Hüquq
Qorxunc təcrübədən imtina zamanı
Xalid Ağalıyev Media hüquqçusu Böhtan və təhqirə görə ağır cinayət cəzalarının yayğınlaşması təəssüf, narahatlıq doğurur. İyulun 13-də Yasamal Rayon Məhkəməsi daha bir şəxsi ictimai müzakirələr kontekstində işlətdiyi ifadələrə görə məhkum edib. 1 il azadlıqdan məhrumetmə cəzası alan KİM TV internet ...
Abid Qafarovun həbsinə reaksiyalar
Siyasətçilər KİM TV internet kanalının rəhbəri Abid Qafarovun həbsinə münasibət bildirib. Yasamal Rayon Məhkəməsi iyulun 13-də Abid Qafarovu bir qrup qaziyə böhtan atmaq və onları təhqir etməkdə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum edib. İkinci Qarabağ müharibəsi qazilərinin xüsusi itti...
Konstitusiya Məhkəməsindən inzibati xəta şərhi
Konstitusiya Məhkəməsinin Plenumu Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsini şərh edib. Novator.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin nəqliyyat vasitəsini sərxoş...
Abid Qafarov azadlıqdan məhrum edildi
Yasamal Rayon Məhkəməsi KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovun mühakiməsini başa çatdırıb. 13 iyul iclasında çıxarılan hökmlə Abid Qafarov bir qrup qaziyə böhtan atmaq və onları təhqir etməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib, məhkəm...
Miqrasiya: yarım ilin qərarları
Dövlət Miqrasiya Xidməti yarım illik hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında miqrasiya sahəsində pozuntular üzrə 6090 qərar qəbul edilib: “1351 qərarda cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbi, 1886 qərarda ölkə ərazisində yaşamanın qanuniləşdirilməsi, 184 qəra...
İfadə azadlığı reytinqi
“Article 19” beynəlxalq hüquq müdafiə təşkilatı ifadə və informasiya azadlığı hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabat informasiya yaymaq, sərbəst toplaşmaq, hakimiyyəti məsuliyyətə cəlb etmək üçün gərəkli informasiyaya çıxış imkanları kimi meyarlara əsaslanır. 161 ölkənin yer aldığı s...
Pul, ideya, biz
İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli qeyri-rəsmi pul dövriyyəsindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, xaricə banklardan kənar, əldən-ələ pul göndərmək sistemi var: “Azərbaycanda kiməsə pul verirsən, Rusiyada, Gürcüstanda, Türkiyədə, hətta Avropa ölkələrinin biri...
Pornoqrafiya Putinlə mübarizə vasitəsi kimi – “The Guardian”
Böyük Britaniyanın “The Guardian” qəzetində “Pornoqrafiya Putinlə mübarizə vasitəsi kimi: rusiyalılar Ukrayna həqiqətlərindən necə xəbər tuturlar?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Londonda nəşr olunan “İndex on Censorship” rüblük jurnalının baş redaktoru Cemayma Staynfelddir. Novator...
“Anam deyərdi ki…”
“Anam ahıl vaxtlarından həmişə deyərdi ki, son mənzilə sənin çiyinlərində gedəcəm, ağlamazsan, çünki çox rahat və razı gedəcəm”. Siyasətçi Tofiq Yaqublu anasının ili günü – iyulun 11-də belə yazıb. O qeyd edib ki, anası can üstündə olanda son ziyarətə, vəfat edəndə dəfnə buraxılmayıb, qırx və ...
Məsuliyyət məsələsi
Əli Kərimli AXCP sədri Qazilərimiz əlillik dərəcələrindən asılı olaraq, məsələn, 1000, 1200, 1500 manat aylıq müavinət alsaydı, yüksək səviyyəli və pulsuz müalicə ilə təmin edilsəydi, onların əlillik dərəcəsi almasına süni maneələr törədilməsəydi, bu qədər qısa müddətdə 36 qazi intihar edərdimi? İlh...
Müdafiə və təhlükəsizlik xərcləri: dörd təklif var
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu müdafiə və milli təhlükəsizlik xərclərində şəffaflığa çağırır. Novator.az-ın məlumatına görə, o yazır ki, 2022-ci ilin yenilənən dövlət büdcəsində 5 milyard 84,7 milyon manat müdafiə və milli təhlükəsizlik xərci müəyy...
ADR üçüncü cəhdə baş vurdu
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı üçün üçüncü dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Sənədlərin iyulun 5-də göndərildiyi açıqlanıb. Qubad İbadoğlunun sədrlik etdiyi ADR Partiyası 2021-ci il oktyabrın 17-də keçirilən qurultayda təsis olunub. 2015-ci ildən fəaliyyət gö...
Əlavə dəyər vergisini 2 faizə endirmək
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov ərzaq bahalığını cilovlamaq təklifləri verib. Novator.az-ın məlumatına görə, siyasətçi ərzaq istehsalına, satışına və idxalına əlavə dəyər vergisini 18 faizdən 2 faizə endirməyi vacib sayır, qeyd edir ki, bu, şəbəkə marketlərində ərzağın qiym...
“Nyu-York Tayms”: Rusiyada həbslərin dairəsi genişlənir, sürəti artır
ABŞ-ın “Nyu-York Tayms” qəzetində Rusiyada həyata keçirilən yeni repressiyalar haqda məqalə dərc olunub. “Putin Rusiyasında həbslərin dairəsi genişlənir, sürəti artır” başlıqlı məqalənin müəllifi qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovskidir. Novator.az-ın məlumatına görə, məqalədə qeyd olun...
Uyğur qanunu Çinə necə təsir edir? – “Wall Street Journal”
ABŞ-ın “Wall Street Journal” qəzetində prezident Cozef Baydenin imzaladığı, bir aya yaxındır qüvvəyə minən, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun şərh edilib. Qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yux...
Əziz Orucov işi: saxlanan var
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanıb, hazırda polis orqanındadır. Xəbəri iyulun 10-da APA Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyevə istinadla yayıb. Əziz Orucov hədələndiyini iyulun 8-də bəyan edib. Jurnalist bi...
Virusun ən pis variantı gəldi – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Virusun ən pis variantı gəldi. Pandemiya bitməyib” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Pandemiya ana təbiətlə amansız bir çəkişmədir. İnfeksiya dalğası milyonlarla insanın həyatına son ...
Əziz Orucov hədələnib
“Kanal 13” internet televiziyasının qurucusu və rəhbəri Əziz Orucov hədələnib. Novator.az-ın məlumatına görə, jurnalist özünün “Facebook” səhifəsində yazır ki, iyulun 7-si axşam saat 7-8 radələrində ailəliklə şəhərə çıxıb: “Sahil bağına təzəcə çatmışdıq ki, hündürboy, 30-35 yaşlarında bir nəfər yaxı...
“Azərbaycan Naxçıvanın statusunu heç dəyişdirə də bilməz”
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Azərbaycanda konstitusiya dəyişikliyi referendumu keçiriləcəyi, Naxçıvanın muxtariyyətinin ləğv olunacağı ehtimalı irəli sürüb. Ana qanuna görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Muxtariyyət ...
Terror seçkiyə əngəl olmadı
Yaponiya parlamentinin yuxarı palatasına seçki təxirə salınmayacaq. Novator.az-ın məlumatına görə, baş nazir, hakim Liberal Demokrat Partiyasının sədri Fumio Kişida iyulun 8-də belə bəyanat verib. O, azad və təmiz seçkinin nəyin bahasına olur-olsun qorunmasının vacib olduğunu vurğulayıb. Yuxarı pala...