Xəbər
Müsavatçı həbs edilib
Müsavat Partiyasının Xətai rayon təşkilatının sədr müavini Elvin Abdullayev həbs edilib. Partiyanın yaydığı məlumata görə, mayın 22-də Xətai Rayon Məhkəməsi Elvin Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilərək 30 sutka müddətinə...
416 min nəfərlik tədqiqat: yumurta ömrü uzadır
Gündə heç olmasa bir yumurta yemək ürək-damar xəstəliyi riskini azaldır. Novator.az-ın məlumatına görə, Böyük Britaniya və Çin alimlərinin tədqiqatı bunu göstərir. Tədqiqata Çinin 30-79 yaş arası 416 min sakini cəlb olunub. Doqquz il ərzində könüllülər nə qədər yumurta yedikləri haqda bilgi verib, h...
Dörd ayın turizmi: rəqəmlər nə göstərir?
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi Sərhəd Xidmətinə istinadla belə hesabat yayıb. Rəsmi hesab...
Dövlət komitəsi 255 min hektara yaxın torpağı geri alıb
Əmlak Məsələləri Dövlət Komitəsinin 23 may məlumatına görə, aparılan monitorinqlərdə 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaqları səmərəsiz istifadə etdiyi və ya ümumiyyətlə istifadəsiz qoyduğu aşkarlanıb: “255 min hektara yaxın istifadəsiz qalmış kənd təs...
Qiymət 82 dollara gedir
Mayın 23-də Azərbaycan neftinin qiyməti artıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,42 dollar bahalaşaraq 81,32 dollara satılır. London birjasında brent markalı neftin bir barreli 79,01 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 71,93 dollara təklif olun...
Kurs dəyişmələri
Mayın 23-də ingilis funt sterlinqinin rəsmi kursu 2,281, Rusiya rublu 0,0277 manata yüksəlib. ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində qalıb. Bir neçə valyuta isə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dəyər itirən avronu 2,0001, gürcü larisini 0,6953, türk lirəsini 0,357 mana...
Qida təhlükəsizliyi: gömrükdə “bir pəncərə” tətbiq ediləcək
Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirən prezident sərəncamı imzalanıb. Novator.az bildirir ki, mayın 22-də rəsmiləşən sərəncam bəzi qurumların, avadanlıqların, inzibati binaların və bir sıra ştat vahidlərinin İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, Döv...
Kənd təsərrüfatı sahəsində yeni qurum
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilir. Novator.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin 22 may fərmanında qərar aqrar sahədə ...
İki agentliyin statusları rəsmiləşdi
Prezident İlham Əliyev mayın 22-də fərman imzalayaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələrini təsdiqləyib. Novator.az xatırladır ki, Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasi...
Müstəqillik illərində Naxçıvanın əhalisi 140 min nəfərə yaxın artıb
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının əhalisi 138,4 min nəfər artıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən sonrakı ilk ilin – 1992-ci ilin əvvəlinə muxtar respublika əhalisinin sayı 315,1 min nəfər olub. 1 aprel 2018-ci ilə isə əhalinin sayı 453,5 min nəfərə y...
Xarici işlər nazirinin yeni müavini
Xarici işlər nazirinin yeni müavini Ramiz Həsənov kollektivə təqdim olunub. Mayın 22-də Xarici İşlər Nazirliyində nazir müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, idarə və struktur bölmələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasa sədrlik edən nazir Elmar Məmmədyaro...
Keçmiş nazir yeni posta təyin edildi
Rusiya Dövlət Duması mayın 22-də prezident Vladimir Putinin təqdimatına baxaraq Aleksey Kudrini Hesablama Palatasının sədri təyin edib. Novator.az bildirir ki, Aleksey Kudrin 1960-cı ildə Latviyada doğulub. Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin iqtisadiyyat fakültəsini və SSRİ Elmlər Ak...
Büdcə necə icra olunub?
Mayın 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında deyib ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirl...
“Exo”nun son sədası
Mayın 26-da rusdilli “Exo” qəzetinin son nömrəsi işıq üzü görəcək. “Exo” qəzetini mərhum jurnalist Rauf Talışinski yaradıb. O, mayın 8-də vəfat edib. 1956-cı ildə anadan olan Rauf Talışinski Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində...
Şəhid əsgər medalla təltif olundu
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində şəhid olmuş əsgər Adil Əli oğlu Tatarov müdafiə naziri Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif edilib. Medal Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində Adil Tatarovun ailəsinə təqdim olunacaq...
İsraildəki “Avroviziya”ya hansı ölkələr maraq göstərir?
2019-cu ilin “Avroviziya” mahnı müsabiqəsi İsraildə keçirilməlidir. Bu, Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018”də israilli müğənni Netta Barzilayın qələbəsi sayəsində mümkün olub. İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avro...
Türkiyə qoşa seçkiyə kimlərlə gedir?
Türkiyədə iyunun 24-də keçiriləcək parlament seçkisinə 2 blok və 4 siyasi partiya qatılır. Novator.az-ın məlumatına görə, Xalq ittifaqında Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası birləşib. Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya və Səadət Partiyası təmsil o...
Rusiyada sahibkarlar nə düşünür?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sahibkarlar arasında hazırkı iqtisadi durumla bağlı sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuda iştirak edən sahibkarların 76%-i Rusiyanın iqtisadi vəziyyətini mənfi qiymətləndirib. Onların 68%-i iqtisadi durumun problemli və böhranlı, 10%-i isə oldu...
Bakıda yeni zavod
Mayın 22-si Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən – bərk izolyasiya, kabel və mis anod i...
Naxçıvanda nə qədər maaş alırlar?
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-aprel ayları üzrə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, dörd ayda muxtar respublikada 711,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayi...