Hüquq
Gürcüstan prezident seçkisinə gedir
Gürcüstanda prezident seçkisi dekabrın 14-də keçiriləcək. Rəsmi məlumat noyabrın 26-da açıqlanıb. Dövlət başçısı və ali baş komandan statuslu prezidenti Seçicilər Kollegiyası seçəcək. 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respu...
Rumıniyada seçki marafonu
Rumıniyada noyabrın 24-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, 13 nəfərin yer aldığı yarışda partiyasız namizəd Kalin Corcesku 22,94 faiz, Rumıniyanın Xilası İttifaqının təmsilçisi Yelena Laskoni 19,18 faiz səslə önə çıxırlar. İkinci tur dekabrın 8-nə təyi...
Yeni parlament rəsmiləşdi
Noyabrın 25-də Gürcüstanın yeni parlamentinin ilk iclası keçirilib, Şalva Papuaşvili sədr seçilib. Baş nazir postuna İrakli Kobaxidze gətirilir. Şalva Papuaşvili 2021-ci il dekabrın 29-dan parlamentə sədrlik edib, İrakli Kobaxidze 2024-cü il fevralın 8-dən baş nazir kürsüsünü tutub. Rəsmi nəticələrə...
Bələdiyyələr: yeni siyahı dərc olunub
Noyabrın 25-də bələdiyyələrin yeni siyahısı dərc olunub. 2025-ci ilin yanvarında bələdiyyə seçkilərinin keçirilməsi gözlənir. Bu, Azərbaycanda bələdiyyə institutu yaradılandan bəri altıncı seçkilər olacaq. Əvvəlki seçkilər 1999, 2004, 2009, 2014 və 2019-cu illərin dekabr ayına düşüb. Bələdiyyələrin ...
Büdcə zərfi layihələri
2025-ci ilin büdcə zərfinin layihələri parlament müzakirəsinə təqdim olunub. Rəsmi məlumata görə, dövlət büdcəsində 38 milyard 316 milyon manat gəlir, 41 milyard 367,6 milyon manat xərc nəzərdə tutulur. Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 8,4 milyard manat; müdafiə və milli təhlü...
Yenilənmiş Ermənistan hökuməti
Nikol Paşinyanın baş nazirlik etdiyi Ermənistan hökumətinin tərkibi qismən yenilənib: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Srbui Qalyan – ədliyyə naziri, Arpine Sərkisyan – daxili işlər naziri, Gevork Papoy...
Fəxri adların təqaüdü
Rəsmi hesabata əsasən, 2024-cü il oktyabrın 1-nə 175 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adına görə təqaüd (2000 manat), 175 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adına görə təqaüd (1800 manat) verilib. Təqaüdləri ya həmin adları daşıyan şəxslər, ya da onların dul arvadları və 18 yaşına çatmamış uşaqlar...
Yeni parlament və boykot yolunda
Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası noyabrın 25-nə təyin oluna bilər. Rəsmi nəticələrə görə, oktyabrın 26-da keçirilmiş seçkidə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 nəfərlik parlamentdə 89 mandata sahib çıxıb. Qalan 61 mandat müxalifətə qismət olub: Yeniliklər koali...
5 noyabr seçkilərinin nəticələri
ABŞ-da 5 noyabr seçkilərinin nəticələri yenilənib. Son hesabata görə, prezident seçkisini udan Respublikaçılar Partiyasının namizədi Donald Tramp ümumxalq səsverməsində 538 nəfərlik Seçicilər Kollegiyasına 312, Demokratlar Partiyasından Kamala Harris 226 nümayəndə əldə edib. Qələbə üçün 270 nümayənd...
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidməti bildirir ki, 2024-cü ilin oktyabr ayında qanunvericiliyin tələblərinin pozulması 2308 qərarın qəbuluna gətirib. Hesabata görə, 379 qərarda cərimə ödəməklə Azərbaycan ərazisini tərk etmək tələbi yer alıb, 711 qərar ölkədə yaşamanı qanuniləşdirib. 309 qərarda ölkə hüdudlarında...
