Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2022-ci ilin iyul ayında miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulması 1892 qərarın qəbul edilməsinə gətirib. 592 qərarda cəriməni ödəməklə ölkəni tərk etmək tələbi, 422 qərarda ölkədə yaşamanın qanuniləşdirilməsi yer alıb.
181 qərar ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətbiqini, 650 qərar ölkəyə girişə məhdudiyyəti nəzərdə tutub.
Azərbaycanda yaşamaq üçün icazə sənədinin itirilməsi 25, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması 18, qeydiyyat tələblərinin pozulması 4 qərarla nəticələnib.