Xəbər
Sabiq baş nazirin prezidentliyi rəsmiləşdi
Oktyabrın 30-da Qırğızıstanın Mərkəzi Seçki Komissiyası sabiq baş nazir Sooronbay Jeenbekovu prezident seçkisinin qalibi elan edib. Sosial Demokrat Partiyasının namizədi olan Sooronbay Jeenbekovun oktyabrın 15-də keçirilmiş seçkidə 55%-ə qədər səs topladığı rəsmiləşib. Novator.az-ın məlumatına görə...
10 ayın ən populyar adları
Novator.az 2017-ci ilin 10 ayında Azərbaycanda doğulmuş uşaqlara verilən populyar adların siyahısına nəzər salıb. Qız adları içində Zəhra birincidir. İlin əvvəlindən 2165 qıza Zəhra adı qoyulub. Nuray (1733 uşaq) ikinci, Zeynəb (1289) üçüncü populyar addır. Siyahıda bu qız adları da yer alır: Məryəm...
Rafiq Hüseynov vəfat edib
Telejurnalist, Azərbaycanın xalq artisti Rafiq Hüseynov vəfat edib. Mərhumun həyat yoldaşı APA-ya deyib ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikada dünyasını dəyişib. Ağ ciyərindəki problemlərdən əziyyət çəkən Rafiq Hüseynov oktyabrın 26-da vəfat etsə də, xəbər həyat yoldaşının i...
Məşğulluq tədbirlərinin hansı nəticələri var?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə əmək yarmarkaları keçirib. Rəsmi hesabata görə, bu məşğulluq tədbirlərində 3705 nəfər şəxsə vakant iş yerlərinə göndərişlər verilib. Göndəriş verilən şəxslərdən 80 faizinin məşğulluğu təmin olunub....
Su ehtiyatlarının mühafizəsi: yeni statistika
2017-ci ilin yanvar-sentyabr aylarında su ehtiyatlarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslər barəsində 195 akt və 55 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 114 müddətli göstəriş verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühi...
Məzənnə dəyişmələri
Oktyabrın 30-da ABŞ dollarının rəsmi məzənnəsi 1,7002 manat səviyyəsində qalıb. Bu kurs oktyabrın 25-dən qüvvədədir. Digər valyutalarda isə yeniliklər var. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronu 1,9782 manatdan 1,9751 manata, Rusiya rublunu 0,0294 manatdan 0,0293 manata endirib. Bahalaşa...
Qələbə var, qalib yox…
Hakim İstiqlal Partiyası İslandiyada oktyabrın 28-də keçirilmiş növbədənkənar parlament seçkisində yarımçıq qələbə qazanıb. Novator.az-ın məlumatına görə, partiya 25,2% səslə rəqiblərini qabaqlayıb, amma hökumət qurmaq üçün yetərli mandat götürə bilməyib. Hökumət qurmağa 63 nəfərlik parlamentdə 32 m...
Bərzani postdan getdi
İraqdakı kürd muxtar vilayətinin parlamenti 29 oktyabr iclasında bölgənin rəhbəri Məsud Bərzaninin istefasını qəbul edib. Məsud Bərzani parlamentə məktubunda postundan getdiyini açıqlamışdı. Onun mandatı noyabrın 1-də bitir. Məsud Bərzani 2005-ci ildə parlamentdə, 2009-cu ildə isə birbaşa seçkidə mu...
Bakı Madridi seçir
Rəsmi Bakı İspaniyanın Kataloniya bölgəsinin özünü müstəqil dövlət elan etməsinə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suve...
Milli Şura mitinq keçirdi və aksiyaları müvəqqəti dayandırdı
Oktyabrın 28-də Demokratik Qüvvələrin Milli Şurası paytaxtda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olub. Aksiya 2 saat (saat 15-dən 17-dək) çəkib. Aksiyada korrupsiy...
Mitinqdə terror planı: DTX video-audio materiallar yayıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Milli Şuranın mitinqində və paytaxtdakı bir sıra obyektlərdə terror törədilməsi cəhdi ilə bağlı aparılan cinayət işinin istintaq sirri ilə məhdudlaşmayan hissəsindən video-audio materialları ictimaiyyətə təqdim edib. Xatırladaq ki, oktyabrın 25-də DTX Milli...
Kataloniya müstəqil dövlət elan olundu
İspaniyanın Kataloniya vilayətinin parlamenti oktyabrın 27-də bölgənin müstəqil dövlət elan olunması barədə qətnamə qəbul edib. Novator.az xatırladır ki, 1979-cu ildə muxtariyyət almış Kataloniya vilayətində bu il oktyabrın 1-də keçirilmiş referenduma qatılanların çoxu bölgənin müstəqil dövlət elan ...
Ev alanlar çıxarış da aldı
Sabirabad rayonunun Ulacalı kəndində 2010-cu ilin Kür daşqınlarından sonra dövlətin tikdirdiyi yeni evlərə çıxarışlar verilib. Mərasim oktyabrın 27-də keçirilib. Rəsmi məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi kampaniyada 100-dən artıq sakinə birbaşa yaşadıqları ərazilərdə əmlakla...
Fikrət Hüseynli azadlığa buraxıldı
Ukrayna paytaxtı Kiyevdə tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli azadlığa buraxılıb. Novator.az bildirir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair vəsatət rədd olunub. Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevi...
“Bu gün də o fikirdən əl çəkməyiblər”
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin 60 yaşı tamam olub. 1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olu...
REAL qurultayı təxirə salıb
Respublikaçı Alternativ Partiyasının (qısa adı: REAL Partiya) təşəbbüs qrupu oktyabrın 29-na təyin etdiyi təsis qurultayını təxirə salıb. Xəbəri “Report” yayıb. Təşəbbüs qrupunun üzvləri oktyabrın 27-də keçirdikləri mətbuat konfransında deyiblər ki, qurultayın təxirə salınmasına səbəb tədbirə yer ay...
Ukraynada orta maaş nə qədərdir?
Ötən ay Ukraynada orta əməkhaqqı 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 17,3% artıb. Novator.az xəbər verir ki, Dövlət Statistika Xidməti oktyabrın 27-də belə hesabat yayıb. Hesabatda bildirilir ki, sentyabrda orta maaş avqustun göstəricisini 3,3% üstələyərək 7351 qrivnaya (466 manat) çatıb. 2017-...
Şəkərə tutulan uşaqların sayı 12 faiz artıb
Ölkədə təxminən 242 min şəkərli xəstə qeydiyyata alınıb. AZƏRTAC-ın məlumatına görə, Respublika Endokrinoloji Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova belə deyib. O, şəkərli diabet xəstələrinin 1553-nün uşaq olduğunu vurğulayıb, yanvar-avqust aylarında xəstə uşaqların sayının ö...
Sahibkarlara kreditlər verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 27-si Bərdənin Zümürxan kəndində keçirdiyi işgüzar forumda Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verib. Rəsmi məlumatda kreditlərin əsasən heyvandarlıq, bağçılıq, çörək, quru meyvə istehsalı və...
Elektron müraciətlərin 40 faizi bir nazirliyə yönəlib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə 2014-cü ilin iyul ayından bu yana 9 milyon 885 min 100 dəfə müraciət edilib. Rəsmi məlumata görə, ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin 17,5 faizi məhz həmin sistemin p...