Hüquq
Dəyirmi masanın bəyanatları
Siyasətçilərin və ictimai xadimlərin (Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, jurnalist Mehman ...
Azər Qasımlı REAL Partiyadan getdi
Azər Qasımlı Respublikaçı Alternativ Partiyasından (REAL Partiya) ayrılıb. Novator.az xəbər verir ki, Azər Qasımlı REAL Partiyadan çıxdığını noyabrın 6-da keçirdiyi mətbuat konfransında elan edib. Azər Qasımlı son günlərədək REAL Partiyanın Məclis başqanı olub. Məclisin 3 noyabr iclasında partiyanın...
Məhkəmə jurnalistin islah olunmadığı qənaətinə gəlib
Noyabrın 5-də Nəsimi Rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun (Əziz Qaraşoğlu) müraciətinə baxılıb. Əziz Orucov 2017-ci il mayın 2-də tutulub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az ...
Oqtay Gülalıyev İstanbula aparıldı
Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Türkiyənin İstanbul şəhərinin Avrasiya Hospitalına aparılıb. Məlumatı APA noyabrın 6-da yayıb. Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. 2019-c...
Seçki yarışında 11 partiya var
Mərkəzi Seçki Komissiyasının 5 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasına Sabir Rüstəmxanlı sədrlik edir. Novator.az bildirir ki, daha əv...
Nə bəyan olundu?
Siyasətçilərin və ictimai xadimlərin müzakirəsi bəyannamə qəbulu ilə başa çatıb. Noyabrın 5-i Müsavatın Bakıdakı mərkəzi qərargahında keçirilən müzakirələrə bu partiyanın başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, AXCP sədri, Demokratik Qüvvələr...
Köçəryan: “Ədalət mühakiməsi yoxdur”
Ermənistanın sabiq prezidenti Robert Köçəryan noyabrın 5-i paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə keçirilən prosesdə çıxış edib. Novator.az-ın məlumatına görə, Robert Köçəryan həbsdə saxlanmasına heç bir hüquqi əsas olmadığını vurğulayıb: “Dəmir barmaqlıqlar arasına salınmağım mənə q...
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib. Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncəl...
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
“Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır”. Bunu noyabrın 5-də “Azadlıq” radiosuna tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Adil Qeybulla bildirib ki, xəstənin səhhətində geriləmə yoxdur: “Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən ikinci...
Arif Hacılı: “Müraciətimiz kompromisdir”
Müsavat başqanı Arif Hacılı partiyanın noyabrın 10-na təyin etdiyi mitinqdən yazıb. Partiya 10 noyabr mitinqini Bakıda keçirmək niyyətindədir. Aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığa buraxılması, repressiyalara son qoyulması, seçki qanunvericiliyində islahatlar olacağı bəyan edilib. ...
Ekspert müxalif partiyaları seçkiyə çağırır
Yerli özünüidarəetmə məsələləri üzrə ekspert Samir Əliyev bəzi müxalif partiyaların dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina qərarını pisləyib. O, partiyaların özlərində güc tapıb seçkilərdə iştirak etməli olduğunu vurğulayıb. 118 seçki dairəsini əhatə edən 23 dekabr seçki...
Əli Kərimlinin müraciətində nələr var?
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli ictimaiyyətə müraciət edib. Novator.az-ın məlumatına görə, Əli Kərimli müxalifətin 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmadığını vurğulayır: “Bu ilin 19 yanvarında və 19 oktyabrında keçird...
Kollegiya yeniləndi
Nazirlər Kabineti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının tərkibini təsdiqləyib. Novator.az bildirir ki, qərara əsasən, 13 nəfərdən ibarət, komitə sədrinin rəhbərlik edəcəyi kollegiyada bu vəzifələri tutan şəxslər təmsil olunacaq: Komitə sədrinin birinci müavini Komitə sədrinin müav...
Hesabat, tapşırıq, xəbərdarlıq
“Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır”. Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla noyabrın 4-də keçirdiyi görüşdə belə deyib. AZƏRTAC-ın məlumatına görə, paytaxt rəhbəri dövlət başçısına nümunəvi həyətlərin qurulma...
İlqar Məmmədov partiyada nəyi dəyişmək istəyir?
Novator.az Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) nizamnaməsinə hansı dəyişikliklərin təklif olunmasına nəzər yetirib. Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılan partiyanın dövlət qeydiyyatı yoxdur. Hökumət qurumları yer ayırmadığı üçün partiyanın təsis qurultayı 2018-ci il...
Nazirlik iki qurumunda struktur dəyişiklikləri aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində struktur dəyişiklikləri aparılıb. Rəsmi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail və Yasamal rayon şöbələrinin bazasında 1 saylı Bakı Ərazi Şöbəsi; Dövlət Məşğulluq Xidmətinin (DMX) Səbail və Yasamal mərkəzlərinin bazasında 1 s...
İçəridə kimlər qalır?
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyaya görə tutulan 5 nəfər azadlığa buraxılıb. Novator.az bildirir ki, Baha Mikayılov (Müsavat), Orxan Səlimzadə, Rəşad Qədirov, Bəxtiyar Yusubov, Rəşad Həsənov (hamısı AXCP) 15 sutkalıq inzibati həbs cəzasını başa ...
Məhbus siyahısında azalma
Hüquq müdafiəçisi, keçmiş vəkil Əliabbas Rüstəmov oktyabrın 31-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunaraq rüşvət vermə və vəzifə saxtakarlığı ittihamı ilə 7 il azadlıqda...
Fuad Qəhrəmanlı və daha üç nəfər həbsə gedib
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı oktyabrın 31-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-si Bakıda, metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Oktyabrın 31-də...
Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri oldu
Noyabrın 1-də sərəncam imzalayan dövlət başçısı İlham Əliyev Samir Rafiq oğlu Nuriyevi Prezident Administrasiyasının rəhbəri təyin edib. Novator.az bildirir ki, Samir Nuriyev 1975-ci il martın 9-u Bakı şəhərində doğulub. Azərbaycan Texniki Universitetinin mühəndis biznesi və menecment fakültəsini bi...