Xəbər
Sinqapur qayda-qanun lideridir
ABŞ-ın “Gallup” İnstitutu qlobal qayda-qanun indeksi açıqlayıb. Azadliq.org-un məlumatına görə, 142 ölkə içində ən təhlükəsiz ölkə Sinqapur sayılır. İlk beşlikdə Norveç, İslandiya, Finlandiya və Özbəkistan da yer alır. Ən təhlükəli ölkələr Liberiya, Qabon, Cənubi Sudan, Əfqanıstan və Venesuela hesab...
Azərbaycanın elm statistikası
2018-ci ilin əvvəlinə Azərbaycanın 117 ali təhsil müəssisəsi və elmi təşkilatında doktoranturalar fəaliyyət göstərib və onlarda 53,7 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi təhsil alanların 79,6 faizinin fəlsəfə doktoru, 20,4 faizinin elm...
Akademiya prezident seçir
İyunun 8-i Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin böyük konfrans zalında qurumun ümumi yığıncağı keçirilir. İclasda AMEA-nın prezidenti və Rəyasət Heyəti seçiləcək. Nizamnaməyə görə, prezident akademiyanın həqiqi üzvləri sırasından seçilməli, ölkə prezidenti seçimi təsdiq et...
Dolların üç ayı və əvvəli…
Martın 7-dən Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayır. Bu, manatın devalvasiyaya uğradığı 21 fevral 2015-ci ildən bəri ən uzun sürən rəsmi məzənnədir. Novator.az bildirir ki, 2015-ci il fevralın 20-də dollar banklara 0,7862 manata satılıb. Bir gün sonra Mərkəzi Bank kəskin kur...
Nazirlikdən xidmət hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə may ayında 820 min 352 müraciət qeydə alınıb. Rəsmi məlumata görə, bu göstərici ilə nazirlik “Elektron hökumət” portalında xidmətlərinə ən çox üz tutulan qurum olub. Ötən ay portal vasitəsilə müraciətlərin ümu...
Avroda artım
Mərkəzi Bank iyunun 8-də avronu (2,0074 manat) və türk lirəsini (0,3788 manat) bahalaşdırıb. Novator.az-ın məlumatına görə, gürcü larisi (0,6932 manat), ingilis funt sterlinqi (2,2824 manat) və Rusiya rublu (0,0273 manat) ucuzlaşıb, ABŞ dollarının rəsmi kursu isə 1,7 manat səviyyəsində qalıb (Məzənn...
Dənizdə təlim
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib. Mod.gov.az-ın 7 iyun məlumatına görə, məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələl...
Dağılan körpüyə 3,5 milyon manat ayrılıb
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən körpünün bərpası üçün vəsait ayrılıb. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2018-ci ilin büdcəsindən, prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ...
Paşinyan xeyir-dua aldı
Ermənistan parlamenti iyunun 7-də Nikol Paşinyanın baş nazirlik etdiyi hökumətin proqramını müzakirəyə çıxarıb. Novator.az-ın məlumatına görə, parlament 62 səslə proqramın tətbiqinə xeyir-dua verib, 39 nəfər bunun əleyhinə olub. Proqram 7 istiqamətdən ibarətdir. Bunlardan biri növbədənkənar parlamen...
Ərdoğan ilk turda seçilə bilmir?
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan qarşıdan gələn prezident seçkisinin ilk turunda qalib gəlməyə bilər. İyunun 7-də ölkənin SONAR sosioloji mərkəzi bu ayın 24-nə təyin olunmuş prezident seçkisi (həmin gün parlament seçkisi də keçiriləcək) ilə b...
Ukrayna parlamenti Antikorrupsiya Məhkəməsi qurmağa səs verdi
Ukrayna parlamenti iyunun 7-də Ali Antikorrupsiya Məhkəməsi yaratmağa səs verib. Novator.az-ın məlumatına görə, qanun layihəsini 450 nəfərlik Ali Radanın 315 deputatı dəstəkləyib. Səsvermədən əvvəl prezident Pyotr Poroşenko parlamentə gəlib. O, hakim fraksiyanın iclasına qatılıb. Sonra Ali Radanın t...
İşgüzar forumda yeni kreditlər
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyunun 7-si Xızı rayonunda işgüzar forum keçirib. Rəsmi məlumata görə, fondun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov forumda deyib ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara 39,2 milyon manat güzəştli kredit verilib. For...
Tovuzda icra başçısı dəyişdi
İyunun 7-də prezident İlham Əliyev Tofiq Məhəmmədəli oğlu Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərrəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Tofiq Zeynalov ...
Gənc fəalların işi: Azərbaycan cərimələndi
Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə Bakıda “Nida” Vətəndaş Hərəkatının fəalları kimi tutulmuş şəxslərdən 4 nəfərin işi üzrə qərarını açıqlayıb. Söhbət Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədlidən gedir. Həmin şəxslər daha bir neçə “Nida”çı ilə birgə 2013-cü ilin mart...
“Keşlə“, “Qəbələ” və “Neftçi”nin mümkün rəqibləri
Novator.az 2018-2019 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə“, “Qəbələ” və “Neftçi” komandalarının mümkün rəqiblərinin siyahısına nəzər salıb. Azərbaycan təmsilçiləri qrupa düşmək üçün dörd mərhələ keçməlidir. Onlar Avropa Liqasına ilkin təsnifatın ardınca – 1-ci mərhələdən...
Ekoloji yoxlamaların nəticələri
16-31 may arası araşdırma aparmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin hesabatı yayılıb. Hesabata əsasən, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə məişət və istehsalat tullantılarının yerl...
Yuxu normasını pozmağın fəsadları
Yaponiya alimləri yuxu normasını pozmağın fəsadlarını araşdırıblar. Novator.az-ın məlumatına görə, araşdırmanın nəticəsi “EurekAlert!” portalında dərc olunub. Araşdırma göstərib ki, normadan artıq və ya əskik yuxu yaşı 60-ı haqlamış insanlarda əqli zəiflik və vaxtsız ölüm riskini artırır. Tədqiqatda...
Bölgələrin bank göstəriciləri
Novator.az Mərkəzi Banka istinadla bölgələrin kredit və əmanət hesabatlarını təqdim edir. 11,8 milyard manatlıq kredit portfelinin 9,7 milyard manatı Bakı şəhərinə aiddir. İqtisadi rayonların kredit göstəriciləri belədir: Aran – 506 milyon manat Abşeron – 464,4 milyon manat Gəncə-Qazax – 449,2 milyo...
Kredit və əmanət hesabatları
Mərkəzi Bank kredit və əmanətlər üzrə yeni hesabatlar açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, mayın 1-nə kreditlərin məbləği 11 milyard 422,6 milyon manat, əmanətlərin həcmi 7 milyard 881,4 milyon manat olub. Aprelin 1-nə kreditlərin məbləği 11 milyard 249,6 milyon ...
Dağlıq Qarabağ rejimində yeni təyinatlar
İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan yeni təyinatlara imza atıb. Novator.az-ın məlumatına görə, Araik Arutunyanı “dövlət naziri” postundan azad edən Bako Saakyan həmin vəzifəyə Qriqori Martirosyanı gətirib. O, iyunun 6-dək “maliyyə naziri” idi. Artur Arutunyan “maliyyə naziri” vəzif...