Xəbər
Dollar sabitdir, başqaları…
Mərkəzi Bank oktyabrın 23-də ABŞ dollarının məzənnəsini yenə dəyişməyib: 1,7001 manat. Bu rəsmi kurs oktyabrın 18-dən qüvvədədir. Bir çox valyutada yenilik var. Novator.az-ın məlumatına görə, avronun rəsmi məzənnəsi 2,0087 manatdan 2,001 manata, Rusiya rublu 0,0296 manatdan 0,0295 manata düşüb. Ucuz...
Gürcüstan yenə arzunu seçdi
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası oktyabrın 21-də keçirilmiş bələdiyyə seçkilərində önə çıxıb. Həmin gün seçicilər 5 şəhər və 59 rayon üzrə mer, 64 bələdiyyə üzrə məclis seçkilərinə qatılıb. Marafonda 22 partiya və 5 blok iştirak edib. Bələdiyyə məclislərinin 1088 deputatı majorita...
Baş nazir hakimiyyətini möhkəmləndirdi
Yaponiyada oktyabrın 22-də keçirilmiş növbədənkənar parlament seçkisi hakim koalisiyanın qələbəsi ilə başa çatıb. Novator.az bildirir ki, ilkin nəticələrə görə, baş nazir Sindzo Abenin liderlik etdiyi Liberal Demokrat Partiyası 465 yerlik aşağı palatada 283 yerə sahib çıxıb. Hakim koalisiyaya daxil ...
QHT-lər üçün təlim: “Vətəndaş cəmiyyəti təşkilatlarının idarəçiliyində gender standartları”
Oktyabrın 19-22-də Bakıda vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün seminar keçirilib. Peşəkar təlimçilərin apardığı seminar gender standartlarının vətəndaş cəmiyyəti təşkilatlarında idarəçilik siyasətinə və prosedurlarına daxil edilməsinə həsr olunub. Seminar “İnternyus-Azərbaycan” təşk...
“Ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq”
Oktyabrın 20-si İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin (Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya) – D-8-in zirvə görüşünə qatılan prezident İlham Əliyev çıxışında Qarabağ münaqişəsinə toxunub: “Ermənistan 25 ildən artıqdır Azərbaycanın tarixi torpaqlarını ...
Parlament Cinayət Məcəlləsində yeniliklərə səs verdi
Oktyabrın 20-də Milli Məclis Cinayət Məcəlləsində dəyişikliklərə səs verib. Qanun layihəsi Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutur. Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə sanksiyalarının azaldılması da daxildir. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxar...
D-8-i böyütmək təklif olundu
Oktyabrın 20-si İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) zirvə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev xüsusi qonaq qismində zirvə görüşündə iştirak edib. Təşkilatın yeni sədri, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan ...
“Vətəndaş jurnalistikası” və məsuliyyət: Gəncədə tədbir keçirlib
Gəncə şəhərində “vətəndaş jurnalistikası” sahəsində fəal olan, sosial şəbəkələrdə aktiv iştirak edən gənclərlə görüş keçirilib. Oktyabrın 19-da baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternyus Azərbaycan” İctimai Birliyin...
Həkimlər: “Nəqliyyatda yaşlı adama yer vermək ziyandır”
İctimai nəqliyyatda yaşlı adamlara oturmaq üçün yer vermək onların sağlamlığına zərər vurur. Novator.az-ın məlumatına görə, bir qrup britaniyalı həkim belə qənaətə gəlib. Alimlər “British Medical” jurnalında dərc olunmuş məqalədə insanları yaşlanmanın təbii nəticələri ilə fiziki hərəkətsizliyi bir-b...
Büdcə: gəlir 20 faiz, xərc 16,5 faiz artır
Prezident İlham Əliyev 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri Milli Məclisə təqdim edib. Oktyabrın 20-də Maliyyə Nazirliyi layihələrin təqdimatını açıqlayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır. Bu, 201...
Naxçıvanda konfrans: yazıçılar kəskin tənqid olundu
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib. Novator.az saytı Naxcivantv.az-a istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov konfransdakı çıxışı zamanı birliyin üzvlərini xeyli tənqid edib. O deyib ki, Naxç...
Neft və qazsız ixrac 14 faizə çatmır
Bu ilin 9 ayında Azərbaycandan ixracın 86,57 faizi neft-qaz sektoruna aid olub. Novator.az bildirir ki, yanvar-sentyabr aylarında ixracın 72,24 faizini xam neft, 2,93 faizini neft məhsulları, 11,4 faizini təbii qaz təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 9 ayda xam neft ixracında 20 ...
Rusiyalılar reklama nə qədər inanır?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi reklam informasiyasına etibar sorğusu keçirib. Novator.az xəbər verir ki, oktyabrın 20-də açıqlanan nəticələrə görə, respondentlərin 57%-i reklam xarakterli məlumata etibar etmir. Sorğuya qatılanların yalnız 3%-i reklama etibar etdiyini bildirib. Reklama münas...
İlin əsas xarici ticarət tərəfdaşları
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin yanvar-sentyabr aylarında əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 14,24 faizi həcmində göstərilir. Türkiyə 13,68 faizlə ikinci, Rusiya 10...
Neft Fondunun sərvəti
Dövlət Neft Fondu (DNF) 9 aylıq hesabat yayıb. Novator.az-a verilən rəsmi məlumata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında büdcə gəlirləri 8 milyard 793,4 milyon manat, xərclər 6 milyard 911,7 milyon manat olub. Hesabat dövrü ərzində 4 milyard 300 milyon manat vəsait dövlət büdcəsinə transfert ...
Gömrük pozuntularının yeni statistikası
Dövlət Gömrük Komitəsi 2017-ci ilin 9 ayı üzrə gömrük hüquqpozmalarının statistikasını yayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, yanvar-sentyabr aylarında gömrük orqanları cinayət xarakterli 584 fakt aşkarlayıb. Gömrükçülər 356 qaçaqmalçılıq faktı, narkotik vasitələrin və psixotrop maddə...
9 ayın yekunu: ixrac azalıb, idxal artıb
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi ötən ilin 9 ayına nisbətən 7,92 faiz azalaraq 14 milyard 321,5 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin 9 aylıq hesabatında bildirilir ki, ixracda (8 milyard 143,9 milyon dollar) 20...
20 oktyabr məzənnələri
Oktyabrın 20-də avronun rəsmi kursu 2,0063 manatdan 2,0087 manata qalxıb. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7001 manat, Rusiya rublunun kursunu 0,0296 manat səviyyəsində saxlayıb. Novator.az-ın məlumatına görə, gürcü larisi banklara 0,6836 manata, ingilis funt sterlinqi 2,2277 manata, türk l...
Türklər həm səfərdə, həm evdə uduzdu
UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü tur Türkiyə klublarına düşməyib. Novator.az-ın məlumatına görə, C qrupunda yarışan “Başakşəhər” komandası oktyabrın 19-u Almaniyada “Hoffenhaym”a 1:3 hesabı ilə məğlub olub. “Braqa” (Portuqaliya) – “Ludoqorets” görüşündə bolqar qonaqlar üstün gəlib – 2:...
Güzəştli kreditlərin həcmi 100 milyon manatı ötdü
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 19-u Ağdaşın Qulbəndə kəndində işgüzar forum keçirib. Rəsmi məlumata görə, forumda Aran iqtisadi rayonunun sahibkarlıq subyektlərinə 10,7 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq, əkinçilik, quşçuluq, mebel istehsalı və sai...