Xəbər
Əziz Orucovun mühakiməsinin vaxtı bilindi
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə araşdırması oktyabrın 10-da başlayacaq. Sentyabrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş hazırlıq iclasında belə qərar verilib. Novator.az-ın məlumatına görə, hazırlıq iclasında vəkil Cavad Cavadov cinayət işin...
“Turan”ın iki iddiası birləşdirildi
Sentyabrın 27-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Turan” informasiya agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Agentlik Lokal Gəlirlər Departamentin 2014-2016-cı illər üzrə əlavə vergi sanksiyaları hesablamas...
Azər Hüseynbala: “Həkim işdən uzaq durmağı məsələhət görüb”
Bu yaxınlarda ürəyindən əməliyyat olunmuş Pressday.az saytının baş redaktoru Azər Hüseynbala sentyabrın 27-də Novator.az-a açıqlama verib. Azər Hüseynbala sentyabrın 19-u gecə ürəyindəki problemə görə Bakıdakı Kardiologiya Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Orada jurnalistə infarkt diaqnozu qoyul...
Sərhəd Qoşunlarına kim komandanlıq edir?
Azərbaycanın Sərhəd Qoşunlarına kim komandanlıq edir? Dövlət Sərhəd Xidməti bu sualı cavabsız qoyur. Bu il iyunun 5-də prezident Dövlət Sərhəd Xidmətinin əsasnaməsinin və strukturunun dəyişdirilməsi haqda fərman imzalayıb. Sənəd Dövlət Sərhəd Xidməti rəisindən Sərhəd Qoşunlarının komandanı statusunu...
Dağıstanın başçısı: “İstefamın səbəbi budur”
Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov sentyabrın 27-də istefa verəcəyini açıqlayıb. Novator.az-ın məlumatına görə, “Qovorit Moskva” radiosuna müsahibəsində Ramazan Abdulatipov istefa niyyətini yaşının artması ilə bağlayıb: “Artıq 71 yaşım var. İstefamın səbəbi d...
Gürcüstan: konstitusiyanın dəyişməsinə bir imza qaldı
Gürcüstan parlamenti yeni konstitusiya layihəsi qəbul edib. Novator.az-ın məlumatına görə, sentyabrın 26-da son oxunuşdan keçən layihə imzalanmaq üçün prezidentə təqdim olunacaq. Layihə parlamentin və baş nazirin səlahiyyətlərinin artırılmasına, prezidentin səlahiyyətlərinin azalmasına hesablanıb. A...
Alimin cənazəsi gətirilir
ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri olmuş Lütfi Zadənin nəşi sentyabrın 26-da axşam San-Fransiskodan Bakıya göndərilib. Mərhumun cənazəsinin sentyabrın 29-da Bakıya çatdırılacağı gözlənir. Xəbəri Azərbaycanın Los-Ancelesdəki baş konsull...
İsmayıllıdakı qəzada ölənlərin adları açıqlandı
Daxili İşlər Nazirliyi İsmayıllıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafir...
Jurnalistlər yeni binaya nə vaxt köçə bilər?
Bakının Bibiheybət qəsəbəsində tikilmiş yeni jurnalist binasının noyabrda istifadəyə veriləcəyi gözlənir. “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov Novator.az-a deyib ki, binanın təhvil verilməsi üçün işlər yekunlaşır: “Çalışırıq sakinlər ən qısa müddətdə mənzillərinə köçə bilsinlər. Ola ...
Valyutaların çoxu ucuzlaşıb
Sentyabrın 27-də Mərkəzi Bank xarici valyutaların böyük əksərini ucuzlaşdırıb. Yalnız gürcü larisi (0,6875 manat), Honkonq dolları (0,2178 manat), qırğız somu (0,0248manat), Moldova leyi (0,0965 manat), Misir funtu (0,0964 manat) və özbək somunun (100 som 0,0211 manatdır) rəsmi kurslarında artım var...
“Beşiktaş” zirvədə möhkəmləndi
UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tur start götürüb. Novator.az-ın məlumatına görə, G qrupunda yer alan Türkiyənin “Beşiktaş” komandası sentyabrın 26-sı İstanbulda Almaniyanın “Leypsiq” klubunu 2:0 hesabı ilə məğlub edib. Qrupdakı digər oyunda qonaqlar üstün gəlib: “Portu” (Portuqal...
Təltif sərəncamları
Prezident İlham Əliyev dörd təltif sərəncamı imzalayıb. Turizm sahəsində fəaliyyət göstərən Qılıncov Bəxtiyar Vaqif oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Ağakərimov Müzəffər Mehdi oğlu, Əliyev Zakir Haşım oğlu, Qədəşov Tahir Ərziman oğlu, Yusufov Rüfət Teymur oğluna “Tərəqqi” medalı ve...
Yol qəzasında 7 nəfər həlak olub
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin sentyabrın 27-nə keçən gecə yaydığı məlumata görə, İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. “Opel”in sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildəki 3 nəfər xəsarət a...
Azərbaycan qlobal rəqabətlilik reytinqində irəlilədi
Dünya İqtisadi Forumu 2017-2018-ci illər üzrə qlobal rəqabətlilik indeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, Azərbaycan 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Qlobal rəqabətlilik reytinqi iş adamları arasında sorğu və müxtəlif mənbələrə istinadla tərtib olunur. Ötən hesabatda Azərbaycan ...
Erməni sənətçi Moskvada teatr direktoru təyin edildi
Erməni sənətçi Ara Karapetyan Moskva Dövlət Akademik Kamera Musiqili Teatrının direktoru təyin edilib. Novator.az-ın məlumatına görə, təyinat əmrini sentyabrın 26-da Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalayıb. Direktor postunu bu günədək Oleq Mixaylov tuturdu. 1969-cu ildə Yerevanda doğ...
Rusiyanın maaş kapitanları
Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi 2017-ci ilin ilk 6 ayı üzrə ən yüksək maaşları açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahının başında aylıq 500 min rubl maaşla okean gəmisi kapitanı dayanır. Ən yüksək maaşlı işçilər siyahısında ikinci yeri təyyarə kapitanı tutur. Bu işdə aylıq əməkha...
Qiymətlər hərracda yüksəldi
Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 26-da özəlləşdirmə hərracı keçirib. Rəsmi məlumata görə, paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin start qiyməti 7 min 500 manat olub, sonda əmlak 12 min 200 manata özəlləşdirilib. Özəlləşdirilməyə çıxarılan “Toyota Land Cruiser GX” markal...
“Erməni soyqırımı”nı tanıyan azərbaycanlıdan bəyanat gəldi
Ermənistanda “soyqırımı” abidəsini ziyarət etdiyinə görə Azərbaycanda ictimai qınağa məruz qalan Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridi bəyanatla çıxış edib. Reza Moridi (Rza Müridi) əslən azərbaycanlıdır. O, 1945-ci ildə Güney Azərbaycanın Urmiya şəhərində doğu...
Jurnalist tətilinin tələbləri
Yunanıstanda bütün KİV sentyabrın 26-da həmkarlar qurumlarının qərarı ilə 24 saatlıq tətilə çıxıb. Novator.az-ın məlumatına görə, tətil əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarını qorumaq tələbi ilə keçirilir. Səhər saat 6-dan radio və televiziyada xəbər...
Naxçıvanda 344 növ məhsula tələbat yerli istehsal hesabına ödənir
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 31 yeni hüquqi şəxs qeydiyyata alınıb. İlin əvvəlindən bəri Sahibkarlığa Kömək Fondu 14 layihəni maliyyələşdirib, 389 min 600 manat həcmində kredit verilib....