Bölgə
Daşkəsəndə şəhid ziyarəti
Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərindəki Şəhidlər xiyabanına baş çəkib. 1993-cü ildə salınan Şəhidlər xiyabanında Birinci Qarabağ savaşının və 2020-ci ilin Vətən müharibəsinin şəhidləri dəfn olunub. Vətən müharibəsi...
Mədəniyyət paytaxtında yeni rəhbər
Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamı iyulun 16-da imzalayıb. Şuşa Şəhəri Dövlət Qoruğu “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun əsasında yaradılır. Dövlət başçısının 22 iyun fərmanı...
Şuşa yolunda
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 iyul məlumatına görə, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən ikinci avtomobil yolu boyunca tunellərin inşasına start verilib: “Çətin relyefli ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84,6 kilometr olacaq. Yol ...
Ağdamda yeni hərbi hissə
Müdafiə Nazirliyinin 16 iyul məlumatına görə, Ağdam rayonunda modul tipli növbəti hərbi hissə istifadəyə verilib. Kompleksdəki xidməti otaqların kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunduğu bildirilir. Açılış m...
Şuşa ətrafında
İyulun 13-ü axşamı Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Eyni hal iyulun 15-də yaşanıb. Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Şuşa şəhəri ətrafındakı mövqelərə atıcı silahlardan atəşi Rusiya sülhməramlılarının nəzarətində ola...
Şəhid ailələri və müharibə əlilləri ilə görüş
İyulun 14-ü Bakının Xocasən qəsəbəsində mənzillərin, avtomobillərin təqdim olunması mərasiminə qatılan prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşüb. İlham Əliyev deyib ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir: “Böy...
DOST Abşeronda
İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzi açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2018-ci ildə yaradılıb, “DOST” mərkəz...
Bərpanın önəmi, bərpada önəm
İqtisadçı Rövşən Ağayev işğaldan azad edilmiş bölgələrdə bərpa işlərinin paytaxt Bakının və başqa iri şəhərlərin yükünün azalmasına təkan verəcəyini düşünür. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, bərpası başlayan və başlayacaq şəhərlərdə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxın...
Ermənistan sərhədində
Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, iyulun 8-i Qubadlı və Laçın rayonlarında, Ermənistanla sərhəddə iki yeni hərbi hissəsi istifadəyə verilib. Mərasimə qatılan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə ...
Qvami Məhəbbətoğlunun “Alpan etüdləri”
Bugünlərdə Azərbaycan jurnalistikasında özünəməxsus dəst-xətti, yazı manerası, üslubu olan yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qvami Məhəbbətoğlunun “Alpan etüdləri” kitabı nəşr olunub. Bəri başdan qeyd edək ki, “Alpan etüdləri” mövzu baxımından müəllifin “Hərdən gülməyim gəlir”, ...
Prezident fərmanı necə şərh olunur?
Novator.az dövlət başçısının iqtisadi rayonlar fərmanına şərhləri təqdim edir. İyulun 7-də prezident İlham Əliyev iqtisadi rayonların yeni bölgüsünə fərman verib. Bölgü belə müəyyən olunub: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astar...
İnzibati ərazi bölgüsü: günümüz və tarix
Novator.az Azərbaycanın inzibati ərazi bölgüsünə nəzər salıb. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, ölkədə 63 rayon, 14 şəhər rayonu, 78 şəhər, 261 qəsəbə, 4248 kənd var. 67 şəhər inzibati dairəsi, 189 qəsəbə inzibati dairəsi, 1726 kənd inzibati dairəsi, 40 sahə inzibati dairəsi yarad...
İqtisadi rayonların yeni bölgüsü
İyulun 7-də prezident İlham Əliyev iqtisadi rayonların yeni bölgüsünə fərman verib. Bölgü belə müəyyən olunub: Bakı iqtisadi rayonu (Bakı şəhəri); Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt ş...
Şuşa yoluna asfalt çəkilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Füzuli rayonundan Şuşa şəhərinə çəkilən yol barədə məlumat yayıb. İyulun 7-də verilən rəsmi bilgiyə görə, təməli 2020-ci il noyabrın 16-da qoyulmuş 101 kilometrlik yolun iki hərəkət zolaqlı olması nəzərdə tutulur: “İlk 6 kilometrlik hissədə yeni yol yata...
Dəstək sərəncamları
Prezident İlham Əliyev iyulun 6-da dörd sərəncam imzalayıb. Sərəncamlar 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirləri əhatə edir. Zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işl...
Xəzərdə vulkan, zəlzələ
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində iyulun 4-ü axşam baş vermiş partlayış və yanğınla bağlı məlumat yayıb. Qeyd olunur ki, dənizdə neft-qaz hasilatı, sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisə baş verməyib: “İyulun 5-i səhər nazirliyin aviasiya dəstəsin...
Beşbarmağın statusu
Nazirlər Kabineti “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun əsasnaməsini təsdiqləyib. Novator.az bildirir ki, qoruq prezident İlham Əliyevin 8 iyun 2020-ci il sərəncamı ilə yaradılıb, idarəçilik Dövlət Turizm Agentliyinə tapşırılıb. Sərəncamda qeyd olunub ki, Siyəzən rayonunun Qal...
Daxili Qoşunlarda maaş artımı
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında bir qrup hərbi qulluqçunun maaşı artır. Dövlət başçısı İlham Əliyevin iyulun 2-də imzaladığı sərəncam işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq və...
Azad zonanın təməl mərasimi
İyulun 1-də prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməl mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, zonanın ümumi sahəsi 850 hektar olacaq, 60 hektarda layihələndirilmə başa çatıb və inşaat işləri başlayıb, infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Ələtdə Azərbayca...
İyulun hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Milli Hidrometeorologiya Xidməti iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağını gözləyir. Bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Bakı və Abşeron yarımadası – 25-27 dərəcə isti, bəzi günlərdə 37-...