Xəbər
İnternetdə anonim şərh yazmaq aradan qaldırılır
Çində internetdə anonim şərh yazmaq imkanı aradan qaldırılır. Hökumətin qoyduğu yeni qaydaya əsasən, internetdə yalnız şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etməklə qeydiyyatdan keçmiş adam şərh yaza bilər. Novator.az xəbər verir ki, yeni qayda oktyabrın 1-dən qüvvəyə minir. Qaydaya görə, şərh y...
Qanunsuz ovla bağlı cəzalar verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 2017-ci ilin 7 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 73 nəfəri saxlayıb. Rəsmi məlumatda bildirilir ki, saxlananlardan 66 ov tüfəngi, 172 patron, 18 ədəd quş və 4 baş heyvan götürülüb. Qanun pozucuları barəsində protokoll...
Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi
Azərbaycan Mətbuat Şurası prezident İlham Əliyevə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə p...
“Samsunq”un rəhbəri həbs cəzası aldı
Cənubi Koreyada məhkəmə “Samsunq” şirkətinin rəhbəri Li Çje Yona 5 il həbs cəzası kəsib. Novator.az-ın məlumatına görə, Li Çje Yon rüşvət alma, mənimsəmə, qanunsuz gəlir əldə etmə, xaricə qeyri-qanuni vəsait köçürmə və yalançı şahidlikdə təqsirli bilinib. Hökmə əsasən, Li Çje Yon sabiq prezident Pak...
“Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi
Avqustun 25-də “Turan” agentliyinin kollektivi bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda deyilir ki, agentliyin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar “Turan”ın bank hesabları dondurulub: “Belə şəraitdə agen...
Qaldı 80 komanda
UEFA Çempionlar Liqası və Avropa Liqasında ələmə raundları arxada qaldı. Novator.az-ın məlumatına görə, qrup mərhələləri ərəfəsində 55 UEFA üzvündən 23-nün bütün klubları ələnib. 14 UEFA üzvü qruplara 1 komanda ilə adlaya bilib. Yalnız 3 ölkə – İspaniya, İngiltərə, İtaliya itkisiz irəliləyir. 2017-2...
Bakıya yeni təyyarə gətirilib
Avqustun 25-də prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, ekonom sinif modifikasiyalı təyyarə 106 sərnişin tutumuna malikdir. “Buta Airways” ən çox tələ...
Azərbaycan-Gürcüstan əməkdaşlığı komissiyasının yeni tərkibi
Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiqləyib. Azərbaycandan komissiyanın sədri baş nazir Artur Rasizadə, sədr müavini iqtisadiyyat naziri Şahin Mustafayevdir. Komissiyaya bu şəxslər daxil edilib: Samir Ş...
Valyutaların yönü fərqli
Avqustun 25-də ABŞ dollarının və Rusiya rublunun rəsmi məzənnələri sabit qalıb. Bir çox valyutada isə yenilik var. Novator.az-ın məlumatına görə, avro, gürcü larisi, türk lirəsi ucuzlaşıb, ingilis funt sterlinqinin kursu yüksəlib. Mərkəzi Bank valyutalara (Siyahı) bu qiymətlərə təklif edir: 1 ABŞ do...
6 ayda Azərbaycanın xarici borcu nə qədər artıb?
Maliyyə Nazirliyi Azərbaycanın 1 iyul 2017-ci ilə olan xarici dövlət borcunu açıqlayıb. Hesabata görə, xarici dövlət borcu 7 milyard 172,6 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 18,9 faiz təşkil edib. Hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb olunmuş kreditlər ...
Prezident: “Hər bir qələbə o günü yaxınlaşdırır”
UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası C qrupunda mübarizə aparacaq. Qrup mərhələsinin püşkü avqustun 24-ü Monakoda atılıb. Novator.az-ın məlumatına görə, püşk “Qarabağ”a İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “Roma” klublarını nəsib edib. Ağdam klubu...
Mehman Əliyevin işi iki maddə üzrə aparılır
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev tutulub. Avqustun 24-də Mehman Əliyev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunub, Cinayət Məcəlləsinin 231.1 və 308.1-ci maddələri üzrə şübhəli şəxs kimi saxlanıb. Novator.az bildirir ki, 231.1...
Dövlət Məşğulluq Xidmətinin hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu il 15 rayonda (Daşkəsən, İsmayıllı, Şəki, Xızı, Qəbələ, Xaçmaz, Qax, Quba, Neftçala, Şamaxı, Masallı, Siyəzən, İmişli, Ağsu, Oğuz) əmək yarmarkaları keçirib. Rəsmi hesabata görə, bu məşğulluq tədbirlərində işsiz və işaxt...
41 nəfər yarmarkada iş tapdı
Avqustun 24-ü Ağsuda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. AZƏRTAC xəbər verir ki, Ağsu Mədəniyyət Sarayında təşkil olunan əmək yarmarkasına 21 idarə, müəssisə və təşkilatdan 228 boş iş ...
İlham Əliyev “Qarabağ”ı qəbul etdi və mükafatlandırdı
Prezident İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyətini qəbul edib. Dövlət başçısının həmin gün imzaladığı sərəncamla 2017-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb. “Qarabağ” avqustun 23-də UEFA Çempionlar Liqasının qr...
“Tufan”ın özəllikləri
AZƏRTAC xəbər verir ki, avqustun 24-də prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir s...
32-dən 12-si və 2-si
2017-2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan 32 komandanın 12-si indiyədək turnirin qalibi olub. 2 komanda isə nəhənglərin yarışında debüt edəcək. Novator.az bildirir ki, İspaniyanın “Real” klubu 1991-1992 mövsümünədək Çempionlar kuboku adlanmış turnirdə 12 dəfə z...
Mühacirləri ən çox hansı ölkələrdə sevirlər?
“Gallup” beynəlxalq sosioloji xidməti mühacirlərə münasibət indeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq 138 ölkədə keçirilən sorğunun nəticələrinə əsaslanıb. Sorğuya qatılanlara 3 hala münasibət bildirmək təklif olunub: a) mühacirlər sizin ölkənizdə yaşayır; b) mühacir sizə qonşu olu...
Ukraynada hərbi parad
Avqustun 24-də Ukraynada dövlət müstəqilliyi bayram olunur. Paytaxt Kiyevin Azadlıq meydanında bununla bağlı hərbi parad keçirilib. Parada 4500 hərbçi cəlb olunub. Novator.az-ın məlumatına görə, hərbi parada NATO ölkələrinin nümayəndələri, o cümlədən ABŞ-ın müdafiə naziri Ceyms Mettis qatılıb. Ukray...
ABŞ Minsk qrupuna yeni həmsədr təyin etdi
ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edib. Novator.az-ın məlumatına görə, bu post Endrü Skoferə verilib. Avqustun 28-də ABŞ-dan müvəqqəti həmsədr Riçard Hoqlandın səlahiyyət müddəti başa çatır. Endrü Skoferi təyinatını şərh edən Riçard Hoqland deyib ki, o, yüksək səviyyəli diplomatdır, son v...