Ekologiya
Ov reydlərində nələr üzə çıxıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci ilin yanvar, fevral, mart aylarında keçirdiyi reydlər zamanı qanunsuz ov edən 65 yerli vətəndaş saxlanıb. Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev APA-ya bildirib ki, həmin şəxslərdən 61 ov tüfəngi, 147 patron, 15 qanunsu...
Ekoloji pozuntuların yeni hesabatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16-31 mart arası apardığı yoxlamaların nəticələrini açıqlayıb. Novator.az-a verilən rəsmi məlumatda deyilir ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantıla...
Rayonlara qar yağıb. Xınalıqda qarın qalınlığı 30 santimetrə çatıb
Aprelin 9-u axşamdan ölkədə hava şəraiti dəyişib. Dağlıq rayonlara hətta qar yağıb. Qarın qalınlığı Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 santimetrə çatıb. Digər yerlərdə də hava qeyri-sabit keçib, aprelin 10-u səhərədək şimşək çaxıb, arabir yağış yağıb, qərb küləyi əsib. ...
Qanunsuz balıq ovu: reyd keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekoloji QHT-lərin nümayəndələri Şirvan kanalının Salyan şossesindən Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu ilə bağlı həvəskar balıqçıların sosial şəbəkədə qaldırdığı məsələni araşdırıb. Nazirlikdən Novator.az-a verilən məlumata g...
Monitorinq: çaylarda suyun səviyyəsi araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Novator.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60faizini təşkil...
Nazirlikdən xəbərdarlıq: hava soyuyacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir: aprelin 9-u axşam qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək. Aprelin 11-i gündüzədək hava qeyri-sabit olacaq, arabir yağış, dağlıq rayonlarda qar yağacaq, şimşək çaxacaq, dolu...
Türkiyədə dalğadan elektrik enerjisi almaq üçün iş aparılır
Türkiyədə su dalğalarından elektrik enerjisi alınması üçün işlərə başlanıb. Novator.az-ın məlumatına görə, Cem Şimşək Enerji İnstitutunun yaydığı açıqlamada bildirilir ki, bu ideyanı reallaşdırmaq məqsədilə Zonquldağ Valiliyi, Bülənd Ecevit Universiteti, Qərbi Qaradəniz Bilik Alyansı (BAKKA) və Çevr...
Dünyada nə qədər ağac növü var?
Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurası (Böyük Britaniya) yer üzündə ağac növlərinin təxmini sayını müəyyən edib: 60 min. Bununla bağlı tədqiqatın nəticələri “Journal of Sustainable Forestry” jurnalında dərc olunub. Ən çox ağac növü (8715 vahid) Braziliyada, ən azı isə Şimali Am...
Zərdab: 10 min hektar ərazinin suvarma təminatı ilə bağlı layihə yekunlaşır
Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşmaq üzrədir. Məlumat Novator.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilib. Məlumatda deyilir ki, icrasına fevral ayında başlanmış layihəyə uyğun olaraq əkin sahələrinə su...
Ölü planetlər qlobal iqlim dəyişikliyinə mənfi təsir göstərir
Böyük Britaniya alimləri Mars yaxınlığında “ölü” planet qalıqları olduğunu müəyyən ediblər. Alimlərin fikrincə, qalıqları qalmış planetin məhvi qədim dövrlərə təsadüf edir. Novator.az “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, Mars yaxınlığında ölü düşüb qalan planet Çilidəki nəhəng teleskopla ...
Harada daha çox çəkirlər?
Dünyada 1 milyard adam siqaret çəkir. Novator.az xəbər verir ki, bu statistika “Lancet” jurnalında dərc olunub. Statistika 1990-2015-ci illərdə dünyanın 195 ölkə və ərazisində aparılmış araşdırmaların nəticəsinə əsaslanır. Nəticələrə görə, dünyada hər 4 kişidən biri və hər 20 qadından biri nikotində...
Xəzər dənizi ixtiofaunasının müayinəsi məqsədilə monitorinq aparılıb
Xəzər dənizi ixtiofaunasının müayinəsi məqsədilə Xızı rayonunun Şurabad və Siyəzən rayonunun eyniadlı qəsəbəsinin sahilyanı zonasında monitorinq aparılıb. Şurabad-Siyəzən akvatoriyası və sahilyanı zonasında aparılan araşdırma nəticəsində 1 tülkü cəsədinə rast gəlinib. Müvafiq müayinələrin aparılması...
Əhali azaldıqca ekoloji problemlər artır
Litvada əhalinin azalması mütəxəssisləri ekoloji problemlərin artması baxımından da narahat edir. 65 min kvadrat kilometr ərazisi olan Litvada 2016-cı ilin hesablamasına görə, 2 milyon 854 min nəfər yaşayır. Təkcə son 5 ildə Litva əhalisinin sayı 200 min nəfərədək azalıb. Hazırda orta hesabla Litvad...
İranda zəlzələ
Aprelin 5-i səhər İranda 6,1 bal gücündə zəlzələ baş verib. Novator.az-ın məlumatına görə, zəlzələnin episentri Məşhəd şəhərindən 87 kilometr cənub-şərqə düşüb. Zəlzələdən sonra 3,6 və 4,7 bal gücündə daha dörd yeraltı təkan qeydə alınıb. İlkin məlumatlara görə, 7 yaşayış məntəqəsində yaşayış evləri...
Aprelin 6-da hava necə olacaq?
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 13-18, Bakıda gecə 6-8, günd...
Dəniz suyunu içməli suya çevirən qrafin hazırlanıb
Nobel mükafatı laureatı, tanınmış fizik Andrey Geym və digər Böyük Britaniya alimləri dəniz suyunun tərkibini tam dəyişə biləcək xüsusi filtrli qrafin hazırlayıblar. Novator.az-ın məlumatına görə, bununla bağlı “Nature Nanotechnology” jurnalında yazı dərc edilib. Yazıda bildirilir ki, qrafin dəniz s...
Neytron ulduzlarda dağ müşahidə edilib
Varşava şəhərində yerləşən Kopernik adına Astronomik Tədqiqatlar Mərkəzinin əməkdaşları neytron ulduzlarda çox kiçik ölçüdə də olsa dağ müşahidə ediblər. Neytron ulduzlar – əsasən neytronlardan ibarət hidrostatik tarazlıqda olan ulduzlardır. Kainatda 500-dən çox neytron ulduzun olduğu ehtimal ...
Torpağın keyfiyyətini təyin edən mobil laboratoriyalar istifadəyə verilib
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin daha optimal və operativ qaydada müəyyənləşdirilməsi məqsədilə mobil laboratoriyalar istifadəyə verib. Laboratoriyaların köməyi ilə fermerlər əkin sahələrinin yararlı olub-olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əv...
Yaşıllıqların bərpası qaydası təsdiqlənib
Nazirlər Kabineti “Yaşıllıqların bərpası qaydası”nı təsdiq edib. Novator.az-ın məlumatına görə, sənəd meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məh...
Kür və Araz çaylarında biogen maddələr yenə normadan artıqdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mart ayının üçüncü ongünlüyündə Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, Gürcüstan və Ermənistan əra...