Xəbər
Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var
Yanvarın 6-da bloqçu Mehman Hüseynova azadlıq şüarı ilə aksiya keçirməyə cəhd edən şəxslərdən bir neçəsi məhkəmə önünə çıxarılıb. Aksiyaya cəhd Bakı Apellyasiya Məhkəməsinin qarşısında olmuşdu. Tutulan fəallar Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə aparılmışdı. Yanvarın 7-də Yasamal Rayon Mə...
Qukasyanın səsi çıxdı
İşğalçı Dağlıq Qarabağ rejiminin sabiq başçısı Arkadi Qukasyan Ermənistanın News.am saytına müsahibə verib. Novator.az-ın məlumatına görə, həbsdə olan keçmiş prezident Robert Köçəryanla bağlı sualı cavablandıran Arkadi Qukasyan deyib ki, cinayət işinə hüquqi qiymət verə bilməz: “Kimin günahkar olub-...
Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Ombudsman Aparatının yanvarın 7-də yaydığı məlumata görə, qrupun üzvləri təcridxanada bloqçu Mehman Hüseynovu da qəbul ediblər. Məlumatda deyilir ki, qrupun rəhbərinin və həkim üzvünün də iştirakı ilə keçirilən k...
Liderlik möhkəmləndi
İspaniya milli futbol çempionatında 18-ci turun oyunları keçirilib. Novator.az-ın məlumatına görə, lider “Barselona” xal sayını 40-a çatdırıb. Onu 35 xalla “Atletiko”, 33 xalla “Sevilya” izləyir. “Alaves”in 31, “Real”ın 30 xalı var. Digər aparıcı çempionatlar fasilədədir. İngiltərədə “Liverpul” təti...
Penitensiar Xidmət aclıq xəbərini təkzib edir
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Report.az-a açıqlamasında məhbus bloqçu Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini bəyan edib. Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polis...
Müsavat mitinq keçirmək qərarına gəlib
Müsavat Partiyası yanvarın 12-si Bakıda mitinq keçirmək barədə qərar qəbul edib. Novator.az-ın məlumatına görə, partiyanın başqanı Arif Hacılı sosial şəbəkədə bildirib ki, aksiyada bloqçu Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələb olunacaq. Arif Hacılı mitinqin saat 15-də başlanacağın...
Mehman Hüseynovun işi: daha bir aksiya
Yanvarın 6-da bir qrup fəal Bakı Apellyasiya Məhkəməsinin qarşısında bloqçu Mehman Hüseynova azadlıq şüarı ilə aksiya keçirməyə cəhd edib. “Amerikanın səsi” xəbər verir ki, fəallardan Mete Türksoy, Elçin Rəhimzadə, İsmayıl İslamoğlu, Yaşar Xaspoladov, Qoşqar Əhmədov və daha bir nəfər tutularaq Yasam...
Bahalıq, sabitlik, eniş
Mərkəzi Bank yanvarın 7-də avronun məzənnəsini 1,9415 manata qaldırıb. Novator.az-ın məlumatına görə, Çin yuanı (0,2483 manat), İngiltərə funt sterlinqi (2,1667 manat), Rusiya rublu (0,0252 manat) və Türkiyə lirəsi də (0,3191 manat) bahalaşıb. Kursları sabit qalan 1 ABŞ dolları banklara 1,7 manata, ...
Müdafiə nazirindən yeni tapşırıqlar
Müdafiə naziri Zakir Həsənov yanvarın 5-i Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Mod.gov.az-ın məlumatına görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə cəbhə bölgəsində yerl...
Üç təmsilçi bəllidir
“Avroviziya 2019” beynəlxalq mahnı müsabiqəsinə qatılan 42 ölkədən 3-nün təmsilçisi bəllidir. Novator.az-ın məlumatına görə, Albaniya müsabiqəyə Yonida Maliçini, Ermənistan Srbui Sərkisyanı, Kipr Tamta Qoduadzeni göndərir. İsrailin baş şəhəri Tel-Əvivdə keçiriləcək yarışmanın birinci yarımfinalı may...
