Hüquq
Şaxtalı rəylər
Fevralın 24-də qarlı-şaxtalı hava paytaxt Bakıda bir çox problemə səbəb olub. Novator.az “Facebook” şəbəkəsində rəylərə nəzər salıb. AXCP sədri Əli Kərimli: – Hamımız şahid olduq ki, Bakı qışa hazırlanmayıb. Paytaxtın icra hakimiyyəti başçısı dəyişib, ancaq qışa hazırlığa münasibət dəyişməyib....
İşsiz sayını gizlədəndə…
İqtisadçı Qubad İbadoğlunun rəsmi qurumlara iradı var. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Dövlət Statistika Komitəsi (DSK) 2020-ci ildə Azərbaycanda 20,1 min iş yerinin bağlandığını açıqlayıb: “Hesabata əsasən, iş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyəti dayandırması,...
Almaniyada əhaliyə pulsuz ekspress testlər veriləcək
Martın 1-dən Almaniyanın test mərkəzlərində və apteklərində əhaliyə pulsuz ekspress testlər veriləcək. Novator.az bildirir ki, bu testlər hər kəsin koronavirus infeksiyasına yoluxub-yoluxmadığını fərdi qaydada, ev şəraitində yoxlamasına imkan yaradır. Hələlik əhali ekspress testləri test mərkəzlərin...
Aksiya işi: mühakimə olunanlar üç qrupa bölündü
Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin işi üzrə prosesi üç qrup üzrə aparacaq. Novator.az-ın məlumatına görə, qərar fevralın 24-ü Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilən hazırlıq iclasında verilib. İş üzrə məhkəmə baxışla...
Baydenin Qafqaza dəstəyi Rusiyanı geri oturda bilər – “The Hill”
ABŞ-ın “The Hill” qəzetində prezident Cozef Baydenin Cənubi Qafqaz siyasəti ilə bağlı məqalə dərc olunub. “Bayden Rusiyanı Qafqazdakı qonşularına dəstək verməklə geri oturda bilər” başlıqlı məqalənin müəllifi ABŞ-ın Ceymstaun Fondunun böyük elmi işçisi Yanuş Buqayskidir. Novator.az saytı məqaləni in...
17 ölkə, 27 əyalət, 2 beynəlxalq təşkilat
Xocalı soyqırımının 29 ili tamam olur. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal edərək 613 dinc sakini qətlə yetirib. Novator.az bildirir ki, 17 ölkənin (Bosniya və Herseqovina, Cibuti, Çexiya, Əfqanıstan, Honduras, İndoneziya, İordaniya, Kolumbiya, Qvate...
Basqınçı dəstəyə hökm oxundu
Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunu ələ keçirmiş silahlı dəstənin mühakiməsi başa çatıb. Novator.az-ın məlumatına görə, fevralın 24-də Yerevanda birinci instansiya məhkəməsinin hökmü oxunub. 2016-cı il iyulun 17-də Ermənistan paytaxtında patrul-mühafizə polkuna basqın edən silahl...
Qafqaz Albaniyası irsi: tariximizə yiyə duraq
Fəxri Uğurlu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı İkinci Qarabağ savaşından alınan dərslər Azərbaycan ərazisində yaranmış ən qədim dövlət olan Qafqaz Albaniyasının irsinə münasibət məsələsini yenidən aktuallaşdırdı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan “əzabkeş” qonşularımızı...
Gənc fəal niyə tutulub?
“Nida” Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov 30 sutka inzibati həbs cəzası alıb. Meydan.tv-nin məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak m...
Arif Hacılıdan uyğur çağırışı
Fevralın 22-də Kanada parlamenti “Çində dini azlıqlar” adlı sənəd qəbul edib. 338 nəfərlik qanunverici orqanda 266 səslə keçən sənəddə uyğurlara qarşı basqılar soyqırımı kimi tanınır, hökumət Çinə qarşı sanksiyalara çağırılır. Novator.az-ın məlumatına görə, Kanada parlamentinin qərarına münasibət bi...
Yoxlamalar sahəsində yenilik
Sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanun yenilənir. Novator.az bildirir ki, Milli Məclisin 23 fevral iclasında ilk oxunuşdan keçən layihəyə görə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarına...
37-lərin məhkəməsi: vəsatətlər qaldırılıb
Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin işi üzrə prosesə start verib. Novator.az-ın məlumatına görə, fevralın 23-ü Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilən hazırlıq iclasında cinayət işinin xətm olunması, ev dustaqlığı qəti...
Navalnı Putini aşıra bilərmi? – Nina Xruşşovanın məqaləsi
1953-1964-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş Nikita Xruşşovun nəvəsi Nina Xruşşova “Project Syndicate” beynəlxalq media təşkilatının saytında “Navalnı Putini aşıra bilərmi?” başlıqlı məqalə ilə çıxış edib. Məqalə saytda ingilis və rus dillərində yerləşdirilib. Beynəlxalq münasibətlər üzrə m...
Parlamentin Məhkəmə-Hüquq Şurasında təmsilçisi dəyişdi
Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. Qərar parlamentin 23 fevral iclasında qəbul olunub. Novator.az bildirir ki, 1960-cı il təvəllüdlü Nizami Səfərov 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Hüquq elmlə...
“Əsas səbəblərdən biri islahatçı idarəçilərin sayının az olmasıdır”
Milli Məclisin deputatı, parlamentin elm və təhsil komitəsinin, həmçinin gənclər və idman komitəsinin üzvü Etibar Əliyev Novator.az saytının suallarını cavablandırıb. – Pandemiya torunda çırpınan bir dünyada haqq savaşı hələ bitməyən Azərbaycanın vətəndaşı kimi mövcud durumu necə qiymətləndiri...
Tbilisidə əməliyyat: müxalif lider tutuldu
Gürcüstan polisinin xüsusi təyinatlı qüvvələri fevralın 23-ü səhər müxalif Vahid Milli Hərəkat Partiyasının paytaxt Tbilisidəki qərargahında əməliyyat keçirib. Novator.az-ın məlumatına görə, partiya sədri Nika Meliya həbs edilib. Nika Meliyanın həbsinə qərarı fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi ç...
Gürcüstan: yeni hökumət rəsmiləşdi
Fevralın 22-də Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib. Səsverməyə qatılan 91 deputatın yalnız 2-si yeni hökumətə etimadın əleyhinə çıxıb. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurduğu hökumətə İrakli Qaribaşvili baş nazirlik edir. 1982-ci il təvəllüdlü İrakli Qari...
Gömrük pozuntuları
Gömrük pozuntuları üzrə yeni hesabat yayılıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2021-ci ilin yanvar ayında 5 qaçaqmalçılıq faktı, 4 gömrük ödənişindən yayınma faktı, 12 başqa cinayət qeydə alınıb. Ay ərzində 20 şəxsin gömrük cinayəti törətdiyi, 2544 inzibati xətanın ...
Aksiya davam edir
Məhbus jurnalist Polad Aslanov Bakı İstintaq Təcridxanasından paytaxtın Nizami rayonunda yerləşən 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Novator.az bildirir ki, jurnalistin həyat yoldaşının fevralın 22-də yaydığı məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri cəzaçəkmə müəssisində ...
Pensiya müşkülü
İqtisadçı alim Qubad İbadoğlu pensiya şərhi yayıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Azərbaycanda median əməkhaqqı 343 manatdır, yəni muzdla işləyən 1,6 milyon nəfərin yarısının maaşı 343 manat və ondan aşağıdır: “Bu yalnız yaşam şərtlərinin çətinləşdiyi indiki şəraitdə dolanışığı pis...