb. Yeni Azərbaycan Partiyası, Ü...
İraq prezidenti istefa verir
Dekabrın 26-da İraq prezidenti Bərham Saleh parlamentə müraciət edərək istefa verdiyini açıqlayıb. Qərar ölkədə oktyabr ayının əvvəllərindən dərinləşən ictimai-siyasi böhrandan doğur. Səngimək bilməyən xalq etirazlarında 500 nəfərə yaxın adam həlak olub. Noyabrın sonunda baş nazir Adil Əbdül Mehdi i...
Vergi Məcəlləsi yeniləndi
Vergi Məcəlləsinə dəyişikliklər prezident İlham Əliyevin imzası ilə təsdiqlənib. Novator.az bildirir ki, 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeniliklərdən birinə görə, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Başqa bir d...