Xəbər
AXCP fəalı inzibati həbsə məhkum edilib
AXCP fəalı Üzeyir Abbasov 30 sutka inzibati həbsə məhkum edilib. Qərar sentyabrın 5-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Üzeyir Abbasov polisin qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinib. AXCP isə həbsin siyasi xarakterli olduğunu iddia edir.
Ziyalıların Mehman Əliyev istəyi
Bir qrup ziyalı prezident İlham Əliyevə müraciətlə jurnalist Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərilməsini xahiş edib. Müraciətdə deyilir: “Möhtərəm cənab prezident! Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, “Tura...
Təhsil Nazirliyi müraciət statistikası yayıb
Təhsil Nazirliyi telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikasını açıqlayıb. Hesabata görə, 2017-ci ilin avqust ayında mərkəzlərə ümumilikdə 26 min 728 müraciət daxil olub. Telefon məlumat mərkəzində 20 min 2...
Sentyabrın dollar siftəsi
Mərkəzi Bank sentyabrın 6-da ABŞ dollarının məzənnəsini 1,701 manatdan 1,7009 manata endirib. Bu, avqustun 30-dan bəri ilk kurs dəyişikliyi olub. Novator.az-ın məlumatına görə, avro banklara 2,0265 manata, gürcü larisi 0,6812 manata, Rusiya rublu 0,0295 manata, türk lirəsi 0,4949 manata təklif olunu...
8 oldu
Asiyada dünya futbol çempionatının seçmə mərhələsi finiş xəttini haqlayıb. Novator.az-ın məlumatına görə, sentyabrın 5-də keçirilən oyunlarla daha bir raunda yekun vurulub, A və B qruplarında ikinci yerləri tutan Cənubi Koreya ilə Səudiyyə Ərəbistanı final mərhələsinə adlayıb. A qrupundan İran, B qr...
Ticarət nümayəndələrinin statusu artdı
Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsinə fərman verib. Sənəd ticarət nümayəndələrinin aparatlarının yaradılmasını nəzərdə tutur. Ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat Nazirliyinin st...
Ən xoşbəxt ölkələr hansılardır?
BMT-nin davamlı inkişaf üzrə informasiya şəbəkəsi ümumdünya xoşbəxtlik indeksini açıqlayıb. Azərbaycan 155 ölkənin yer aldığı reytinqdə 85-cidir. Reytinq cədvəlində Rusiya 49-cu, Ermənistan 121-ci, Gürcüstan 125-ci sırada göstərilir. Xoşbəxtlik indeksində Türkiyə 69-cu, İran 108-ci yerdə qərarlaşır....
Əmək Müfəttişliyi Xidmətinin 8 aylıq hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 8 aylıq hesabat yayıb. Rəsmi məlumata görə, xidmətin vətəndaş müraciətləri əsasında keçirdiyi tədbirlərlə yanvar-avqust aylarında işəgötürənlərin gecikdirdiyi sosial xarakterli ödənişlərdən ibarət 77 min 115 manat v...
Çirkli pul qalmaqalı: rəsmi instansiyalar təkzib edir
Sentyabrın 5-də prezidentin mətbuat xidməti açıqlama yayıb. Açıqlama Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin hazırladığı yazı, həmin yazıya istinadla “BBC News” saytında dərc olunan “Azərbaycan 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Qardian” qəzeti...
Prezident şəhidin adını daşıyan məktəbə baş çəkib
Sentyabrın 5-də prezident İlham Əliyev Bakının Nizami rayonunda şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idman və akt zallarından, yeməkx...
Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi üçün vəsatət verilib
Sentyabrın 4-də vəkil Fuad Ağayev “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi üçün Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Vəkil “Amerikanın səsi”nə deyib ki, qanunvericiliyə əsasən məhkəmə üç gün ərzində vəsatətə baxmalıdır. Azərbaycan qanunvericiliyi az...
Beynəlxalq hesabat: azərbaycanlıların 11%-i xeyriyyəçidir
“Charities Aid Foundation” beynəlxalq xeyriyyə fondu yeni reytinq açıqlayıb. Novator.az-ın məlumatına görə, xeyriyyəçilik reytinqi 2016-cı ildə 139 ölkədə 146 min nəfər arasında aparılmış sorğu əsasında hazırlanıb. Xeyriyyəçilik reytinqinin ilk sırasında Myanma dayanır. Hesabata əsasən, Myanma əhali...
Rusiyada nə qədər yoxsul var?
Özünü yoxsul sayan rusiyalıların sayı 2017-ci ilin ikinci rübündə azalıb. Rusiya Elmlər Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun sentyabrın 5-də yaydığı hesabatda belə deyilir. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, bu ilin ikinci rübündə ailəsinin maddi durumunu...
Okeaniyada qalib müəyyənləşdi
Okeaniyada 2018-ci ilin dünya futbol çempionatına vəsiqə uğrunda seçmə mərhələ başa çatıb. Novator.az-ın məlumatına görə, sentyabrın 5-də Solomon adaları Yeni Zelandiyanı qəbul edib. Oyun 2:2 hesabı ilə bitib. İlk matçda 6:1 üstün olmuş Yeni Zelandiya növbəti raunda adlayıb. Noyabrda Yeni Zelandiya ...
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti açıqlanıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 1-nə fonda 84,6 milyon manat, 212,9 min ABŞ dolları, 8,3 min avro və 5 min rubl vəsait daxil olub. Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycanın ər...
Təzə ay köhnə qiymətlə başlayıb
Sentyabrın ilk iş günündə ABŞ dollarının rəsmi kursu sabit qalıb: 1,701 manat. Bu qiymət avqustun 30-dan qüvvədədir. Avro və Rusiya rublunda isə bahalaşma var. Novator.az-ın məlumatına görə, avro 2,0204 manatdan 2,0251 manata, rubl 0,0291 manatdan 0,0294 manata qalxıb. 2017-ci ildə dollar 1,7707 man...
Özbək pulu öldü
Özbəkistanın milli valyutası – som sentyabrın 5-də kəskin ucuzlaşıb. Mərkəzi Bankın qərarı ilə 1 dollar 4210,35 somdan 8100 soma qaldırılıb. Bu, 3889,65 somluq devalvasiya deməkdir. Novator.az bildirir ki, som Azərbaycan manatına nəzərən də ucuzlaşıb. Ötən həftənin son iş günü 0,0407 manata təklif o...
5:1 hesabı qələbəyə yetmədi
Azərbaycanın milli futbol komandası dünya çempionatının final raunduna keçmək şansını itirib. Seçmə mərhələdə Avropanın C qrupunda yarışan milli komanda sentyabrın 4-ü Bakıda San Marinonu 5:1 hesabı ilə udsa da, digər iki oyunun nəticələrinə görə ələnib. Almaniya Norveçi udaraq (6:0) liderliyini möh...
Məktəbdə yeniliklər
Prezident İlham Əliyev sentyabrın 4-də Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 38 sinif otağı, 2 informatika kabineti, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəb 1960-cı ildə...
Prezident yeni tapşırıqlar verib
Prezident İlham Əliyev sentyabrın 3-ü Lənkəran şəhərində keçirilən respublika müşavirəsində yeni tapşırıqlar verib: “Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaq. Eyni zamanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən b...