Hüquq
Aksiyada xəsarət alan jurnalistin açıqlaması
Fevralın 11-i axşam Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya dağıdılarkən xəsarət alan jurnalistlərdən biri də Sevinc Vaqifqızıdır. Aksiyanın əsas təşəbbüsçüsü 10 saylı Binəqədi dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova olub, ona başqa namizədlər və fəallar da qoşulub. Onlar parlament ...
Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini tanımır
9 fevral parlament seçkisində 30 saylı Suraxanı dairəsindən namizəd olan şəxslərin bir qrupu bəyanat yayıb. Bəyanatı Müsavat Partiyasının üzvü Misir Mahmudov, Ümid Partiyasının üzvü İlahə Sadıqova, bitərəflər Fərid Eyvazov, Vüsalə Həsənova, Mahmud Mahmudov, Afiq İsrəfilov, Ziya Quliyev, Samirə Rəful...
YAP-çı namizədin rəqibləri yenidən seçki tələb edir
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin nəticələrini açıqlayanda 32 saylı Suraxanı seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının namizədi Afət Əbil qızı Həsənovanı qalib elan edib. MSK-nın hesablamasına görə, Afət Həsənova hazırda səslərin 64.9%-ni toplama...
Arxiv işinin inkişafı proqramı
Azərbaycanda arxiv işinin inkişafına dair dövlət proqramı təsdiqlənib. Prezident İlham Əliyevin sərəncamı ilə rəsmiləşən proqram 2020-2025-ci illəri əhatə edir. Sənədə əsasən, məqsəd arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləş...
Prezident: “Biz istəmirik pozuntular olsun”
“Strateji inkişaf yolumuz var – heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq”. Prezident İlham Əliyev fevralın 12-si Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışı zamanı belə deyib. ASAN könüllüləri ilə görüşən dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti çox dərin m...
Paytaxt hakimiyyəti aksiya yeri ilə razılaşmır
Bakı Şəhər İcra Hakimiyyəti 16 fevral aksiyası ilə bağlı rəsmi müraciətə baxaraq qərarını açıqlayıb. Fevralın 9-da keçirilmiş parlament seçkisinə qatılan Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, “D18” Hərəkatı rəsmiləri və bəzi müstəqil namizədlər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyy...
11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilmiş aksiyanın təşəbbüsçüsü Rəbiyyə Məmmədovanın qoluna gips qoyulub. Novator.az saytına açıqlamasında Rəbiyyə Məmmədova deyib ki, Kliniki Tibbi Mərkəzdə onu qəbul etmədiklərindən həmin gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya...
Baş redaktor qanını MSK-da yuyub
“Basta” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəyli döyülüb. O, başından, çənəsindən, xüsusilə sol gözündən xəsarətlər alıb. Hadisə fevralın 11-i axşam Bakıda baş verib. Həmin gün Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya ...
Aksiyada xəsarət alan müsavatçının vəziyyəti necədir?
Fevralın 11-i axşam Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiyada xəsarət almış müsavatçı Ərzulla Buludov Novator.az saytına açıqlama verib. Ərzulla Buludov 1960-cı ildə anadan olub. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür, hazırda Suraxanı rayon təşkilatına sədrlik edir. O, 2020-ci ...
603 məhdudiyyət qərarı
Dövlət Miqrasiya Xidməti 2020-ci ilin yanvar ayına olan statistik məlumatları açıqlayıb. Rəsmi hesabata görə, ay ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 49151 müraciət qeydə alınıb. Ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vət...
MSK yenidən formalaşacaq
Fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından 72 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbh...
İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü
9 fevral parlament seçkisində 19 saylı Nərimanov seçki dairəsindən deputatlığa namizəd olan doqquz nəfər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və baş prokuror Zakir Qaralova birgə şikayət ərizəsi ilə müraciət edib. Novator.az-ın məlumatına görə, ərizəni Müsavat Partiyasının üzvü İsa Qə...
11 fevral aksiyası
Fevralın 9-da keçirilmiş parlament seçkisində ayrı-ayrı dairələrdən namizəd olmuş və onlara dəstək verən bir qrup fəal fevralın 11-i axşam Bakıda, Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirib. Onlar “Saxtakarlığa son!” şüarı ilə parlament seçkisinin rəsmi nəticələrinə etiraz ...
10 min manat alan 10 nəfər
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosial fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 şəxsə gənclər üçün prezident mükafatları verilib. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə mükafatı bu şəxslər alır: Ağayev Ziya Səbuhi oğlu Ağazadə Mu...
Avropa İttifaqı ilə əməkdaşlıq komissiyası yeniləndi
Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıq üzrə dövlət komissiyasının tərkibini yeniləyib. Novator.az-ın məlumatına görə, baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya bu vəzifələri tutan şəxslər üzv olur: Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həm...
Mitinq qərarı verildi
Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, “D18” Hərəkatı və bəzi müstəqil namizədlər Bakıda birgə mitinq keçirməyi qərara alıblar. Novator.az-ın məlumatına görə, fevralın 11-də təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndəriblər. Məktubda deyilir ki, aksiya fevral...
Parlamentə seçilənlərin təvəllüdü
Novator.az fevralın 9-da keçirilmiş parlament seçkisinin ilkin nəticələrində önə çıxan şəxslərin təvəllüdünə nəzər salıb: Fəttah Heydərov – 1938-ci il Ziyad Səmədzadə – 1940 Eldar İbrahimov, Hüseynbala Mirələmov – 1945 Mixail Zabelin, Sabir Rüstəmxanlı – 1946 Madər Musayev, V...
Dörd namizəd aksiya keçirib
9 fevral parlament seçkisində 33 saylı Xətai birinci seçki dairəsindən dörd namizəd səsvermənin rəsmi nəticəsinə etiraz aksiyası keçirib. Aksiyada bu namizədlər iştirak ediblər: Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı, Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli, “D18” Hərəkatının sədri Ruslan İzzətli...
İqtisadçının yeni parlamentə tövsiyələri
İqtisadçı Rövşən Ağayev parlamentin iqtisadi qərarların qəbulunda rolunu artırmağı təklif edir. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında yayılan məqalədə qeyd edir ki, qarşıdakı 10 il Azərbaycan üçün çox məsuliyyətli dövrdür: “Dünya “enerji transformasiyası” adlanan ...
“Kanal 13”ün direktorunun məhkumluğu ləğv edildi
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun (Əziz Qaraşoğlu) üzərindən məhkumluq götürülüb. Novator.az bildirir ki, qərar fevralın 11-i Bakı Apellyasiya Məhkəməsində çıxarılıb. Əziz Orucov 2017-ci il mayın 2-də tutulub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inziba...