Xəbər
Generalın oğlu da məsuliyyətə cəlb olundu
Ermənistanın Xüsusi İstintaq Xidməti general-leytenant Manvel Qriqoryanın oğlu Karen Qriqoryana ittiham irəli sürüb. Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş Manvel Qriqoryanı iyunun 16-da Milli Təhlükəsizlik Xidməti tutub. O, qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqd...
Yeni mövsümün 237 iştirakçısı var
İyunun 26-da UEFA Çempionlar Liqası, iyunun 28-də Avropa Liqası start götürür. İki turnirdə ümumilikdə 237 klub yarışacaq. Novator.az bildirir ki, 79 klubun buraxıldığı Çempionlar Liqasında təsnifat mərhələsinin yarımfinal görüşləri iyunun 26-da, final oyunu iyunun 29-da keçiriləcək. Bu raundda 4 kl...
Onuncu prezidentin ikinci müddəti rəsmiləşib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında prezident seçilmiş Akif Əlizadə həmin vəzifəyə təsdiq edilib. Sərəncamı dövlət başçısı İlham Əliyev imzalayıb. 1934-cü ildə anadan olan Akif Əlizadə 1989-cu ildən AMEA-nın həqiqi üzvüdür. İlk dəfə 2013-cü ildə AMEA prezidenti seçilib. ...
Yeni razılaşma qiyməti düşürdü
İyunun 25-i dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barrelinin qiyməti 1,38 dollar azalaraq 74,17 dollar, Nyu-York birjasında layt markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 68,33 dollar olub. OPEK+ sazişinin iştirak...
Dollarsız dəyişmələr
Mərkəzi Bank iyunun 25-də avronun kursunu 1,981 manata qaldırıb. Novator.az-ın məlumatına görə, dəyər artıran Rusiya rublu banklara 0,0269, türk lirəsi 0,3654 manata təklif olunur. Gürcü larisi (0,6911 manat), ingilis funt sterlinqi (2,2545 manat) ucuzlaşıb, ABŞ dollarının rəsmi qiyməti isə dəyişməy...
Ərdoğan da uddu, partiyası da
Türkiyədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyasının sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 52,4% səslə qalib gəlib. Cümhuriyyət Xalq Partiyasının namizədi Məhər...
Pambıqçıların zəhərlənməsi: 5 nəfər həbs olundu
Saatlı və İmişli rayonlarında pambıqçıların zəhərlənməsinə görə 5 nəfər həbs olunub. Novator.az bildirir ki, bununla bağlı iyunun 22-də Baş Prokurorluğun, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Həbs olunan şəxslər bunlard...
Gələnlər 10,1 faiz, gedənlər 3,3 faiz artıb
Dövlət Statistika Komitəsi turizmlə bağlı yeni hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin yanvar-may aylarında Azərbaycana 184 ölkədən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,3 faizi...
Cəlilabadda “Kütləvi çıxarış”
Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 22-si Cəlilabad rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib. Rəsmi məlumata görə, Cəlilabad və Göytəpə şəhərlərinin, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə qeydiyyat xidmətləri göstərilib. Kampaniyada 150-yə yaxın sakin əmlak qeydiyyatı ilə bağl...
Ərdoğanın hökumət planları
Türkiyə prezidentliyinə namizəd, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan hökumətlə bağlı planlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, o deyib ki, prezident seçiləcəyi halda 6 nazirliyi ixtisar edəcək. Prezidentin planı Avropa İttifaqı Nazirliyinin Xarici İşlər Nazirliyinə birləşdirilməsini nəzər...
AXCP üzvü həbsdə aclıq edir
AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir. Bunu “Amerikanın səsi”nə vəkil Cavad Cavadov deyib. Füzuli Hüseynov iyunun 14-də REAL Partiyanın həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə paytaxtda təkbaşına aksiya keçirib. O, əlində İlqar Məmmədovun şəkli olan plakat tutaraq məhbus siy...
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi açıqlanıb. Novator.az bildirir ki, layihəyə görə, dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manatdan 22 milyard 110 milyon manata; xərcləri 20 milyard 47 milyon manatdan 23 milyard 61 milyon manata qaldırılır. Büdcənin mədaxil mənbələrində...
Gürcüstan: iqtisadiyyat 5,3%, xarici ticarət 24,5% artıb
Gürcüstanda 2018-ci ilin ilk 5 ayının xarici ticarət hesabatı yayılıb. Novator.az xəbər verir ki, hesabata əsasən, yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 24,5% artaraq 4,9 milyard dollara çatıb. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirir ...
Valyuta kursları
İyunun 22-də avro 1,9745, ingilis funt sterlinqi 2,2548, türk lirəsi 0,3585 manata qalxıb. ABŞ dollarının (1,7 manat), gürcü larisinin (0,6914 manat) və Rusiya rublunun (0,0267 manat) rəsmi məzənnələri dəyişməyib. Mərkəzi Bank BƏƏ dirhəmini 0,4628, Çin yuanını 0,2614, 100 İran rialını 0,004, 100 Yap...
Prezidentin vədi: yeni vəsait ayrıldı
Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən 22 kilometrlik avtomobil yolunun tikintisi üçün əlavə tədbirlərə sərəncam verib. İyunun 21-də imzalanan sərəncamla 2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,7 milyon ...
Körpü işində üzə çıxanlar
İyunun 21-də Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə məlumat yayıb. Məlumatda deyilir: “2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində, Göyçay çayı üzərində ye...
İsraildəki “Avroviziya”ya dörd şəhər namizəddir
2019-cu ilin may ayında İsraildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə ilkin maraq göstərən ölkələrin sayı 18-ə çatıb. Novator.az bildirir ki, iyunun 21-dək Almaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Kipr, Malta, Norveç, Polşa, ...
Nazirin istefası qəbul olunmadı
Ermənistanın baş naziri Nikol Paşinyan əmək və sosial məsələlər naziri Mane Tandilyanın istefasını qəbul etməyib. 1978-ci il təvəllüdlü Mane Tandilyan nazir postunu mayın 12-dən tutur. O, iyunun 12-də istefa verdiyini açıqlamış, bunu pensiya qanunvericiliyində yeniliyə etirazı ilə bağlamışdı. İyulun...
Belə qabda su da təhlükəlidir…
Rusiyalı həkimlər polietilen və plastik qablarda satılan süd məhsullarının sağlamlığa ziyanını araşdırıb. Novator.az-ın məlumatına görə, tədqiqat göstərib ki, məhsulların belə qablaşdırılması mədə-bağırsaq pozuntusu riskini artırır. Polietilen və plastik qablardan qaraciyəri zəhərləyən maddə – ftala...
Avropanın bahalıq lideri
Avropa İttifaqının Statistika Xidmətinin (Eurostat) hesabatına görə, 2017-ci ildə birlik ölkələri arasında istehlak malları və turizm xidmətləri sarıdan ən ucuz məkan Bolqarıstan olub. Bu ölkədə Avropa İttifaqı üzrə orta göstəricidən 52% aşağı qiymətlər qeydə alınıb. Ən ucuz beş ölkə arasında Polşa,...