Hüquq
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin hesabatı
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2019-cu ilin hesabatını verib. Rəsmi məlumata görə, ötən il idarə vətəndaşların 8447 müraciətinə baxıb, həmçinin 317 cinayət xarakterli materialı araşdırıb: “Həmin materialların 231-i üzrə cinayət işi başlanıb, 86 material üzrə digər proku...
9 fevral marafonu: 1396 namizəd var
Azərbaycan parlamentinə – Milli Məclisə seçilmək istəyən şəxslərin dairə seçki komissiyalarında qeydiyyatı yanvarın 16-da başa çatır. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 15 yanvar hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə qatılan iddiaçıların 1396-sı rəsmən qe...
Medvedyevi kim əvəzləyir?
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması yanvarın 16-da ölkənin yeni baş naziri ilə bağlı təqdimata baxacaq. Novator.az-ın məlumatına görə, prezident Vladimir Putin baş nazir postuna Mixail Mişustini namizəd göstərib. Yanvarın 15-də parlamentin yuxarı və aşağı palatalarının birgə iclasınd...
Prezident prezidentliyə qadağalar təklif edir
Yanvarın 15-də parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında – Federal Məclisdə çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına yeniliklər təklifi verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, ölkə ərazisində azı 25 il daimi yaşamamış, başqa ölkənin...
Hazırlıq iclası qərar verdi
Bakı Apellyasiya Məhkəməsində Müsavat Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə proses start götürüb. Novator.az-ın məlumatına görə, yanvarın 15-də keçirilən hazırlıq iclasında çəkişmə mərhələsi yanvarın 24-nə təyin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-...
Gələnlərin sayı 11 faiz artıb
Yanvarın 15-də Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Rəsmi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, 2019-cu ildə ölkəyə daxil olan əcnəbilərin sayı əvvəlki illə müqayisədə 11 faiz, ölkədə müvəqqəti yaşayanların...
Magistraturalara qəbulun yenilənmiş qaydaları
Nazirlər Kabineti ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını yeniləyib. Novator.az bildirir ki, sənədə görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər...
AŞPA Azərbaycanın məsələsini müzakirəyə çıxarır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyinə “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” məsələsi daxil edilib. Qurumun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamə layihəsi ya...
Bəxtiyar Hacıyevi təhdid edən şəxsin tutulduğu bildirilir
İctimai fəal, fevralın 9-da keçiriləcək parlament seçkisində 29 saylı Səbail dairəsindən namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyevi təhdid edən şəxsin tutulduğu bildirilir. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Yasamal polisinin əməkdaşları saxta sosial şəbəkə profillərindən özünü ABŞ v...
88 nəfər işə bərpa olunub
Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunsuz xitam verildiyini müəyyən edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, görülən tədbirlər nəticəsində həmin işçilər əvvəlki işlərinə bərpa olunublar. Hesabata g...
Mehman Hüseynov xaricə müayinəyə gedib
Bloqçu Mehman Hüseynov tibbi müayinədən keçmək üçün Gürcüstana yola düşüb. “Turan” agentliyi xəbər verir ki, Mehmanın müayinə və müalicə olunmasına zərurət onun ötən il dekabrın 27-də aldığı xəsarətlərə görə yaranıb. Məlumata görə, Mehman dekabrda xəsarət alandan sonra Bakıda tibbi müayinədən keçib,...
Deputat olmaq istəyən deputatlar
Fevralın 9-u Azərbaycanda parlament seçkisi keçiriləcək. Marafona qoşulanların 82-si indiki Milli Məclisdə təmsil olunur. Novator.az onların hansı dairələrdən namizəd olmasına nəzər salıb: 1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov (YAP) 2 saylı Şərur seçki dairəsi – İsa Həbibbəyli (YAP) 3 ...
Gömrük pozuntuları statistikası
Gömrük pozuntularının illik hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ildə 562 qaçaqmalçılıq faktı, 393 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 28 aksiz markası olmadan mal idxal etmə faktı, 11 gömrük ödənişindən yayı...
Cəbhəçi niyə həbsə getdi?
AXCP-nin Salyan şöbəsinin fəalı Əlizamin Salayev 30 sutkalıq həbs cəzası alıb. Qərarı yanvarın 13-də Səbail Rayon Məhkəməsi çıxarıb. Əlizamin Salayev həmin gün AXCP-nin digər üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovla birgə tutulub. “Turan”a danışan Nicatın sözlərinə görə, onlar Səbail rayonunda...
25-ci orden
Neftçi alim və geoloq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin sərəncamında təltif Azərbaycanın neft sənayesinin inkişafında böyük xidmətlər və uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb. Yan...
Talıbova yubiley təltifi
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif edib. Təltif dövlət quruculuğu işlərində xüsusi xidmətlərlə əsaslandırılıb. Yanvarın 14-də Vasif Talıbovun 60 yaşı tamam olub. Novator.az bildirir ki, Vasif Talıbov 1960-cı ildə Şərurun ...
Nazir jurnalistin məsələsini nəzarətə götürüb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu qəbul edib. Son günlər sosial şəbəkədə naməlum şəxslərin Anar Məmmədovu vəhşicəsinə döyməsi və bu hücumu hansısa oliqarxın təşkil etməsi barədə uydurma xəbərlər yayılıb. Baş redaktor daxili işlər ...
“Seçki – 2020” mərkəzi işə düşüb
Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzi işə düşüb. “Seçki – 2020” adlanan mərkəz Bakıdakı “Hilton” hotelinin “ONYX” zalında yerləşir (telefon: (+99412) 565-50-29 (30, 31), elektron poçt: [email protected]). Rəsmi məlumata görə, mərkəz müasir informasiya-kommunikasiya texnologiyaları, zə...
Üçüncü əməliyyat
Yol qəzasında kəllə-beyin travması alan Oqtay Gülalıyev üçüncü dəfə əməliyyat olunub. Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u Bakıda minik avtomobili vurub. Kliniki Tibbi Mərkəzdə ilkin yardım göstərildikdən sonra Oqtay Gülalıyev koma vəziyyətində, qapalı kəllə-beyin travması, baş beynin əzilməsi...
1 yerə 8 iddiaçı var
Azərbaycan parlamentinə – Milli Məclisə seçilmək istəyən şəxslərin müvafiq sənədləri dairə seçki komissiyalarına təqdim etmək vaxtı yanvarın 10-da başa çatıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 11 yanvar hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2431 iddiaçı ...