Ermənistan qazı bahalaşdırmır
Rusiyanın “Qazprom” şirkəti 2019-cu il yanvarın 1-dən Ermənistana ixrac etdiyi qazın qiymətini 1000 kubmetr üçün 150 dollardan 165 dollara qaldırıb. Novator.az-ın məlumatına görə, Ermənistan baş nazirinin sözçüsü Armen Yeqoyan bəyan edib ki, qiymət artımı istehlakçılara təsir göstərməyəcək. O, əhali...
Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib
Məhbus bloqçu Mehman Hüseynov vəkili ilə görüşündə aclıq aksiyasını davam etdirdiyini söyləyib. Vəkil Şəhla Hümbətova Mehman Hüseynovla yanvarın 4-də Bakı İstintaq Təcridxanasında görüşüb. 2 ilə yaxındır həbsdə olan Mehman Hüseynov cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına onun barəsində yeni...
Milli parklara neçə turist səfər edib?
2018-ci ildə Azərbaycanın milli parklarına ümumilikdə 79 min 997 turist səfər edib. Onların 72 min 519-u Azərbaycan, 7 min 478-i xarici ölkə vətəndaşı olub. Məlumat Novator.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilib. Azərbaycanda 10 milli park fəaliyyət göstərir.
ABŞ-ın nə qədər borcu var?
ABŞ-ın Maliyyə Nazirliyi 2019-ci ilin əvvəlinə olan borc hesabatı yayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda dövlət borcunun 21 trilyon 974 milyard dollara çatdığı bildirilir. Konqresdə büdcə nəzarəti üzrə aparılan hesablamaya əsasən, dövlət borcu ümumi daxili məhsulun 78%-nə bərabərdir v...
Silahlı Qüvvələrin itkiləri hesablanıb
2018-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 37 hərbi qulluqçu itirib. İtkilərin 6-sı döyüş, 31-i qeyri döyüş itkisidir. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu belə hesabat yayıb. Məlumata görə, Silahlı Qüvvələrin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan bölmələrinin açdığı atəşdən hə...
Azadlıq istəyənlərdən dördü həbs olundu
Məhbus bloqçu Mehman Hüseynovun azadlığa buraxılması tələbi ilə aksiya keçirənlərdən dörd nəfərinə inzibati həbs cəzası verilib. “Amerikanın səsi” xəbər verir ki, Azel.tv saytının redaktoru Əfqan Sadıqov 22 sutka, “Kanal 13” internet televiziyasının müxbiri Nurlan Qəhrəmanovun, AXCP üzvləri Elimxan ...
1 nömrəli posta ilkin iddiaçılar
Ukraynada prezident seçkisi kampaniyası davam edir. Martın 31-nə təyin olunmuş seçkidə 35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan və dövlət dilini bilən ölkə vətəndaşları namizəd ola bilər. Prezidentliyə iddiaçılar 2,5 milyon qrivna (150 min manat) girov da qoymalıdır. Prezident seçilə və ya...
ABŞ-ın Ermənistanda yeni elçisi
ABŞ Senatı prezident Donald Trampın təqdimatına baxaraq Linn Treysini Ermənistanda fövqəladə və səlahiyyətli səfir postuna təsdiqləyib. Novator.az bildirir ki, Linn Treysi Rusiya və keçmiş SSRİ-nin digər ölkələri üzrə mütəxəssisdir. Son təyinata qədər Linn Treysi Dövlət Departamentində Rusiya üzrə b...
Yeni partiya qurulur
Azərbaycan Xalqlarının Rifahı Partiyası yaradılır. “Turan”ın məlumatına görə, yeddi nəfərlik təşəbbüs qrupu yanvarın 2-si Bakıda iclas keçirib. Təşəbbüs qrupuna Seyidəmir Məmmədov, Sabir Hüseynov, Əlimərdan Şükürov, Elman Məmmədov, Mehdibəy Səfərov, Mirtağı Nəsirov, Rafiq Cəlilov daxildir. Rafiq Cəl...
“İlahiyyatçı” qəzeti çıxıb
Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzeti işıq üzü görüb. İnstitutun mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, qəzetin ilk sayında prezident İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurba...