Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosial fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 şəxsə gənclər üçün prezident mükafatları verilib. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə mükafatı bu şəxslər alır:
Ağayev Ziya Səbuhi oğlu
Ağazadə Murad Firdovsi oğlu
Əsgərzadə Elmar Etibar oğlu
Hacıyeva Sərvinaz Faiq qızı
Hüseynli Məhərrəm Rüfət oğlu
İbrahimov Kənan Qabil oğlu
Kazımzadə Günay Tofiq qızı
Quliyeva Mətanət Elşən qızı
Məmmədov Faiq Rəşad oğlu
Rüstəmov Sabir Elşad oğlu.
Novator.az bildirir ki, gənclər üçün prezident mükafatı 2013-cü ildə təsis edilib. Məbləği 10 min manat olan mükafat hər il 10 nəfərə verilir.