Hüquq
Mobil soyğunçuluq
İqtisadçı Rövşən Ağayev Azərbaycanda mobil internetin bahalığına diqqət çəkib. Novator.az-ın məlumatına görə, o, Gürcüstanın mobil rabitə operatorlarından birinin tariflərini misal gətirərək yazır: “Limitsiz mobil internet tarifi 50 sent (85 qəpik), həftəlik tarif 2,3 dollardır (3,9 manat). Yəni lim...
“Tofiq Yaqublunu rahatca öldürə bilərlər”
Səbail Rayon Prokurorluğu siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə araşdırmanı bitirib. Novator.az-ın məlumatına görə, siyasətçi bildirir ki, ötən il dekabrın 1-i Bakıdakı 39-cu polis bölməsində və oradan çıxarılaraq kənarda işgəncəyə məruz qalması ilə bağlı şikayəti rədd olunub: “Səbail Rayon Proku...
Polad Aslanovdan nə xəbər?
Həbsdə aclıq aksiyası keçirən jurnalist Polad Aslanovun həyat yoldaşı yeni məlumat yayıb. Onun sözlərinə görə, aksiya müddətində Polad Aslanov 3 kiloqram çəki itirib, başında şiddətli ağrılar, halsızlıq, əl-qolunda keyimədən əziyyət çəkir. Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist ...
Qazaxıstan necə idarə olunur?
Novator.az Qazaxıstanın siyasi sisteminin bəzi məqamlarına nəzər salıb. Ölkədə prezident idarə üsulu tətbiq olunur. Prezident dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. Ümumxalq səsverməsində sadə səs çoxluğu ilə seçilən prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq ...
İsveçdə dezinformasiya ilə mübarizə üçün dövlət agentliyi yaradılıb
İsveçdə Psixoloji Müdafiə Agentliyi adlı yeni dövlət qurumu yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifə cəmiyyəti dezinformasiyalardan, psixoloji müharibədən qorumaq, ictimai rəyi bilərəkdən çaşdırmağa yönəlmiş kampaniyaların qarşısını almaqla demokratiyanı, ifadə azadlığı hüququnu müdafiə et...
Əlavənin artımdan nə fərqi var?
Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il fərmanları ilə müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, xarici kəşfiyyat, təhlükəsizlik, sərhəd, miqrasiya, səfərbərlik və hərbi xidmətə çağırış, strateji obyektlərin mühafizəsi, gömrük sistemlərində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslər...
Qazaxıstanda yeni baş nazir
Yanvarın 11-də Qazaxıstan parlamentinin aşağı palatası – Məclis prezident Qasım-Comərd Tokayevin təqdimatına baxaraq Əlixan Smailovun baş nazir təyin olunmasına razılıq verib. Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Əlixan Smailov Qazax Dövlət Milli Universitetini bakalavr, Qazaxıstan Menecmen...
“Şöhrət”li 70
Prezident İlham Əliyev iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovu “Şöhrət” ordeni ilə təltif edib. Yanvarın 10-da, Sahib Ələkbərovun 70 illik yubileyi günündə imzalanan sərəncamda təltif nazir müavininin dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əsaslandırılıb. 1952-ci il təvəllüdlü Sahib Ələkb...
Gəlir nə gətirdi?
Dövlət Neft Fondu bildirir ki, Azərbaycan 2001-ci ildən 2022-ci il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli” neft yataqları blokundan 155 milyard 373 milyon dollar, 2007-ci ildən 2022-ci il yanvarın 1-dək “Şahdəniz” qaz yatağından 4 milyard 551 milyon dollar qazanc götürüb. Novator.az-ın məlumatına görə,...
Bizi qoruyan tarix
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Dünyanın müxtəlif yerlərində, əsas da yan-başımızda xalqların haqlı etirazları zamanı bəzi siyasi xadimlər, vətəndaş cəmiyyəti nümayəndələri, vətəndaşlar “filan xalq kimi də olmadıq” deyib xalqımızı aşağılamağa çalışırlar. Hətta “ərəb baharı” zamanı da...
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının müraciətinə hələ baxmayıb. Partiya sədri Qubad İbadoğlunun yaydığı məlumata görə, İdarə Heyətinin 8 yanvar toplantısında bu məsələ müzakirə olunub, gələcək addımlar üçün qısa bir müddət də gözlə...
Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün nəticələri
“Bir tərəfdən baxanda Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi riskli addım kimi görünür. Çünki bu, qazax xalqının kütləvi şəkildə Rusiyadan uzaqlaşmasına, hətta onunla düşmənçiliyə başlamasına, Qazaxıstanda Rusiyaya qarşı müqavimətin formalaşmasına gətirib çıxara bilər”. Moskva Karneqi Mərkəzinin dir...
Azərbaycan beynəlxalq sosial müdafiə hesabatında
İqtisadçı Rövşən Ağayev Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiə Hesabatına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 10 müxtəlif indikatora əsaslanan sənəddə ölkələr sosial müdafiənin effektiv təşkili üzrə müqayisə olunur: “Hesabata əsasən, Azərbaycanda pensiya hüququ...
Azərbaycanda Qazaxıstan bəyanatı
Azərbaycan müxalifətinin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana hərbi qüvvə yeritməsini pisləyib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, KTMT-nin sənədlərində üzv dövlətlərdən hər hansı birinə ...
“Wall Street Journal”: “Qazaxıstan böhranı SSRİ-ni yoxdan var edə bilər”
ABŞ-ın “Wall Street Journal” qəzetində “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi 2005-2006-cı illərdə ABŞ-ın NATO-da elçisi, 2018-2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifələrində çalış...
Qazaxıstanda matəm
Yanvarın 10-u Qazaxıstanda milli matəmdir. Ölkə qanlı hadisələrdə həlak olanlara yas tutur. 2022-ci ilin ilk günündə Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndər...
Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır” başlıqlı məqalə dərc olunub. Məqalənin üç müəllifi var: ABŞ-dakı Con Hopkins Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Yevgeni Finkel, Qüdsdəki Yəhudi Universitetinin elmi işçisi Canetta Azary...
Qiyas İbrahimov aksiyası
İctimai fəal Qiyas İbrahimov yanvarın 7-si Bakının mərkəzində, Prezident Administrasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Ərazidəki mühafizə xidmətinin təmsilçiləri və polis əməkdaşları ona mane olub. “Turan”ın məlumatına görə, Qiyas İbrahimov bu aksiya ilə Avr...
Məhbus jurnalistdən aclıq sorağı
Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Polad Aslanov yanvarın 6-dan aclıq edir. Xəbəri “Turan” məhbusun həyat yoldaşına istinadla yayıb. Jurnalist yanvarın 6-da ona baş çəkən həyat yoldaşına aksiyaya Ali Məhkəmədə şikayətinə baxışın yubanmasına etiraz əlaməti olaraq əl atdığını ...
KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?
Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlayan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. Çoxlu ölən və yaralanan var, minlərlə şəxs tutulub. Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlük...