Hüquq
“Bu etimad mütləq deyil”
Prezident İlham Əliyev noyabrın 12-də İlqar Abbasovu Şirvan şəhərinin, Mərdan Camalovu Zərdabın, Əziz Əzizovu Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra başçıları təyin olunmaları (İcra hakimiyyətlərində yerdəyişmələr) ilə bağlı qəbul edib. AZƏRTAC-ın məlumatına görə, İ...
Baş nazir hökumət layihəsinə qurban getdi
Moldova parlamenti noyabrın 12-də hökumətə etimadsızlıq göstərib. Novator.az-ın məlumatına görə, qərarı 101 yerlik parlamentin 63 deputatı dəstəkləyib. Bu il fevralın 24-də seçilmiş parlamentdə Rusiyaya yaxınlığı ilə tanınan Sosialist Partiyası 36 mandata sahibdir. Qərbə yaxın qurumlardan Demokrat P...
Müsavatın aksiyası: tutulanlar var
Müsavat başqanı Arif Hacılı noyabrın 12-də tutulub. “Basta” saytının məlumatına görə, saat 13:30 radələrində Arif Hacılının maşınını Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Avtomobilindən düşürülən Arif Hacılını mülki geyimli şəxslərin başqa bir maşınla naməlum istiqamətdə apardığı bildirilir. Mü...
Cabbardan sonra
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyada tutulan AXCP fəalı Cabbar Savalanlı 20 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyas...
İcra hakimiyyətlərində yerdəyişmələr
Prezident İlham Əliyev İlqar Namaz oğlu Abbasovu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Noyabrın 12-də imzalanan digər sərəncamla İlqar Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan M...
Evo Morales Meksikaya sığınır
Boliviyanın sabiq prezidenti Evo Morales ölkəni tərk edib. Noyabrın 12-də yayılan məlumata görə, Meksikadan siyasi sığınacaq alan siyasətçi həmin ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə yola düşüb. Novator.az bildirir ki, 1959-cu il təvəllüdlü sosialist Evo Morales ilk dəfə 2005-ci ildə pr...
ADR Hərəkatı piket keçirməyə qərar verib
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 19-u Bakıda piket keçirməyə qərar verib. Qərar hərəkatın İdarə Heyətinin 11 noyabr iclasında qəbul edilib. Piketi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirmək, aksiyada 2020-ci ildən uşaq pulunun bərpası, təqaüd yaşının aş...
Yenə yarımçıq qələbə
İspaniyada noyabrın 10-da keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, baş nazir səlahiyyətlərini icra edən Pedro Sançesin Sosialist Fəhlə Partiyası 350 nəfərlik aşağı palataya 120 mandat qazanıb. Sağ qüvvələri birləşdirən ana müxalifət qurumu – ...
Seçki yarışında yeni partiya
Mərkəzi Seçki Komissiyasının 11 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Novator.az bildirir ki, daha əvvəl 12 partiyanın səlahiyyətli nümayəndələri qeydiyyat baryerini aşıb: Yeni Azərbaycan Partiy...
Oqtay süni nəfəs aparatından çıxarılıb
İstanbuldakı Avrasiya Hospitalında yatan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz noyabrın 8-də yeni məlumat yayıb. Novator.az-ın məlumatına görə, Təbriz bildirir ki, atasının durumu hələ də ağırdır: “Süni nəfəs aparatından çıxarılıb, ancaq yenə koma vəziyyətindədir. Həkimlər tezliklə ayılaca...
Qaldı 11 nəfər
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiya ərəfəsində tutulan AXCP fəalı Ramid Nağıyev azadlığa çıxıb. Novator.az bildirir ki, o, noyabrın 7-də 20 sutkalıq inzibati həbs cəzasını başa vurub. 2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli...
Mustafa Hacıbəyli departament rəhbəri oldu
Jurnalist Mustafa Hacıbəyli Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri təyin olunub. Sərəncamı noyabrın 8-də partiya başqanı Arif Hacılı imzalayıb. Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokra...
Məhbus cəbhəçinin qızı “MedEra”da müalicə olunur
Həbsdə olan cəbhəçi, Qarabağ müharibəsi əlili Asif Yusiflinin qızı Esmira Yusifovanın səhhəti sabitləşib. Şəkərdən əziyyət çəkən 1998-ci il təvəllüdlü Esmira Yusifova noyabrın 6-da ağır vəziyyətdə Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. Həkimlər reanimasiya şöbəsinə yerləşdirilən xə...
İxtiraya necə iddia etmək olar?
Nazirlər Kabineti patentin alınması barədə iddia sənədinə aid tələbləri təsdiq edib. Novator.az bildirir ki, tələblər Azərbaycanda ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Əqli Mülkiyyət Agentliyinə verilən iddia sənədinə dair tələbləri müəyyən edir. İxtira, faydalı model ...
12 oldular
Mərkəzi Seçki Komissiyasının 7 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan, deputat Tahir Kərimli sədrlik etdiyi Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Novator.az bildirir ki, daha əvvəl 11 partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata düşüb: Ye...
Yenə “yox”
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının daha bir aksiyasına “yox” deyib. Müsavat noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmi...
Fuad Qəhrəmanlı buraxılmadı
Noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının şikayətinə baxıb. Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-si Bakıda, metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Oktyabrın 31-də ləğv olunan aksiya ərəfəsi...
Asif Yusiflinin qızı ilə bağlı açıqlama verildi
Həbsdə olan AXCP üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin şəkərdən əziyyət çəkən qızı Esmira Yusifovanın durumu ilə bağlı açıqlama verilib. Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov noyabrın 7-də Report.az-a deyib ki, 1998-ci il təvəllüdlü Esmira Yusifova ötən ...
Köçəryan içəridə qaldı
Ermənistanın paytaxtı Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə noyabrın 7-də sabiq prezident Robert Köçəryanın vəkillərinin vəsatətinə baxıb. Novator.az-ın məlumatına görə, Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə vəsatət təmin olunmayıb. 1954-cü ildə Azərbaycanın Dağ...
Məhbus müharibə əlilinin qızı komaya düşüb
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin qızı Esmira koma vəziyyətinə düşüb. Novator.az bildirir ki, Asif Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir. 2015-ci ilin iyulunda məhkəmə onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 a...