Xəbər
Rəsmi məzənnələr
Sentyabrın 29-da bir çox valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 2,0027 manata, ingilis funt sterlinqi 2,2809 manata, Rusiya rublu 0,0293 manata, türk lirəsi 0,4773 manata yüksəlib. Mərkəzi Bank ABŞ dollarının kursunu dəyişməyib. Dollar banklara 1,7002 manata satılı...
Miçiqan ştatı işğalçı Qarabağ rejimini tanıdı
ABŞ-ın Miçiqan ştatının Senatı işğalçı Dağlıq Qarabağ rejiminin “müstəqilliyini” tanıyıb. Amerika Erməni Milli Komitəsi bəyan edib ki, qərar Senatın 28 sentyabr iclasında qəbul olunub. Novator.az-ın məlumatına görə, Miçiqan qondarma rejimi dövlət adına tanıyan 8-ci ştatdır. Rod-Aylend, Massaçusets, ...
Tilsim qırıldı
UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tur keçirilib. Novator.az-ın məlumatına görə, C qrupunda yarışan Türkiyənin “Başakşəhər” komandası sentyabrın 28-i Portuqaliyada “Braqa”ya 1:2 hesabı ilə uduzub. “Ludoqorets” (Bolqarıstan) isə evdə həmin hesabla “Hoffenhaym”dan (Almaniya) üstün olub. İ ...
Lütfi Zadənin cənazəsi Bakıya gətirilib
Mərhum alim Lütfi Zadənin cənazəsi sentyabrın 29-na keçən gecə Bakıya gətirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazənin qarşılanması mərasimində elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi xüsusi ayrılmış maşında Heydər Məscidinə aparılıb. Lütfi Zadə sentya...
İkinci ticarət festivalına sərəncam verildi
Prezident İlham Əliyev Bakıda keçiriləcək ikinci ticarət festivalı ilə bağlı sərəncam imzalayıb. Sərəncam bu il oktyabrın 15-dən noyabrın 15-dək davam edəcək festivalın təşkili üçün dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmasını nəzərdə ...
Yeni binanın sənədləri yerində təqdim olunub
Prezidentin 8 avqust 2015-ci il sərəncamı ilə Bakının Sabunçu rayonunda qəzalı binalar sökülür, yerində müasir binalar tikilir. Sentyabrın 28-i Bakıxanov qəsəbəsində dövlətin inşa etdirdiyi növbəti binanın açılışı olub. Yaşayış binası onmərtəbəli, ikigirişli, 122 mənzillidir. Tam təmirli mənzillərin...
Ermənistanın müdafiə xərcləri 17,6 faiz artır
Ermənistan hökumətinin 28 sentyabr iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsi təqdim olunub. Novator.az xəbər verir ki, layihəyə əsasən, gələn il üçün Ermənistanın müdafiə xərcləri 2017-ci illə müqayisədə 17,6 faiz artırılaraq 246,8 milyard drama (518 milyon dollar) çatdırılır. Büdcə layihəsində...
Albert Aqarunovun xatirə lövhəsi açılıb
Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilib. AZƏRTAC xəbər verir ki, sentyabrın 28-i qəsəbədə, Albert Aqarunovun adını daşıyan küçədə Milli Qəhrəmanın xatirə lövhəsi açılıb. Tədbirdə rəsmi şəxslər, Milli Qəhrəma...
Vəkillər Kollegiyasının rəhbəri postdan getdi
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifədən azad olunub. Report.az bildirir ki, qərar sentyabrın 27-si Rəyasət Heyətinin iclasında Azər Tağıyevin müraciəti əsasında çıxarılıb. Müraciətində Azər Tağıyev səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. Sədr səlahiyyə...
Ukrayna dili hakim statusunu bərkidir
Ukraynada yeni təhsil qanunu qüvvəyə minib. Novator.az-ın məlumatına görə, qanun 2018-ci il sentyabrın 1-dən milli azlıqlara uşaq bağçaları və ibtidai məktəblərdə öz ana dilləri ilə yanaşı dövlət dilinin – Ukrayna dilinin mütləq tədrisini nəzərdə tutur. Sənədə əsasən, 5-ci sinifdən başlayaraq bütün ...
Kişilərin ömrü uzanır
Rusiyada kişilərlə qadınların orta ömür uzunluğu arasında fərq azalıb. Novator.az-ın məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova deyib. Nazir bildirib ki, buna səbəb kişilərin ömrünün get-gedə uzanmasıdır. Beş il qabaq kişilərlə qadınların orta ömür uzunluğu arasında fərq 13 i...
Bakıda orta maaş 777 manatı ötür
Bakı Şəhər Statistika İdarəsi paytaxtın sosial-iqtisadi göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2017-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,2 faiz azalaraq 20,8 milyard manat təşkil edib....
Məzənnələrdə eniş
Mərkəzi Bank sentyabrın 28-də ABŞ dollarının məzənnəsini 1,7002 manat saxlayıb. Ötən gün qüvvəyə minən bu kurs ilin ən aşağı göstəricisi kimi rəsmiləşib. Digər valyutaların çoxu ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 1,9946 manata, gürcü larisi 0,6864 manata, Rusiya rublu 0,02...
Qorxu parlamentin başını yedi
Yaponiyanın baş naziri, hakim Liberal Demokrat Partiyasının lideri Sindzo Abe sentyabrın 28-də parlamentin aşağı palatasını buraxıb. Novator.az-ın məlumatına görə, bu addım qonşu Şimali Koreyadan gələn nüvə silahı hədələri fonunda hökuməti möhkəmləndirmək zərurəti ilə əsaslandırılıb. Növbədənkənar p...
Çoxluq dövlət yaratmağa tərəfdar oldu
İraqdakı kürd muxtariyyətinin sentyabrın 25-də keçirdiyi referendumun nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, səsverməyə gələnlərin 92,7 faizinin (2,86 milyon nəfərin) Kürdüstan regionu və ondan kənardakı kürd ərazilərində müstəqil dövlət yaratmağa tərəfdar çıxdığı bəyan edilib. Rəsmi ...
Qar qışı qabaqladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkədə hava şəraiti sərt keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar düşüb. İntensiv yağış nə...
Yeni təltiflər
Prezident İlham Əliyev bir qrup mədəniyyət işçisini təltif edib. Novator.az-ın məlumatına görə, xalça sənətinin təbliğində fərqlənən Abasova Aygün Elşad qızı, Səlimov Yalçın Ramiz oğlu “Tərəqqi” medalı, Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı, Zeynalova Rəma Mais qızı prezidentin fəxri ...
Bakıda siftə
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası qrup mərhələsində ilk qolunu vurub. Novator.az-ın məlumatına görə, C qrupunda yarışan “Qarabağ” sentyabrın 27-si Bakı Olimpiya Stadionunda İtaliya klubu “Roma”nı qəbul edib. Bərabər səviyyədə keçən oyunda qonaqlar 2:1 hesa...
Konqresmenlər azərbaycanlı rəsmilərə qarşı layihə irəli sürüblər
ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər. “Turan”ın məlumatına görə, Nümayəndələr Palatasının beynəlxalq insan hüquqları panelinə sədrlik edən Smit deyib ki, Azərb...
Azərbaycan rəqabətdə: 12 göstəricinin 9-u yaxşılaşıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanın yeni qlobal rəqabətlilik indeksində 137 ölkə arasında 35-ci yerə yüksəlməsi ilə bağlı açıqlama yayıb (Azərbaycan qlobal rəqabətlilik reytinqində irəlilədi). Açıqlamada qeyd olunur ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı ...