Cəmiyyət
Rusiyada əhalinin neçə faizi əmanətini bankda saxlayır?
Rusiya əhalisinin yalnız dörddə bir hissəsi əmanətini bankda saxlayır. Novator.az-ın məlumatına görə, bunu Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu göstərib. Sorğu son illər bankda pul saxlayanların sayının dəyişmədiyini üzə çıxarıb. Sorğuya görə, əhalinin 26%-i əmanətini bankda sa...
15 ildə Gürcüstan əhalisi 15 faiz azalıb
Gürcüstan əhalisinin sayı son 15 ildə 15 faiz azalıb. Milli Statistika Xidməti belə hesabat yayıb. AZƏRTAC-ın məlumatına görə, hazırda Gürcüstan əhalisi 3 milyon 718 min 200 nəfərdir. Bu, 2002-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır. Ekspertlərin fikrincə, düşmə ölüm sayının artması, doğuşla...
24 ildən sonra
Sentyabrın 15-də Cəbrayılın Cocuq Mərcanlı kəndində 24 ildən sonra ilk dəfə məktəb zəngi çalınıb. Məktəbin 60-a yaxın şagirdi var. Ermənistan silahlı birləşmələri Cocuq Mərcanlını 1993-cü ilin oktyabrında tutub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu kəndi işğaldan azad edib. 2016-cı ilin aprel a...
Türk Şəhidliyində anım
Sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından və daşnak quldurlarından azad edilməsinin 99-cu ildönümü tamam olur. 1918-ci ilin həmin günü Osmanlı Türkiyəsinin Qafqaz İslam Ordusu Azərbaycan Demokratik Respublikasının milli ordu hissələri ilə birlikdə Bakını və ətraf rayonları erməni-bolşevik i...
Cəhənnəmdən keçmiş mələk (43)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Sol qolum yaralı sağ yanağımda, sağ qolum gözlərimin üstündə, saçımın toppuz kimi düyünü kürəyimi əzə-əzə o gecə bütün yaşadıqlarım gözlərimin önündən keçdi. Hamısı boş, hamısı mənasız gəldi mənə. O ağrılar, o acılar göz qırpmadan övladının qara xəbər...
Aşıq Ədalət vəfat edib
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ədalət sentyabrın 14-də 78 yaşında vəfat edib. Aşıq Ədalət uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. Nəsibov Ədalət Məhəmmədəli oğlu 1939-cu ilin yanvarında Qazax rayonunda anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc ya...
Kiyevdə Saakaşvili sorğusu
Uraynanın “Aktiv qrup” sosioloji sorğu şirkəti paytaxt Kiyevdə Mixail Saakaşvili ilə bağlı sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuda 1523 nəfərin rəyi soruşulub. Respondentlərin 63,4%-i Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi qərarına tərəfdar olmadığını bəyan edib. Sorğu ...
Vizasız səfər imkanı verən pasportların siyahısı
Vizasız səfər imkanı verən ən yaxşı pasportların siyahısı açıqlanıb. Reytinqi Passportindex.org tərtib edib. Novator.az xəbər verir ki, araşdırmaya əsasən, Almaniya və Sinqapur pasportları ilə 158 ölkəyə vizasız getmək mümkündür. İsveç və Cənubi Koreya pasportları 157 ölkəyə, Danimarka, Finlandiya, ...
Şuşada şəhid olmuş komandir İsraildə anılıb
İsrailə rəsmi səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. Xəbəri sentyabrın 12-də Mod.gov.az yayıb. Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o ...
İspanlar Kataloniyanın ayrılmaq niyyətinə nə deyir?
İspaniyanın “Siqma Dos” sorğu şirkəti əhalinin Kataloniya vilayətində təyin olunmuş müstəqillik referendumuna münasibətini araşdırıb. Sorğu sentyabrın 4-dən 7-dək min nəfər ispaniyalı arasında, “Mundo” qəzeti üçün aparılıb. Kataloniya hakimiyyəti oktyabrın 1-nə referendum təyin edib. Referendumda bö...
Qazaxıstanda yeni əlifba layihəsi: 17 hərf ixtisar olunur
Qazaxıstan parlamentinə 25 hərfdən ibarət latın qrafikası əsasında yeni əlifba təqdim olunub. Novator.az-ın məlumatına görə, Dilçilik İnstitutunun direktoru Erden Kajıbek sentyabrın 11-də belə açıqlama verib. Qazaxıstan hazırda 42 hərflik kiril əlifbasından istifadə edir. Bu ilin aprelində prezident...
Bakıdakı “26” kafesi bağlandı
Bakının mərkəzində “26” adlı kafe açanları cinayət məsuliyyəti gözləyir. “Trend”in 8 sentyabr məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Hacıbala Abutalıbov xatırladıb ki, 1918-ci ildə Stepan Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı soyqırımı təşkil...
Hökumət Lenini basdırmaq istəmir
Rusiya hökuməti paytaxt Moskvanın Qızıl Meydanındakı mavzoleydə saxlanan Vladimir Leninin dəfn olunması layihəsini qəbul etməyib. Etiraz qərarı sentyabrın 8-də açıqlanıb. Novator.az-ın məlumatına görə, qanun layihəsini parlamentin aşağı palatası olan Dövlət Dumasına müxalif Liberal Demokrat Partiyas...
Cəhənnəmdən keçmiş mələk (42)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Səhərə yaxın tibb bacısını yanlayıb yalvardım: – Noolar, bircə dəqiqəliyə məni içəri burax, uşağıma baxım çıxım. Cavan, göyçək tibb bacısı üzümə irişə-irişə: – Şirinlik ver, buraxım, – dedi. Mən mat-mat onun üzünə baxdım: – Nəy...
Turizm cəhənnəmləri və cənnətləri
Dünya İqtisadi Forumu turistlər üçün ən təhlükəli 20 ölkənin adını açıqlayıb. Novator.az-ın məlumatına görə, 136 ölkənin daxil olduğu hesabatda turistlər üçün ən təhlükəli ölkənin Kolumbiya olduğu bildirilir. İkinci yerdə Yəmən, üçüncü yerdə Salvador gəlir. Siyahıda qalan ölkələr belə sıralanıb: Pak...
Rəsmi nekroloq
Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, parlament sədri Oqtay Əsədov və başqa rəsmilər alim Lütfi Zadənin nekroloqunu yayıb. Qeyd olunur ki, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri Lütfi Z...
Vətəni pulla almaq
Mehriban Vəzirin ”Qarabağnamə”sindən doğan yazı Vahid QAZİ “Ağabəyim ağa Cavanşir” kitabını “Rusiya agentləri”nin mətbuat səhifələrimizdə at oynatdığının iddia edildiyi günlərdə oxudum. Mehriban Vəzirin sonuncu “Qarabağnamə” kimi qəbul elədiyim bu kitabında yazılanlarla indi sosial şəbəkələrdə, sayt...
Lütfi Zadə vəfat edib
Azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da dünyasını dəyişib. Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisa...
Ən xoşbəxt ölkələr hansılardır?
BMT-nin davamlı inkişaf üzrə informasiya şəbəkəsi ümumdünya xoşbəxtlik indeksini açıqlayıb. Azərbaycan 155 ölkənin yer aldığı reytinqdə 85-cidir. Reytinq cədvəlində Rusiya 49-cu, Ermənistan 121-ci, Gürcüstan 125-ci sırada göstərilir. Xoşbəxtlik indeksində Türkiyə 69-cu, İran 108-ci yerdə qərarlaşır....
Beynəlxalq hesabat: azərbaycanlıların 11%-i xeyriyyəçidir
“Charities Aid Foundation” beynəlxalq xeyriyyə fondu yeni reytinq açıqlayıb. Novator.az-ın məlumatına görə, xeyriyyəçilik reytinqi 2016-cı ildə 139 ölkədə 146 min nəfər arasında aparılmış sorğu əsasında hazırlanıb. Xeyriyyəçilik reytinqinin ilk sırasında Myanma dayanır. Hesabata əsasən, Myanma əhali...