Xəbər
Pensiya qanununda nələr dəyişir?
“Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər layihəsi parlamentin ilk oxunuşundan keçib. Novator.az bildirir ki, bir yenilik təminat xərcliyi (pul təminatı) anlayışını yeni redaktədə verir. Layihəyə görə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıq...
Sabitlik və enmələr
Noyabrın 28-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0254 manat) rəsmi qiymətləri dəyişməyib. Mərkəzi Bank avronun kursunu 1,9202 manata, Gürcüstan larisini 0,6337 manata, Türkiyə lirəsini 0,3230 manata endirib (Məzənnələr). 2015-ci ildə dolların kursu 0,7844 manatdan 1,5594 manata qalxıb...
Təltif sənədləri imzalanıb
Prezident İlham Əliyev təltif sərəncamları imzalayıb. Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb. Təltif Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb. Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə...
Liqada aydınlıqlar
UEFA Çempionlar Liqasının qrup mərhələsində beşinci tur start götürüb. Noyabrın 27-də keçirilən oyunlardan sonra E qrupundan “Bavariya” (Almaniya) və “Ayaks” (Hollandiya) 1/8 finala vəsiqəni təmin ediblər, “Benfika”nın (Portuqaliya) isə Avropa Liqasına köç eləməsi dəqiqləşib. F qrupundan “Mançester ...
Büdcənin kəsir proqnozu 2 milyard manatı ötür
Noyabrın 27-də Milli Məclis 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci oxunuşda qəbul edib. Novator.az bildirir ki, yenilənmiş layihədə gəlirlər 23 milyard 168 min manata, xərclər 25 milyard 190 milyon manata çatdırılıb. Büdcədə 2 milyard 22 milyon manatlıq kəsir proqnozlaşdırılır. Başqa bir yeni...
Avropanın yeni planı təxirə düşə bilər
Avropa İttifaqı yay-qış vaxtına keçiddən imtina planını 2021-ci ilə qədər təxirə sala bilər. Novator.az-ın məlumatına görə, Avropa İttifaqına sədrlik edən Avstriya bununla bağlı məruzə hazırlayıb. Məruzədə bildirilir ki, həmişəlik yay vaxtına keçməyin saatların ildə bir dəfə irəli, bir dəfə geri çək...
Hərrac yenilikləri
Əmlak Məsələləri Dövlət Komitəsinin 27 noyabr hərracında kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Rəsmi məlumata görə, Şirvan şəhərinin Rəsulzadə küçəsindəki qeyri-yaşayış sahəsinin hərracında iki sifarişçinin iştirakı obyektin hərrac qiymət...
İkinci tur ərəfəsində
Gürcüstanın Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçiriləcək prezident seçkisinin 3703 məntəqədə təşkil olunacağını açıqlayıb. Novator.az-ın məlumatına görə, seçki məntəqələrinin 55-i xarici ölkələrdə yaradılıb. Səhər saat 8-də başlayacaq səsverməni 48,5 min yerli, 1,3 min beynəlxalq müşahidəçi ...
Qadını kimlər öldürür?
BMT qadınlara qarşı zorakılıq mövzulu yeni hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2017-ci ildə öldürülən 87 min qadının 50 minə qədəri öz yaxınlarının zorakılığının qurbanı olub. Afrikada hər 100 min qadının 3,1 nəfərin, Amerikada 1,6 nəfərin, Okeaniyada 1,3 nəfərin, Asiyada 0,9 nəfər...
Jurnalist tətilinin tələbləri
Yunanıstanda jurnalistlər ölkə boyu tətil keçirir. Tətilin təşkilatçıları kütləvi informasiya vasitələri əməkdaşlarının həmkarlar ittifaqlarıdır. Novator.az-ın məlumatına görə, tətil noyabrın 27-si səhər saat 6-da başlayıb. İstər dövlət, istərsə də özəl KİV-də çalışan jurnalistlər, İctimai Televiziy...
Ali məktəblərin hazırlıq qruplarında tədris qaydası təsdiqlənib
Nazirlər Kabineti ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya görə, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur. Ha...
Əmək yarmarkaları hesabatı
Noyabrın 27-də rəsmi məlumat yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti bu il 56 rayon və şəhərdə əmək yarmarkaları keçirib. Hesabata görə, 4,1 min şəxs vakant iş yerlərinə göndəriş alıb, onların 85 faizi uyğun işlə təmin olunub. Əmək yarmarkaları zamanı ...
Neftin yeni qiymətləri
AZƏRTAC-ın 27 noyabr məlumatına görə, Azərbaycan nefti 1 dollar 88 sent bahalaşıb. “AzəriLayt” markalı neftin bir barrelinin 63,13 dollara satıldığı vurğulanır. London birjasında brent markalı neftin bir barreli 60,30 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 51,35 dollara təklif ...
Valyutaların istiqaməti
Mərkəzi Bank noyabrın 27-də avronun kursunu 1,9273 manata endirib. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,6367 manat), İngiltərə funt sterlinqi (2,1783 manat), Rusiya rublu da (0,0254 manat) ucuzlaşıb. Dəyər artıran Türkiyə lirəsi banklara 0,3242 manata təklif olunur, ABŞ dollarının rəsm...
Hərbi vəziyyət haraları əhatə edir?
Ukrayna parlamenti – Ali Rada Milli Təhlükəsizlik və Müdafiə Şurasının təklifini, prezident Pyotr Poroşenkonun fərmanını nəzərə alaraq ölkənin bir hissəsində hərbi vəziyyət elan edilməsinə razılaşıb. Novator.az-ın məlumatına görə, noyabrın 26-sı axşam qəbul olunan qanunu Ali Radanın 276 deputatı dəs...
Prezident Administrasiyasının yeni şöbə müdiri
Hikmət Hacıyev Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı noyabrın 26-da imzalayıb. Novator.az bildirir ki, administrasiyanın strukturuna görə, Hikmət Hacıyev prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi də say...
Manatla əmanət və depozitlər 23,8% artıb
Mərkəzi Bank 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalı açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 9 ayda qeyri-nağd valyuta bazarında əməliyyatların həcmi 17,7 milyard ABŞ dolları ekvivalentində olub. Əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyu...
Cəmil Həsənli: “Nə qədər gec deyil…”
Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli ziyalılara müraciət edib. Azadliq.info-da yayılan müraciətdə qeyd olunur ki, bu il noyabrın 17-də, Milli Dirçəliş Gününün 30 illiyində Bakıdakı Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxs...
İşğal zonasına nə qədər turist gəlir?
2018-ci ilin yanvar-oktyabr aylarında Dağlıq Qarabağı 27 min 89 nəfər xarici turist ziyarət edib. Novator.az-ın məlumatına görə, işğalçı Dağlıq Qarabağ rejiminin “Mədəniyyət, Gənclər və Turizm Nazirliyi” iddia edir ki, 2017-cı ilin on ayı ilə müqayisədə Dağlıq Qarabağa səfər edən xarici turistlərin ...
Rusiyanın ən yaxşı şəhərləri
Rusiya hökumətinə məxsus Maliyyə Universiteti rifah halı yüksək olan şəhərlərin siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq tibbi xidmətin keyfiyyəti, yol təsərrüfatının durumu, təhsil və mədəniyyətin inkişafı, mənzil-kommunal təsərrüfatının fəaliyyəti və mənzil tikintisinin həcmi k...