Hüquq
İsa Qəmbərin şikayəti təmin olunmayıb
Ali Məhkəmə pensiya çəkişməsi aparan siyasətçi İsa Qəmbərin şikayətini təmin etməyib. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, işə yazılı icraat qaydasında, məhkəmə iclası keçirilmədən və tərəflərin iştirakı olmadan baxılıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindənd...
İş istəyənin milləti nə rol oynayır?
İşə qəbulda namizədin hansı millətdən olması rol oynayırmı, etnik azlıqlara münasibətdə ayrı-seçkiliyə yol verilirmi? London Kral Kollecinin (Böyük Britaniya) mədəniyyətlərarası menecment kafedrasının baş müəllimi Mladlen Adamoviç və Monaş Universitetinin (Avstraliya) iqtisadiyyat üzrə professoru An...
Jurnalistə 6 min avro
Sentyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarları açıqlanıb. Aihmaz.org-ın məlumatına görə, Azərbaycan dövləti ölkədən çıxışının yasaqlanmasından şikayət etmiş jurnalist Şahvələd Çobanoğlunun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hərəkət azadlığına və səmərəl...
Rusiya sosial şəbəkələrdə meydan sulayır – “Forbes”
Populyar sosial şəbəkələrə nəzarət edən texnologiya şirkətləri Rusiya dezinformasiyası ilə mübarizədən üzüqara çıxıb. Novator.az-ın məlumatına görə, “Forbes” jurnalının bu mövzuda yazısında Avropa Komissiyasının (Avropa İttifaqının icra qurumu) yaydığı hesabata istinad olunur. Vətəndaş cəmiyyəti qru...
8 partiyanın qeydiyyatı yenilənib
2023-cü il yanvarın 11-də qüvvəyə minən siyasi partiyalar qanunu dövlət qeydiyyatı üçün minimum üzv sayını 1000 nəfərdən 5000 nəfərə qaldırıb. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğ...
Nazim Bəydəmirli aclıq edir?
Bakı İstintaq Təcridxanasında saxlanan iqtisadçı, iş adamı Nazim Bəydəmirlinin aclıq aksiyası keçirdiyi ehtimal olunur. Sentyabrın 6-da “Turan”a danışan vəkil Aqil Layic deyib ki, son görüşündə Nazim Bəydəmirli ona sentyabrın 4-də aclığa başlayacağını bildirib: “Aldığım xəbərə görə, o, aksiyaya başl...
Çində qadınların əl-qolu açılır – “Nyu-York Tayms”
Çində fərdi mənzili olan, özünə ev almaq istəyən qadınların sayı artır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş yazıda qeyd olunur ki, 2020-ci ilə aid tədqiqat Çində daşınmaz əmlak sahibi olan, tək yaşayan qadınların sayının on il əvvələ nəzərən 6,9 faizdən 10,3...
Partiyalar yenidən rəsmiləşir
Siyasi partiyaların dövlət qeydiyyatı yenilənir. “Turan”ın məlumatına görə, sentyabrın 5-dək 6 partiyanın dövlət qeydiyyatı yenidən rəsmiləşib: Ağ Partiya, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Haqq-Ədalət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası....
Avropa Məhkəməsindən Qubad İbadoğlu sualları
Avropa İnsan Hüquqları Məhkəməsi məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun vəkillərinin müraciətini nəzərə alaraq müvəqqəti xarakterli tədbirlərə başlayıb. Novator.az-ın məlumatına görə, Azərbaycan dövlətinə Qubad İbadoğlunun saxlanma şəraiti və səhhəti ilə bağlı suallar göndərilib, cavab i...
Ukraynalı uşaqların Belarus əsirliyi – “Wall Street Journal”
Rusiya işğal etdiyi Ukrayna ərazilərində oğurladığı uşaqların 2 mindən çoxunu dəmiryolu ilə Belarusa daşıyıb. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzeti belə yazır. Mövzunu araşdıran qəzet Belarus hökumətinin açıq məlumatlarına, həmçinin ölkənin ən iri dövlət şirkətlərindən o...
Elçin Sadıqovun vəkilliyi: təhlükə sovuşdu?
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Elçin Sadıqovun vəkilliyinin dayandırılması barədə qərarını ləğv edib. Xəbər sentyabrın 1-də yayılıb. Novator.az bildirir ki, Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması və onun kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət qərarı Vəkillər Kolle...
Rusiya tarixdən necə dərs alır?
Sentyabrın 1-dən Rusiyanın orta məktəblərində tarix fənninin yeni dərsliklərlə tədrisinə başlanıb. Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalı həmin dərsliklərin məzmununa nəzər salıb. Novator.az-ın məlumatına görə, kanalın internet səhifəsində yerləşdirilmiş şərhdə deyilir ki, Rusiya prezid...
Avropa Məhkəməsinin Azərbaycan qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi avqustun 31-də Azərbaycandan şikayətlər qərarlar açıqlayıb. Nabat Bağırova və başqa 5 nəfərin şikayətini araşdıran məhkəmə onların Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan mülkiyyət hüququnun pozulduğu qənaətinə gəlib (Bakıda ərizəçilərə məxsus fərdi evlər, ev...
Cəza dəyişmədi
AXCP üzvü Pünhan Kərimovun cinayət işinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi 5 illik həbs cəzasını qüvvədə saxlayıb. “Turan”ın məlumatına görə, qərar avqustun 29-da qəbul olunub. Pünhan Kərimov 2018-ci il oktyabrın 8-də mühacirətə gedib, ancaq sığınacaq ala bilməyib, 2021-ci il noyabrın 24-də A...
Azərbaycanın şərti: Ağdam-Xankəndi yolu
Avqustun 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon danışığında Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. İlham Əliyev deyib ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yara...
Səkkiz ayın 20 populyar adı
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda doğulmuş 1057 qıza Zəhra adı verilib. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, Məryəm adı 903, Aylin adı 844 qıza məsləhət görülüb. Populyar qız adlarının ilk onluğunda Zeynəb (834 uşaq), Nilay (741), Fatimə (718), Ayla (691), Mələk (679...
Dünya mediasından
“Wall Street Journal” qəzetinin “Putin, Priqojin və Qərbin xülyası” başlıqlı redaksiya məqaləsində deyilir ki, neçə ildir Rusiya prezidenti Vladimir Putinin rəqiblərinin meyiti ələ gəlir: “Muzdlu dəstənin başçısı Yevgeni Priqojinlə də belə oldu. Rəsmi xəbərə əsasən, o, Moskva yaxınlığında təyyarə qə...
Müdafiə Xətti qeydiyyat mübarizəsində
Müdafiə Xətti təşkilatı dövlət qeydiyyatına alınmaq cəhdlərini davam etdirir. 2020-ci il iyulun 20-də yaradılan quruma hüquqşünas Rüfət Səfərov icraçı direktor seçilib. Manifestinə görə, təşkilatın hədəfləri azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün, hökumətin hesabatlılığı v...
Sərsəng bəyanatı
Avqustun 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə bəyanatı yayılıb. Bəyanatda keçmiş Ağdərə rayonunda yerləşən Sərsəng su anbarında yaranmış vəziyyətdən narahatlıq ifadə olunur: “1976-cı ildə Tərtər çayı üzərində yaradılmış ...
Yoldaşı Nazim Bəydəmirliyə baş çəkib
Məhbus iqtisadçı, iş adamı Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli 24-də Bakı İstintaq Təcridxanasına baş çəkib. “Turan”a danışan Fəridə Bəydəmirli deyib ki, tutulandan bəri yoldaşına ilk dəfə görüş verilib: “Biz şüşə arxasından 20 dəqiqə söhbətləşdik. Nazim gümrah görünürdü, saxlanma şə...