Xəbər
Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib. Nəticələrə görə, ayın birinci ongünlüyündə Kür ç...
Ekologiya və təbii sərvətlər naziri vətəndaşların şikayətlərini dinləyib
Mayın 16-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə ətraf mühitin mühafizəs...
Jurnalistlərə yeni mənzillərin verilməsi şərtləri açıqlandı
Bakının Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən yeni yaşayış binasında mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb. “Report”un məlumatına görə, mayın 16-da bununla bağlı keçirilən tədbirdə bildirilib ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (tele...
Qeyri-neft ixracı nə qədər artıb?
2017-ci ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 149 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən məhsul alınıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir. Rəsmi açıqlam...
Orta əməkhaqqı 515 manata yaxınlaşıb
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 515,8 min nəfər olub, 889,2 min nəfəri iqtisadiyyatın dövlət se...
İslam Oyunları: 14 ölkənin qızılı var
Mayın 16-na olan statistikaya görə, Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında ən çox qızıl medalı Türkiyə idmançıları qazanıb. Türkiyənin 35 qızılı var. Novator.az bildirir ki, Azərbaycan idmançıları 33 qızıl medal əldə ediblər. Özbəkistan 6 qızıl medalla üçüncü sırada dayanır. Daha 11 ölkə...
Avro və rublda yeni yüksəliş
Mayın 16-da ABŞ dollarının rəsmi məzənnəsi yenə dəyişməz qalıb. Novator.az-ın məlumatına görə, dollar 1,7025 manata təklif olunur. Bu qiymət mayın 12-dən qüvvədədir. Avro və Rusiya rublunun dəyəri isə artıb. Mərkəzi Bank avronun kursunu 1,8609 manatdan 1,8715 manata, rublu 0,03 manatdan 0,0302 manat...
Rusiya qərar verdi, qalır nöqtə qoymaq
Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddia üzrə prosesi yekunlaşdırıb. Mayın 15-də keçirilən iclasda iddiaçı Ədliyyə Nazirliyinin istəyi təmin olunub, ÜAK-nin qeydiyyatının ləğvinə qərar verilib. Ədliyyə Nazirliyi 2001-ci ildən fəaliyyət göstərən Ü...
Ermənistanın zenit-raket kompleksi məhv edilib
Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi mayın 15-i cəbhənin Füzuli-Xocavənd istiqamətində müdafiənin ön xəttində yeni mövqeyə çıxarılıb, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib: “...
Makron hökumət başçısını seçdi
Fransa prezidenti Emmanuel Makron mayın 15-də Eduar Filippi baş nazir təyin edib. Novator.az-ın məlumatına görə, 46 yaşlı Eduar Filipp Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. Son təyinata qədər parlamentin aşağı palatasının deputatı, Havr şəhərinin meri idi. E...
Müsavatçı Gənclər Təşkilatının yeni sədri
Novator.az Müsavatçı Gənclər Təşkilatının yeni sədri Əbülfəz Sadıqbəylini təqdim edir. Əbülfəz Sadıqbəyli mayın 14-də Müsavatçı Gənclər Təşkilatının sədri seçilib. 1988-ci ildə Bakıda doğulan Əbülfəz Sadıqbəyli 276 saylı orta məktəbin məzunudur. 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində x...
Aprelin miqrasiya pozuntuları
Dövlət Miqrasiya Xidməti 2017-ci ilin aprel ayında 1547 əcnəbinin Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarını pozduğunu müəyyən edib. Rəsmi hesabata görə, 18 nəfərin sənədləri yenisi ilə əvəz olunub, 179 nəfərin ölkədə yaşaması leqallaşdırılıb. 919 nəfər cərimələnib, 431 şəxs cər...
Tehran meri prezidentlik yarışından geri çəkildi
Tehranın meri Məhəmmədbağır Qalibaf İran prezidentliyinə namizədliyini keçmiş baş prokuror İbrahim Rəisinin xeyrinə geri götürüb. Bununla da mayın 19-da keçiriləcək prezident seçkisinə qatılan namizədlərin sayı 5-ə düşüb. Qələbə uğrunda indiki prezident Həsən Ruhani, vitse-prezident İshaq Cahangiri,...
Səyyar xidmətdən 52 nəfər yararlanıb
Dövlət Miqrasiya Xidməti Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. Mayın 15-də yayılan rəsmi məlumata görə, səyyar xidmətdən 52 şəxs yararlanıb. 21 nəfərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 13 nəfərə vətəndaşlıq mənsubiyyət...
Yeni Zelandiyada siçovul qırğını başlayıb
Yeni Zelandiyada siçovul və opossumların (kisəli siçovul) kütləvi məhvinə başlanıb. Novator.az-ın məlumatına görə, məmurlar bu yolla quşların sayını artırmaq, ekologiya sistemində harmoniya və balans yaratmaq istəyir. Mütəxəssislər hər ay yüzlərlə gəmiricini məhv edə biləcək xüsusi tələlərdən istifa...
Kür çayının aşağı axınında suyun səviyyəsi artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 20 faizini təşkil ...
Partiya ölüm cəzası tələb edir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “BAXCP İdarə Heyəti Azərbaycan Konstitusiyasının 27-ci maddəsinin dövləti cinay...
Hava şəraiti qeyri-sabit keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 15-i axşamdan 16-sı səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsə...
Paytaxt şurasında kimə nə qədər mandat düşüb?
Yerevan Şəhər Şurasına hansı siyasi qüvvənin nə qədər mandat aldığı açıqlanıb. Mayın 14-də keçirilmiş seçkidə üç siyasi qüvvə iştirak edib. Respublika Partiyası 71,25%, “Çıxış” bloku 21%, Əriklər Ölkəsi Partiyası 7,75% səs alıb. Novator.az-ın məlumatına görə, Respublika Partiyası 65 yerlik şuraya 46...
Sərmayədə 3,5 faiz azalma qeydə alınıb
Dörd aylıq sərmayə hesabatı açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 4 milyard 533,4 milyon manat vəsait yönəlib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz ...