Hüquq
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2022-ci ilin fevralında qanunvericiliyin tələblərinin pozulması halları üzrə 697 qərar qəbul olunub. 102 qərarda cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbi yer alıb, 264 qərar ölkədə yaşamanı rəsmiləşdirib. 8 qərar ölkədən inzibati qaydada çıxarılma...
Vidadi İsgəndərli qərarı gəlir
Martın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquqşünas Vidadi İsgəndərlinin (İsgəndərov) şikayəti üzrə qərar elan edəcək. Vidadi İsgəndərli 2011-ci ilin aprelindən 2012-ci ilin dekabrınadək seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə, ...
Aclıq müharibəyə görə dayandı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırıb. Novator.az-ın məlumatına görə, o, martın 10-da yaydığı açıqlamada qərarını Ukraynadakı müharibə ilə əsaslandırıb: “Dünya dəyişir. Belə bir vaxtda tezliklə lazım gələsi güc toplamaq gərəkdir”. Fevralın 21-dən Rustavi şəhərind...
Yeni baxış, köhnə qərar
Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Paşa Umudovu yenə həbsdə saxlayıb. “Turan”ın məlumatına görə, qərar martın 10-da çıxarılıb. 2019-cu il oktyabrın 15-i Bakıda tutulan Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin 7 avqust 2020-ci il hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış...
Tofiq Yaqublu: şikayət başqa məhkəməyə gedir
Martın 10-da Səbail Rayon Məhkəməsi siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə qərar çıxarıb. Novator.az-a danışan siyasətçi deyib ki, şikayəti təmin olunmayıb: “Mən məhkəmədən Səbail Rayon Prokurorluğunun 30 dekabr 2021-ci il qərarının ləğvini, işgəncəyə məruz qalmağım üzrə cinayət işi başlanmasının ...
Partiyaların gəlir-çıxarı
Mərkəzi Seçki Komissiyasına 2021-ci ilin maliyyə hesabatını verən siyasi partiyaların sayı 14-ə çatıb. Novator.az bildirir ki, onların 4-ü Milli Məclis partiyasıdır. 3 deputatı olan Vətəndaş Həmrəyliyi Partiyasının hesabatına görə, qurum dövlət büdcəsindən 256 min 14,7 manat əldə edib. Partiyanın xə...
Amerikalılar baha benzinə niyə dözür?
ABŞ Ukraynadakı müharibəyə görə Rusiyadan ölkəyə neft və neft məhsullarının, təbii qazın idxalına da qadağa qoyub. “Reuters” agentliyi ilə “İpsos” sorğu şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların əksəriyyəti ölkədə benzinin qiymətinin artmasına baxmayaraq Moskvanın Ukraynaya təc...
ABŞ-ın dövlət katibi Mariupolu Leninqradla müqayisə edib
ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna şəhərlərində, xüsusilə Mariupolda yaranmış vəziyyəti İkinci Dünya müharibəsində Rusiyanın (SSRİ-nin) Leninqrad şəhərinin (indiki Sankt-Peterburq şəhəri) blokadada saxlanması ilə müqayisə edib. Novator.az saytının məlumatına görə, Blinken “Tvitter” şəbəkəsi...
Zelenski: “Onda gec olacaq…”
Böyük Britaniyanın “Sky News” kanalının əməkdaşı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə götürüb. Novator.az-ın məlumatına görə, müsahibə zamanı Zelenski bir daha Qərb dövlətlərini Ukraynanın səmasını bağlamağa çağırıb. O deyib ki, Rusiyanın aviasiya zərbələri ilə törətdiyi və törəd...
Hazırlıq iclası oldu, çəkişmə başlayır
Martın 10-u Bakı Apellyasiya Məhkəməsində məhbus dövlət xadimi Eldar Həsənovun şikayəti üzrə hazırlıq iclası keçirilib. Vəkilləri Eldar Həsənovun ev dustaqlığına buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıblar. Vəsatətlər təmin edilməyib. Novator.az-ın məlumatına...
