Hüquq
Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?
“Euronews” kanalı hesab edir ki, Belarusda terror aktı planlaşdırmağa və ya terror aktına cəhdə görə ölüm hökmünün tətbiqi həm də siyasi müxalifətə qarşı yönəlib. Terrora cəhdə görə ölüm cəzasının tətbiqi barədə qanun layihəsi bu ayın əvvəllərində Belarus parlamentində qəbul edilib. Mayın 18-i prezi...
İsa Qəmbər məhkəməyə üz tutur
Siyasətçi İsa Qəmbərin Bakı İnzibati Məhkəməsinə şikayəti hazırlanır. Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, şikayət siyasətçinin əmək pensiyası hüququnun pozulması ilə bağlıdır. Mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanu...
Saraydakı baş məmurlar
Prezident Administrasiyasının strukturu qismən yenilənib. Novator.az bildirir ki, Samir Nuriyevin rəhbərlik etdiyi administrasiyada qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin və sənəd dövriyyəsi şöbəsinin müdiri postları boşdur. Qalan vəzifələri bu şəxslər tutur: prezidentin köməkç...
Yenə Brüssel
Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla yeni görüşü barədə məlumat yayılıb. Onların mayın 22-si Belçikanın paytaxtı Brüsseldə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gələcəyi bildirilir. Ermənistan 1988-1994-cü illərin təcav...
İçiləsi deyilmiş (Su replikasının əks-sədası)
Prezident İlham Əliyevin 12 avqust 2020-ci il sərəncamı ölkənin 24 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, əhalinin içməli suya tələbatının ödənməsi üçün 24 subartezian quyusunun qazılmasını nəzərdə tutub, dövlət büdcəsindən “Azərsu” Açıq Səhm...
Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyi 2022-ci ilin birinci rübündə Rusiyada iqtisadi artım tempinin aşağı düşdüyünü bildirir. Novator.az-ın məlumatına görə, agentlik qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-ü Ukraynaya növbəti hərbi hücum əmrini verəndən bəri Moskvaya qarşı tətbiq edilən sa...
Yeni mərkəzin statusu
Mayın 19-da prezident İlham Əliyev publik hüquqi şəxs statuslu Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılmasına fərman verib. Sənədə görə, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu Hüquqi Ekspertiza və Qanunvericilik Təşəb...
Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb
Hindistanın keçmiş baş naziri Raciv Qandinin qətlində təqsirli bilinən şəxslərdən biri – Perarivalan 31 illik həbsdən sonra azadlığa çıxıb. Novator.az-ın məlumatına görə, onun azadlığa buraxılması haqda qərarı ölkənin Ali Məhkəməsi mayın 18-də qəbul edib. Məhkəmə öz qərarını Perarivalanın uzun müddə...
“Vaşinqton Post”: Rusiya uduzur
ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Rusiya uduzur. Bu, Putini daha da təhlükəli edə bilər” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir. Ukraynada qanlı müharibənin sonu görünmür, ancaq savaş dalğasının açıq şəkildə işğalçı Rusiyanın...
AZAL-dan zərər
İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) maliyyə hesabatından yazıb. Əsası 1992-ci ildə qoyulmuş AZAL-ın bütün səhmləri dövlətə məxsusdur, quruma 1996-cı ildən Cahangir Əsgərov rəhbərlik edir. AZAL 2020-ci il üzrə maliyyə hes...
İnsan işğalı
Fəxri Uğurlu Rusiya sərhədlərindən qıraqda yaşayan bütün rusdillilərə vətəndaşlıq təklif eləyir. Bununla bağlı qanun layihəsi artıq Dumada ilk oxunuşdan keçib. Görəsən, bu canıyananlığın arxasında hansı məqsəd, hansı məram durur? Belə bir qanunun qəbul olunması işğala yeni rəng, yeni bəzək vurmaq cə...
Müavinət və kompensasiyalar hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlər və kompensasiyalar hesabatı yayıb. Novator.az bildirir ki, statistika 2022-ci il aprelin 1-nə olan vəziyyəti – sosial müavinət təyin olunmuş şəxslərin sayını göstərir. Aylıq sosial müavinətlər: yaşa görə – 119247 18 yaşından yuxarı əlill...
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
Çinin Sincan Uyğur Muxtar Rayonunda hər 25 nəfərdən biri terrorçuluq ittihamı ilə məhkum edilib. ABŞ-ın “Associated Press” agentliyi bildirir ki, bu, dünyada ən yüksək göstəricidir. Novator.az-ın məlumatına görə, agentlik Sincan Uyğur Muxtar Rayonunun cənubunda yerləşən şəhərlərdən birində – K...
Fransada parlament marafonu, ilkin sorğular
Fransa parlament seçkisi kampaniyasına qədəm qoyub. Novator.az bildirir ki, aşağı palataya – Milli Məclisə seçkinin ilk turu iyunun 12-nə, ikinci turu iyunun 19-na təyin edilib. Milli Məclis 577 təkmandatlı dairədə seçilir. İlk turda seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur. Son rəy so...
Fəxri adların təqaüdü
Azərbaycanda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 180 manatdır. Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi ...
“Kölgə” Navalnının dalınca düşübmüş
Rusiyanın Ryazan şəhərində yerləşən “Kölgə” özəl detektiv agentliyinin əməkdaşları hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnını və onun yaxın çevrəsini izləyirmiş. Novator.az saytı “Meduza” portalına istinadla xəbər verir ki, bunu “Dosye” mərkəzinin apardığı araşdırma üzə çıxarıb. 1976-cı ...
Möcüzəsiz çarə
İlqar Məmmədov REAL Partiyasının sədri İki nəfər restoranda görüşüb yemək yeyirsə, nəinki onlara göstərilən xidmət, çox vaxt onların söhbəti də yeni iqtisadi dəyərin yaradılması ilə nəticələnir. Bu hələ iqtisadi fəaliyyətin ən passiv formasıdır, insanlıq trilyonlarla xırda və böyük iqtisadi əlaqə və...
Bir nəfərin savaşı
Əli Kərimli AXCP sədri Rusiya nəyin, kimin naminə bu qədər ağır itkilərə gedir? Ukrayna ilə müharibə, onun davam etməsi Rusiyada kimə, kimlərə lazımdır? Bu savaşın uzanmasından kimlər qazanır? …Rusiyada ən böyük güc hərbçilərdir. Savaşdan öncə yəqin ki, Rusiya ordusunun ən azı rəhbərliyi savaş...
Əlillik meyarları təsdiqlənib
2022-ci il iyulun 1-də əlilliyin müəyyən olunması üzrə qanun dəyişikliyi qüvvəyə minir. Novator.az bildirir ki, yeni meyarlarla I dərəcə orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə orqanizmin funksiyalarının 31-60 faiz iti...
Pensiya: say və məbləğ necə dəyişib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2022-ci il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 177,4 min nəfər pensiyaçı qeydiyyatda olub, aylıq pensiyaların orta məbləği 364,4 manata çatıb. Novator.az bildirir ki, 2021-ci ilin sonuna pensiyaçıların sayı 1 milyon 1...