Hərbi təlim toplanışlarında yeni qayda
“Hərbi xidmətkeçmə haqqında” əsasnamədə, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda yeniliklər parlament müzakirəsindədir. Dəyişikliklərə görə, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına bu qaydada çağırıla bilərlər: birinci dərəcəli ehtiyatda olanlar – h...
Tramp
Sabiq dövlət başçısı, Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində 538 nəfərlik Seçicilər Kollegiyasına 292 nümayəndə əldə edir. Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris 224 nümayəndə ilə göstərilir. Qə...
ABŞ-da prezident seçkisi
ABŞ-da prezident seçkisinin ilk raundunun nəticələri açıqlanır. Hesabata görə, sabiq dövlət başçısı, Respublikaçılar Partiyasının namizədi Donald Tramp noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində Seçicilər Kollegiyasına 276 nümayəndə əldə edir. Demokratlar Partiyasının namizədi Kamala Harrisin 2...
Gürcüstan prezidenti necə seçiləcək?
Gürcüstanın növbəti prezidentini Seçicilər Kollegiyası seçəcək. Konstitusiyaya görə, 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə işğal altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumların...
Yenə Mayya dönəmi
Moldovada prezident seçkisi başa çatıb. İlkin hesabata görə, dövlət başçısı Mayya Sandu noyabrın 3-də keçirilmiş ikinci turda müxalif rəqibi Aleksandr Stoyanoqlonu 55,4 faiz səslə qabaqlayır. Oktyabrın 20-də keçirilmiş birinci turda 11 namizəd yarışmışdı. Mayya Sandu 1972-ci ildə doğulub. Maarif naz...
Ermənistan hökuməti tamamlanır
Ermənistan hökumətində bir müddətdir boş olan ədliyyə naziri postuna qadın gətirilir: Srbui Qalyan. Rəsmi məlumat 29 oktyabr axşamı yayılıb. Baş nazir Nikol Paşinyanın hökumətində daha iki qadın yer alır: Janna Andreasyan elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan səhiyyə naziridir. Mg...
Hakim partiya önə çıxır
Özbəkistan parlamentinin – Ali Məclisin aşağı palatasına oktyabrın 27-də keçirilmiş seçkinin ilkin nəticələri bəlli olub. Rəsmi hesabata görə, hakim Liberal Demokrat Partiyası 150 yerlik Qanunverici Palataya 64 mandatla düşür, qalan yerlər dörd partiya arasında bölünür. 75 nəfəri majoritar üsulla (d...
Prezident hökumətə qarşı
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilmiş parlament seçkisinin nəticələrini tanımır. Oktyabrın 27-si müxalifət liderləri ilə birgə brifinq keçirən dövlət başçısı seçkidə total saxtakarlığa yol verildiyini iddia edib, xalqı davamlı etiraz aksiyalarına çağırıb. Sabiq prezident...
Yeni parlamentin tərkibi
Bolqarıstanda yeni parlamentə 7 siyasi qüvvə düşür. Rəsmi məlumata görə, oktyabrın 27-də keçirilmiş seçkidə GERB Partiyası və Demokratik Qüvvələr İttifaqı 68, Hüquq və Azadlıq Hərəkatı 47, Demokratik Bolqarıstan Partiyası 39, Dirçəliş Partiyası 38, Sosialist Partiyası 19, Belə Xalq Var Partiyası 16,...
Litvada mandat bölgüsü
Litvada oktyabrın 13-ü və 27-də keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, Sosial Demokrat Partiyası 52, Vətən İttifaqı – Xristian Demokratlar Partiyası 28, Neman Şəfəqi Partiyası 20, Demokratların Litva Uğrunda İttifaqı 14, Liberallar Hərəkatı 12, Kəndlilər və Yaşıll...