Ukraynada uşaq böhranı – “Nyu-York Tayms”
İki həftə ərzində Ukraynadan bir milyon uşaq qaçqın düşüb. Novator.az-ın məlumatına görə, BMT-nin Uşaq Fondunun (UNİCEF) rəhbəri Ceyms Elder ABŞ-ın “Nyu-York Tayms” qəzetinə açıqlamasında belə deyib. BMT-nin hesabatına görə, fevralın 24-də Rusiya Ukraynaya hərbi hücuma keçəndən bəri 2 milyon insan U...
Hansı partiyalar maliyyə hesabatı verib?
Siyasi partiyalar hər il aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı verməlidir. Novator.az bildirir ki, martın 9-dək Mərkəzi Seçki Komissiyasının saytında 8 siyasi partiyanın 2021-ci il üzrə maliyyə hesabatı yer alır. Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respu...
Zelenski: “Bu, Putinin hərbi maşınının ürəyindən vurulan zərbədir”
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyadan Amerikaya neft, neft məhsulları, təbii qaz və daş kömür idxalına qoyduğu embarqoya görə ABŞ prezidenti Cozef Baydenə minnətdarlığını bildirib. Novator.az-ın məlumatına görə, Zelenski “Twitter” hesabında yazıb ki, Baydenin martın 8-də tətbiq etdiyi embar...
Karantin: hansı yasaqlar qalır?
Nazirlər Kabinetinin koronavirus infeksiyasına görə tətbiq etdiyi xüsusi karantin rejimi hazırda üç qadağanı nəzərdə tutur. Yasaqlardan biri ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar ...
ABŞ Çin şirkətlərinə xəbərdarlıq edib
ABŞ-ın ticarət naziri Cina Raymondo Çinin çip istehsalı ilə məşğul olan şirkətlərinə xəbərdarlıq edib. Novator.az saytı bildirir ki, bunu “Nyu-York Tayms” qəzeti yazıb. Məlumata görə, nazir deyib ki, Çinin çip istehsal edən şirkətləri, o cümlədən nəhəng SMİC şirkəti Amerikadan bu istehsal üçün zərur...
Rusiyanı neft bazarından çıxarmaq mümkündürmü?
ABŞ Rusiyadan neft, neft məhsulları və təbii qaz idxalına embarqo tətbiq edib. Qərarı martın 8-də prezident Cozef Bayden açıqlayıb. Novator.az-ın məlumatına görə, Ukraynaya total hərbi təcavüz fonunda qoyulan sanksiyanı şərh edən iqtisadçı Rövşən Ağayev yazır ki, ABŞ-ın neft idxalında Rusiyanın 3 fa...
Hansı qadın?
Azərbaycan qızlarına 8 Mart təbriki yerinə Fəxri Uğurlu Böyük rus yazıçısı Anton Çexovun “Qadası” (orijinalda “Duşeçka”) adlı bir hekayəsi var. Hekayənin qadın qəhrəmanı üç dəfə ərdə olur, hər üçündə özünü ərinə təmənnasız fəda eləyir, onların diliylə danışır. Əyalət teatrının rejissoruyla nikahlı o...
Karantin necə yumşaldı?
Nazirlər Kabineti koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması qərarı verib. Martın 6-dan dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbuluna; yas mərasimlərinə; kütləvi tədbirlərə; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; ...
Qida təhlükəsizliyi layihəsində
Novator.az parlamentin ilk oxunuşundan keçmiş “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə nəzər salıb. Layihəyə görə, qanun Azərbaycan ərazisində insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə b...
Finlandiya NATO-ya yönəlir?
“Finlandiya əhalisinin NATO-ya üzvlük məsələsinə münasibəti dəyişib, ona görə də hökumət bu məsələni müzakirə edir”. ABŞ-a səfər edən Finlandiya prezidenti Sauli Niinistö mediaya açıqlamasında belə deyib. Novator.az bildirir ki, Avropanın şimalında yerləşən Finlandiya və İsveç hələ soyuq müharibə dö...