Xəbər
Valyuta məzənnələri
Mərkəzi Bank oktyabrın 5-də avronun kursunu 1,9567, ingilis funt sterlinqini 2,2118 manata qaldırıb. Gürcü larisi (0,6489 manat), Rusiya rublu (0,0254 manat) və türk lirəsi (0,2752 manat) ucuzlaşıb. Bir çox valyutanın, o cümlədən ABŞ dollarının rəsmi qiyməti dəyişməyib (Məzənnələr). Novator.az bildi...
Fəxri ad və medal alan müəllimlər
Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Prezident İlham Əliyev bu münasibətlə bir qrup təhsil işçisinə əməkdar müəllim fəxri adı verib, digər bir qrupu “Tərəqqi” medalı ilə təltif edib. Oktyabrın 4-də imzalanan sərəncamlarda fəxri adlar və medalların verilməsi həmin müəllimlərin Azərb...
Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasının statusunu yenilədi
Prezident İlham Əliyev fərman imzalayaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabi...
Qonaqlar üstün gəldi
UEFA Avropa Liqasının E qrupunda Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası oktyabrın 4-də ikinci oyununu keçirib. Novator.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” klubunu qəbul edən “Qarabağ” 0:3 hesabı ilə uduzub. Qrupun digər oyununda da qonaq komanda üstün...
Məmməd İbrahimin şikayətinə baxılıb
Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsindən verilmiş şikayətə baxıb. Yasamal Rayon Məhkəməsi sentyabrın 28-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2...
Gürcüstanda cinayətlərin sayı 58,5% artıb
2018-ci ilin yanvar-avqust aylarında Gürcüstanda 38 min 578 cinayət qeydə alınıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, cinayətlərin sayı ötən ilin 8 ayı ilə müqayisədə 58,5% artıb. 2017-ci ilin yanvar-avqust aylarında 24 min 345 cinayətin rəsmiləşdiyi vurğulanır. Statistikaya əsasən, bu ...
Jurnalist polis bölməsində zorakılığa məruz qaldığını deyir
Jurnalist Aytac Əhmədova polis bölməsində zorakılığa məruz qaldığını bəyan edib. O, “Azadlıq” radiosuna deyib ki, oktyabrın 3-ü Bakının Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alıb: “Polislər dərhal müdaxilə edərək çəkilişi dayandırmağı tələb etdilər...
Mərkəzi Bankın ehtiyatı bu il necə dəyişib?
Novator.az Mərkəzi Bankın valyuta ehtiyatının 2018-ci ildə necə dəyişməsinə nəzər salıb. Son rəsmi hesabata görə, oktyabrın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 534,5 milyon dollar olub. Bu, 2018-ci ilin əvvəli ilə müqayisədə 199,9 milyon dollar artım deməkdir. Yanvarın 1-nə ehtiyatın həcmi 5 mi...
Fransızlar Mitteranı 40 ilin ən yaxşı prezidenti sayır
Fransızlar son 40 ildə ölkə rəhbəri olmuş dövlət başçıları içində Fransua Mitteranı ən yaxşı prezident hesab edir. Novator.az-ın məlumatına görə, Odaxa Mərkəzinin “Fiqaro” qəzeti üçün apardığı sorğu belə göstərir. Oktyabrın 2-si və 3-də 996 nəfər arasında aparılan sorğunun nəticələrinə əsasən, respo...
İstefa növbəsi qubernatorlara çatdı
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 4-də Araqatsotn, Armavir, Vayots Dzor, Qeqarkunik, Lori və Sünik vilayətlərinin qubernatorlarını vəzifədən çıxarıb. Novator.az-ın məlumatına görə, postdan gedən şəxslər Daşnaksütun və Çiçəklənən Ermənistan partiyalarının təmsilçiləridir. Oktyabrın 2-d...
Rusiya baş prokurorunun erməni müavini vertolyot qəzasında öldü
Rusiya baş prokurorunun müavini Saak Karapetyan vertolyot qəzasında həlak olub. Novator.az-ın məlumatına görə, “Heliport Moscow” kompleksinə məxsus AS-350 vertolyotu oktyabrın 3-də axşam Kostroma vilayətində qəzaya uğrayıb. Vertolyotun göyərtəsində 1 pilot, 2 sərnişin olub, onların hamısı ölüb. Kost...
Pensiya yaşını artıran qanun rəsmiləşdi
Rusiya prezidenti Vladimir Putin oktyabrın 3-də pensiya yaşını yüksəldən qanunu imzalayıb. Qanuna əsasən, kişilərin pensiya yaşı 60-dan 65-ə, qadınların pensiya yaşı 55-dən 60-a qaldırılır. Artım 2019-cu ildən başlayaraq 6 aydan bir tətbiq ediləcək. Novator.az xəbər verir ki, qanuna görə, pensiyaya ...
Yol qəzasında 4 nəfər həlak olub
Oktyabrın 3-ü axşam Bərdənin Mehdili kəndi ərazisində ağır yol qəzasında Goranboy rayonun 4 sakini həlak olub. Report.az-ın məlumatına görə, “Shacman” markalı yük maşını ilə toqquşan “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü Azər Vəliyev və sərnişinləri – Zeynəb Rəcəbəliyeva, Rəna Rəcəbəliyev...
Sentyabrda Təhsil Nazirliyi 5935 müraciət alıb
Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində vətəndaşlara göstərilən xidmətlərin statistikası açıqlanıb. Rəsmi hesabata görə, 2018-ci ilin sentyabr ayında mərkəzlərə ümumilikdə 5935 müraciət daxil olub. Telefon məlumat mər...
Neftin 4 oktyabr qiymətləri
AZƏRTAC neftin 4 oktyabr qiymətlərini açıqlayıb. Məlumata görə, London birjasında brent markalı neftin barreli 86,02 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 76,18 dollara təklif olunur. “AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin 86,96 dollara satıldığı bildirilir. Azərba...
Ucuzluq günü
Oktyabrın 4-də xarici valyutaların çoxu ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avro 1,9494, gürcü larisi 0,6495, ingilis funt sterlinqi 2,1978, Rusiya rublu 0,0258, türk lirəsi 0,2799 manata düşüb. Mərkəzi Bank yalnız Argentina pesosu (0,0451 manat), Braziliya rialı (0,4356 manat), Moldova leyi (...
Hakimlərin müşavirəsi: nöqsanlar müzakirə olunub
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 3-də Şirvan Apellyasiya Məhkəməsinin, onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə zona müşavirəsi keçirib. Rəsmi məlumata görə, Ədliyyə Nazirliyinin və Məhkəm...
“Qalatasaray” liderliyi əldən verdi
UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, D qrupunda yarışan Türkiyə təmsilçisi “Qalatasaray” oktyabrın 3-ü Portuqaliyada yerli “Portu” klubuna 0:1 hesabı ilə uduzaraq liderliyi əldən verib. Qrupun digər qarşılaşması da eyni hesabla bitib. Alma...
Basqal sərəncamında üç tapşırıq qoyulub
Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam verib. Sərəncamda qeyd olunur ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrə qədər çatdırmış unikal yaşayış məskənidir: “Burada salınmış q...
Senatorlar da pensiya yeniliyinə səs verdi
Oktyabrın 3-də Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası pensiya yaşını yüksəldən qanun layihəsini qəbul edib. Novator.az xəbər verir ki, qanun layihəsinin lehinə 149, əleyhinə 5 nəfər səs verib, 3 senator bitərəf qalıb. Rusiya parlamentinin aşağı palatasından – Dövlət Dumasından sent...