Hüquq
Karantin arqumenti
Nazirlər Kabineti xüsusi karantin rejimini oktyabrın 1-dək uzadıb. Qərar iyunun 24-də verilib. Rejimin iyulun 1-də başa çatması nəzərdə tutulmuşdu. 2020-ci il martın 31-də koronavirus infeksiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağl...
Parlament seçkisinin qaydaları
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının təşəbbüsünü nəzərə alan parlament dövlət başçısına 21 iyun müraciətində Milli Məclisin buraxılmasını və növbədənkənar seçki təyin olunmasını istəyib. Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidi...
Növbədənkənar seçki gəlir
Milli Məclisin 21 iyun iclasında prezidentə müraciət qəbul olunub. Müraciətdə parlamentin buraxılması və növbədənkənar seçki təyin edilməsi təklifi yer alır. Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2...
Fələstin qərarı
Ermənistanın Xarici İşlər Nazirliyi iyunun 21-də bəyanat yayaraq Fələstinin müstəqil dövlət kimi tanındığını açıqlayıb. Bununla Fələstin Dövlətini tanıyan ölkələrin sayı 147-yə çatıb. 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. ...
Parlament seçkisi irəli çəkilir
Yeni Azərbaycan Partiyası parlament seçkisini irəli çəkmək təşəbbüsü qaldırıb. İdarə Heyətinin 20 iyun iclasında partiyanın Milli Məclisdəki təmsilçilərinə parlamentin buraxılması və növbədənkənar seçki təyinatı üçün prezidentə müraciət olunması tövsiyə edilib. Milli Məclisin səlahiyyət müddəti 5 il...
Bank cərgəsində azalma
“Naxçıvanbank” bank olmayan kredit təşkilatına çevrilib. Xəbər iyunun 20-də yayılıb. 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank”ın sıradan çıxması ilə Azərbaycanda bankların sayı 22-yə düşür: “Accessbank” “AFB Bank” Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Sənaye Bankı “Azər-Türk Bank” “Bank Avras...
Pozuntular, qərarlar
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2024-cü ilin mayında rəsmiləşən qanun pozuntuları 1765 qərarın qəbuluna gətirib. 399 qərar cərimə ödəməklə ölkəni tərk etmək tələbi qoyub, 443 qərar Azərbaycan ərazisində yaşamanı qanuniləşdirib. 232 qərar ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətb...
Siyasi məhbus siyahısı yenilənib
Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın 14 iyun məlumatına görə, 303 məhbus bu qruplara bölünüb: 216 inanclı; müxalif partiyaların və hərəkatların 28 üzvü; 20 jurnalist və bloqçu; “Gəncə işi” üzrə tutulan 13 nəfər; 11 ömürlük məhkum; “Tərtər işi...
Nikahlar 8,9 faiz azalıb
Azərbaycan əhalisinin sayı 2024-cü il mayın 1-nə 10 milyon 193 min 571 nəfərə çatıb. Rəsmi hesabata görə, yanvar-aprel aylarında 33575 doğulan, 20963 ölüm halı, 13859 nikah, 6933 boşanma qeydə alınıb. 2023-cü ilin ilk dörd ayı ilə müqayisədə doğumun 9,9 faiz, ölüm hallarının 3,1 faiz, nikahların 8,9...
Əsl xoşbəxtlik
Hikmət Sabiroğlu …İçimizdə bir rahatlıq var. Hərdən yuxu kimi gəlir bu rahatlıq – düşmənin qovulduğu, çəkilib getdiyi yurd yerləri doğma ciyərlərlə nəfəs alır. Bir vaxt da hər şey yuxu kimi görünürdü – elimiz tapdaq altına düşmüş, çilik-çilik olmuşduq. O qara yuxudan çox yol gəldik, hamıya qis...
Mandat bölgüsü
Avropa İttifaqının təmsilçi orqanı olan Avropa Parlamentinə iyunun 6-9-da keçirilmiş seçkilərin ilkin nəticələri yenilənib. 720 nəfərlik quruma Avropa Xalq Partiyası qrupu 186, Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı qrupu 135, Liberalların Yenilənən Avropa qrupu 79, Avropa Mühafizəkar...
Seçkidən növbədənkənar seçki doğdu
Fransa prezidenti Emmanuel Makron iyunun 9-da parlamentin aşağı palatasını – Milli Məclisi buraxaraq növbədənkənar seçki təyin edib. İlk tur iyunun 30-da, ikinci tur iyulun 7-də keçiriləcək. Milli Məclis 577 təkmandatlı dairədə seçilir. 2022-ci ildə seçilmiş qanunverici orqanda prezident Emman...
İran prezidentliyinə namizədlər
İranda iyunun 28-nə təyin olunmuş növbədənkənar prezident seçkisinin namizədləri açıqlanıb: parlament sədri Məhəmmədbağır Qalibaf, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi, parlament üzvü Məsud Pezeşkian, paytaxt Tehranın meri Əlirza Zakani, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Səid ...
Avropanın seçimi
Avropa Parlamentinə iyunun 6-9-da keçirilmiş seçkilərin ilkin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, Avropa Xalq Partiyası qrupu 720 nəfərlik qurumda 187, Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı qrupu 148 mandata sahib çıxır. Liberalların Yenilənən Avropa qrupu 97, İdentiklik və De...
Qaçaqmalçılıq işində kimlər var?
Azərbaycana xarici valyuta gətirilməsi adı ilə məsuliyyətə cəlb edilən jurnalist və ictimai fəalların sayı 20-yə çatıb. Cinayət işləri bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı (5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur) üzrə aparılır. Novator.az bildirir ki, “Abzas ...
Yenilənmiş seçkilər
İyunun 2-si Türkiyənin 3 rayonu və 4 qəsəbəsində bələdiyyə başçısı postuna seçkilər yenilənib. İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyası 1 rayon, 2 qəsəbədə, Cümhuriyyət Xalq Partiyası 1 rayon, 1 qəsəbədə, Xalqların Bərabərlik və Demokratiya Partiyası 1 rayonda, Milliyyətçi Hərəkat Partiyas...
Parlament sədrindən nöqtə
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Rəsmi məlumat iyunun 3-də yayılıb. Müxalif qüvvələr, ictimai fəallar və beynəlxalq birliyin pislədiyi qanuna əsasən, illik gəlirinin 20 faizindən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatı və media...
Bəraət
Ermənistanın paytaxtı Yerevanda birinci instansiya məhkəməsi sabiq prezident Serj Sərkisyana və daha iki şəxsə bəraət verib. Qərar mayın 31-də çıxarılıb. 2019-cu ilin dekabr ayında irəli sürülmüş ittihama əsasən, Serj Sərkisyan 2013-cü ildə prezident vəzifəsini tutarkən bir qrup şəxsin kənd təsərrüf...
Separatçılara amnistiya
İspaniya parlamentinin aşağı palatası katalon separatçılara amnistiya layihəsini qəbul edib. Mayın 30-da səsvermədən keçən qanun Kataloniya vilayətinin İspaniyadan ayrılmasına görə cinayət məsuliyyətinə cəlb olunmuş 300-dən çox məmur və fəalın bağışlanmasını nəzərdə tutur. Kataloniya 1979-cu ildə mu...
Gürcüstan: hökumət layihəsi qanun olur
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentində daha bir mərhələni keçib. Layihə 2023-cü il martın 7-də ilk oxunuşda qəbul edilmiş, ancaq martın 9-da etirazlar üzündən geri götürülmüşdü. Bu ilin aprelində layihə yenidən parlament müzakirəsinə çıxarılıb və mayın 14-də son ...