Xəbər
Aclıq aksiyası davam edir
Bloqçu Mehman Hüseynova və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərə azadlıq tələbi ilə aclıq aksiyası davam edir. İlin əvvəllərindən başlanan aksiya Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçirilir. İndiyədək aksiyaya müxtəlif siyasətçilər, ictimai fəallar v...
Mitinq ərəfəsində tutulanlar
Demokratik Qüvvələrin Milli Şurasının mitinqi ərəfəsində Xalq Cəbhəsi Partiyasının 8, Müsavat Partiyasının 1 üzvü inzibati həbsə məhkum edilib. Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının mitinqi yanvarın 19-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin s...
10 oldular
Ukraynanın Mərkəzi Seçki Komissiyası daha iki nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb. Novator.az-ın məlumatına görə, Ali Radanın deputatı Olqa Boqomolets və biznesmen Gennadi Balaşov seçkidə iştirak hüququ alıblar. Martın 31-də keçiriləcək prezident seçkisinə daha əvvəl 8 iddiaçı buraxı...
Böyük beşlik: hamı iş başında
İtaliya və Almaniya milli futbol çempionatlarında qış tətili başa çatıb. Novator.az-ın məlumatına görə, İtaliyada turnir cədvəlinə 19 oyuna 53 xal yığan “Yuventus” başçılıq edir. 20 oyun keçirən “Napoli” 47, “İnter” 40, “Roma” 33 xal toplayıb. 18 turdan sonra Almaniya çempionatında Dortmund “Borussi...
İş və müavinət hesabatları
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 51 min 774 nəfər işsiz və işaxtaran şəxsi münasib işlərlə təmin edib. Rəsmi hesabata görə, işlə təmin edilənlərin 14 min 700 nəfəri gənclər, 549 nəfəri əlilliyi olan şəxslər, 17 min 879 nəfəri qadınlar, 2686 nə...
21 yanvar məzənnələri
Mərkəzi Bank yanvarın 21-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb. Bu rəsmi qiymət 2018-ci il martın 7-dən qüvvədədir. Rusiya rublu da dəyişməz qalıb: 0,0256 manat. Digər valyutalara gəlincə, avronun məzənnəsi 1,9343 manata düşüb, bahalaşan Gürcüstan larisi 0,6392, Türkiyə lirəsi 0,3193...
Köçəryanın həbs müddəti uzadılıb
Ermənistan paytaxtı Yerevanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi sabiq prezident Robert Köçəryanla bağlı iki vəsatətdən birini təmin edib. Novator.az-ın məlumatına görə, Xüsusi İstintaq Xidmətinin vəsatətini nəzərə alan məhkəmə yanvarın 18-də Robert Köçəryanın həbs müddətini iki ay uz...
Ermənistan hökumətində yeni təyinatlar
Ermənistan prezidenti Armen Sərkisyan baş nazir Nikol Paşinyanın təqdimatına baxaraq hökumət üzvlərinin təyinatını rəsmiləşdirib. Novator.az-ın məlumatına görə, Zöhrab Mnasakanyan xarici işlər naziri, David Tonoyan müdafiə naziri, Artak Zeynalyan ədliyyə naziri, Feliks Solakyan fövqəladə hallar nazi...
Söz atışmasında növbəti raund
Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında söz atışması davam edir. Yanvarın 11-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından gileylənib: “Bu tip insidentlər geridə qoyduğumuz son bayram günlərində qeydə alınıb. ...
Nazirliyin strukturu necə yenilənir?
Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı fərman imzalayıb. Yanvarın 18-də rəsmiləşən sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik Yaşına Çatmamış Görmə İmkanı Məhdud Şəxslər Üçün Bərpa Mərkəzi; Baxımsız, Kimsəsiz və Sosial T...
Milli Şuranın 19 yanvar mitinqi
Yanvarın 19-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirilib. Mitinq müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüsü ilə baş tutub. Demokratik Qüvvələrin Milli Şurasına tarixçi pr...
İtaliyada pensiya yaşı azaldılır
İtaliya hökuməti pensiya yaşını azaltmaq və işsizlərə, eləcə də aztəminatlı şəxslərə minimum ödəniş vermək qərarı çıxarıb. Novator.az-ın məlumatına görə, pensiya yaşını azı 3 il azaltmaq nəzərdə tutulur. Hazırda pensiya yaşı 67-dir. İşsiz və aztəminatlı şəxslər isə dövlətdən 780-1032 avro ödəniş ala...
Moskva Bakıdan izahat istəyir
Rusiyanın Xarici İşlər Nazirliyi yenidən Azərbaycanı qınayıb. Novator.az-ın məlumatına görə, yanvarın 18-də kütləvi informasiya vasitələri üçün verilən rəsmi açıqlamada bir daha bəzi Rusiya vətəndaşlarının Azərbaycana səfərinə əngəllər törədildiyi vurğulanır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü...
Bakıda maşın ovu başlayır
Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması prosesinə başlayır. Rəsmi məlumatda bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inziba...
Mehmanxanaları ucuz və bahalı şəhərlər
“Globehunters” turizm agentliyi beşulduzlu mehmanxanaları olan 170 ölkədəki qiymətləri araşdırıb. Novator.az-ın məlumatına görə, ən ucuz beşulduzlu mehmanxanaların Türkiyənin Antalya şəhərində olduğu üzə çıxıb: gecəsi 39,6 dollar. Meksikanın paytaxtı Mexikoda beşulduzlu mehmanxananın gecəsi 41,4 dol...
Temperatur mənfi 13 dərəcəyə düşüb
Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb. Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Xınalıq kəndində qeydə alınıb. Quba, Qusar və Xızı rayonlarının dağlı...
Ziyarət üçün təhlükəsiz: Azərbaycan 27-ci yerdədir
Numbeo.com portalı ölkələrin ziyarət üçün nə qədər təhlükəsiz olmasını araşdıraraq reytinq tərtib edib. Novator.az-ın məlumatına görə, Azərbaycan 118 ölkənin yer aldığı siyahıda 27-ci yerdə göstərilir. Gürcüstan 6-cı, Estoniya 7-ci, Ermənistan 11-ci, Belarus 16-cı, Litva 39-cu, Latviya 40-cı, Türkiy...
Yaxın ölkələrlə alış-veriş statistikası
Novator.az Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət göstəricilərini təqdim edir. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2018-ci ildə Türkiyəyə 1 milyard 825,9 milyon dollarlıq məhsul ixrac olunub. Rusiyaya ixracın həcmi 665,7 milyon dollar, Gürcüstana ixracın həcmi 485,3 milyon dollar göstəril...
Fərqli istiqamətlər
Yanvarın 18-də avronun rəsmi kursu 1,9369 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,6383 manat), İngiltərə funt sterlinqi (2,2074 manat), Türkiyə lirəsi də (0,3176 manat) bahalaşıb. Dəyər itirən Çin yuanı banklara 0,2508 manata satılır. Bir çox valyutanın məzənnəsi isə sabi...
Yeni ixtisarlar fərmanı
Prezident İlham Əliyev dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, yanvarın 17-də imzalanan sənədlə Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv olunur və onun funksiyalar...