Hüquq
Xocalıda görüş
Sentyabrın 25-i Xocalı şəhərində Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü keçirilib. Prezident Administrasiyasının məlumatına görə, görüşdə qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş yaşlı sakinlərə ilkin tibbi yardım gö...
Qazaxıstanda uşaq pulu layihəsi
2024-cü ildən Qazaxıstanda uşaqların yeni sosial müdafiə sistemi tətbiq olunacaq. Parlamentin aşağı palatasında xeyir-dua alaraq yuxarı palataya göndərilən qanun layihəsinə görə, Qazaxıstan Milli Fondu investisiyadan əldə etdiyi gəlirlərin bir hissəsini 18 yaşınadək şəxslər arasında bölüşdürəcək. Pe...
Karantin uzandı
Nazirlər Kabineti koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimini 2024-cü il yanvarın 2-dək uzadıb. Qərar sentyabrın 25-də verilib. Rejimin oktyabrın 2-də başa çatması nəzərdə tutulmuşdu. 2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi hazırda ölkəyə giriş-çıxışa məh...
Dövlət Təhlükəsizliyi Xidməti ermənilərə səsləndi
Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 25-də Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib. Müraciətdə qeyd olunur ki, 19-20 sentyabrda bölgədə antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur edilib: “Qanunsuz erməni silahlı dəstələrinin tam tərksilah edilməklə d...
Yerevan: seçkiyə nöqtə qoyuldu
Ermənistanın Mərkəzi Seçki Komissiyası Yerevan Şəhər Şurasına sentyabrın 17-də keçirilmiş seçkinin rəsmi nəticələrini açıqlayıb. Novator.az bildirir ki, Vətəndaş Sazişi Partiyası 65 nəfərlik şuraya 24, Milli Yüksəliş Partiyası 14, Ana Ermənistan bloku 12, Respublika Partiyası 8, İctimai Səs Partiyas...
Qarabağa yardım getdi
Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsində yaşayan erməni sakinlərə ərzaq yükü göndərib. AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də ərzaq məhsulları və gigiyenik vasitələr dolu 20 tonluq 2 yük avtomobili və 2 çörək maşını Ağdamdan yola salınıb. Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin ...
BMT-də əməliyyat həşiri
BMT Təhlükəsizlik Şurasının 21 sentyabr iclasında Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki durum müzakirə olunub. Bölgədəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respub...
Yevlax görüşündə nədən danışılıb?
Prezident Administrasiyası Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirdiyi görüşün nəticələrini bəyan edib. Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, sentyabrın 21-i Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında Qara...
Avropadan cərimə yağışı
Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 21-də Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar açıqlayıb. Aihmaz.org-un məlumatına görə, ölkədən çıxışlarına yasaqdan şikayət vermiş jurnalistlər Natiq Cavadlı, Aytac Əhmədova və Aynur Qənbərovanın Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ...
Türkiyədə uçot dərəcəsi yenə artdı
Sentyabrın 21-də Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 30 faizə qaldırıb. Uçot dərəcəsi banklara verilən borclar üzrə faiz dərəcəsidir. Novator.az bildirir ki, iyunun 22-də uçot dərəcəsi 8,5 faizdən 15 faizə yüksəlmiş, iyulun 20-dən 17,5 faiz həddi, avqustun 24-dən 25 faiz həddi qüvvəyə minmişdi....
Telefon söhbəti
Sentyabrın 21-də Azərbaycan və Rusiya prezidentləri telefonla danışıblar. Rəsmi məlumata görə, Azərbaycanın dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə 20 sentyabr olayı ilə bağlı başsağlığı verib. Sentyabrın 20-si keçmiş Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında Rusiya sülhməram...
2024-cü il büdcəsinin ilkin göstəriciləri
Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, gəlirlər 33 milyard 765 milyon manat proqnozlaşdırılır, xərc proqnozu 36 milyard 355 milyon manat göstərilir. Büdcədə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsin...
Hansı partiyaların qeydiyyatı yenilənib?
Ədliyyə Nazirliyi siyasi partiyaların dövlət qeydiyyatının yenilənməsi barədə rəsmi bilgi yaymır. Novator.az mediada yayılmış xəbərlərə əsaslanıb bildirir ki, nazirliyə üz tutmuş 26 partiyanın qeydiyyatı yenilənib: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası,...
Avropa Məhkəməsindən Qubad İbadoğlu qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 20-də məhbus iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı qərar çıxarıb. Qərara görə, Azərbaycan dövləti Qubad İbadoğlunun xəstəxanaya köçürülməsi, müayinə və müalicəsi məsələlərini həll edib məhkəməni mütəmadi məl...
Yevlaxda
Qarabağın erməni sakinlərinin nümayəndələri sentyabrın 21-də Azərbaycan rəsmiləri ilə görüşmək üçün Yevlax şəhərinə gəliblər. Görüş Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya məsələlərinin müzakirəsi məqsədi daşıyıb. Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi deputat R...
İşğal və azadlıq xronikası
Novator.az Qarabağ münaqişəsinin qısa tarixçəsini təqdim edir. 1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları) Ermənistana verilməsi tələbli separatçı hərəkat, təcavüz başlayır. 1989-cu ilin yanvarında D...
Xalqa müraciət
“Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Atəşkəs razılaşması
Müdafiə Nazirliyinin 20 sentyabr məlumatına görə, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq saat 13:00-da bu şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: Qarabağda yerləşə...
Uçot dərəcəsi sabit qaldı
Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 20-də uçot dərəcəsini 9 faizdə saxlamaq qərarı verib. Bu hədd mayın 4-dən qüvvədədir. Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. Novator.az bildirir ki, 2023-cü il 8,25 faizlə start götürüb. Növbəti qərarlar bu tarixlərdə...
İlham Əliyev şərti açıqladı
ABŞ-ın dövlət katibi Entoni Blinken sentyabrın 19-da prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon söhbətində Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub. İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Qarabağda terror məqsədilə minalar quraşdırması, nəticədə mülki şəxslərin və pol...