Xəbər
55 partiyadan 3-ü hesabat verib
Siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Bu, “Siyasi partiyalar haqqında” qanunun tələbidir. MSK hesabatları internet saytında yerləşdirib ictimaiyyəti məlumatlandırmağa borcludur. Rəsmi dövlət qeydiyyatında 55...
Məhbus gənc şikayətçidir
Məhbus Qiyas İbrahimov saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən şikayətçidir. Onun anası Şura Əmiraslanova “Turan” agentliyinə deyib ki, müəssisədə dustaqların yatağına, əşyalarına baxış keçirilib: “Çarpayısının səliqəsiz olması arqumenti ilə Qiyası və daha altı məhbusu saatlarla ayaq üstdə saxla...
Baş nazir öz qərarından imtina etdi
Baş nazir Novruz Məmmədov meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydalarına dəyişiklikləri ləğv edib. Novator.az bildirir ki, 1993-cü il dekabrın 27-dən qüvvədə olan qaydalar Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il qərarı ilə yenilənmişdi. Həmin yeniliklə qadağan edil...
Bir posta 37 iddiaçı var
Ukraynanın Mərkəzi Seçki Komissiyası daha üç nəfərin prezidentliyə namizədliyini rəsmiləşdirib. Novator.az-ın məlumatına görə, qurumun 6 fevral iclasında Yuri Timoşenko, Andrey Novak və Vasili Juravlyov qeydiyyata alınıblar. 35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan, dövlət dilini bilən ölk...
Dolların sükutu 11 aya çatdı
Fevralın 7-də Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb. Novator.az-ın məlumatına görə, bununla dolların məzənnəsində sabitlik 11 aya çatıb. 2015-ci ildə dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı il 1,7707 manatla, 2017-ci il 1,7001 manatla başa ç...
Azərbaycanda yeni mərkəz
Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılmasına fərman verib. Fevralın 6-da imzalanan sənədə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətl...
Cəbhəçilərin həbsi davam edir
Ötən həftənin sonu tutulmuş AXCP fəalı Elnur Cabbarlının 10 sutka inzibati həbs cəzası aldığı bəlli olub. Bu həftə isə digər AXCP fəalları Elnur Yusubov, Zahir Məmmədli və Amil Məmmədzadə inzibati qaydada həbs ediliblər. Amil Məmmədzadəyə 25, Elnur Yusubova 22, Zahir Məmmədliyə 13 sutka həbs cəzası ...
Şamaxı: 42 evdə dağıntı baş verib
AZƏRTAC Şamaxıdakı vəziyyət barədə yeni məlumat yayıb. Fevralın 5-i saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub. Şamaxı Rayon Fövqəladə Hallar Komissiyası bildirir ki, ilkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlər...
Makedoniya NATO yolunda: ilk addım atıldı
Fevralın 6-da NATO-ya üzv ölkələrin və Şimali Makedoniyanın hərbi alyansdakı səfirləri Brüsseldə protokol imzalayıblar. Sənəd Şimali Makedoniyanın NATO-ya üzv olmasını nəzərdə tutur. Novator.az xəbər verir ki, protokol hərbi alyansa üzv dövlətlərin, o cümlədən Şimali Makedoniyanın parlamentində rati...
İşdən çıxarılan xadimə əmək kitabçasını ala bilmir
Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Cəmilə Minqəli qızı Həsənova Novator.az saytının redaksiyasına şikayət edib. O bildirir ki, 2009-cu ildən Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsində xadimə işləyib. 2018-ci ilin dekabrında Kino Xidməti İdarəsi ləğv olunub və o, həmin ayın 25-dən i...
Makronun erməni yerişi
Fransa prezidenti Emmanuel Makron aprelin 24-nü erməni soyqırımını anma günü kimi rəsmiləşdirmək niyyətindədir. Novator.az-ın məlumatına görə, dövlət başçısı bunu fevralın 5-də bəyan edib. Erməni Təşkilatları Şurasının təşkil etdiyi illik şam yeməyinə qatılan prezident deyib ki, Fransa ermənilərinin...
Zəlzələ hansı fəsadları verib?
Fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub. Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 d...
Ermənistan əhalisi necə azalır?
Ermənistanın Statistika Komitəsi əhalinin sayı ilə bağlı hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2019-cu il yanvarın 1-nə ölkənin 2 milyon 965,1min nəfər daimi əhalisi var. 2018-ci ilin əvvəli ilə müqayisədə əhalinin 7,6 min nəfər azaldığı vurğulanır. Açıqlamaya görə, 10 min 900 n...
Seçki yarışında sıxlıq davam edir
Ukraynada prezidentliyə namizədlərin sayı 34-ə yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası fevralın 5-də dörd iddiaçını rəsmən qeydiyyata alıb: Viktor Krivenko, Sergey Nosenko, Sergey Krivonos, Ruslan Riqovanov. 35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan ölkə vətəndaşl...
Hüquq müdafiəçisinə xəbərdarlıq edilib
Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev fevralın 5-də Daxili İşlər Nazirliyinə çağırılıb. Oqtay Gülalıyevin “Turan”a dediyinə görə, nazirlikdə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimovla görüşüb. Görüşdə əsasən onun işgəncələrlə bağlı yazıları müzakirə olunub...
Keçmiş əsir qayıtmaq istəmir?
Ermənistanda saxlanan Azərbaycan vətəndaşı Hüseynzadə Elnur Elman oğlu ilə bağlı yeni bilgilər yayılıb. Elnur Hüseynzadə 2017-ci il fevralın 1-də Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış kəndi istiqamətində tutulub. 1995-ci ildə Bərdədə doğulmuş hərbi qulluqçuya işğal altın...
Manat dollar aparır
Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar ayında keçirdiyi valyuta hərraclarında 634,9 milyon ABŞ dolları məbləğində vəsait satıb. Açıqlama fevralın 6-da yayılıb. Novator.az bildirir ki, rəsmi hesabatlara görə, manatın kursunu qorumaq üçün 2018-ci ildə keçirilən hərraclarda fonddan 6 milyard 460,4 mil...
Azərbaycanda titrəyişlər
Azərbaycanda silkələnmələr olub. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-i saat 23:19-da Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal...
Büdcədən ayırmalar
Prezident İlham Əliyev 12 şəhər və rayonda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirməyə sərəncam verib. Fevralın 5-də imzalanan sərəncamla həmin bölgələrin icra hakimiyyətlərinə 2019-cu ilin dövlət büdcəsindən ümumilikdə 40 milyon manat ayrılır. Sənəd Bakı, Gən...
Azərbaycanlı əsir Qarabağdan Ermənistana aparılıb
Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası fevralın 5-də açıqlama yayıb. Qeyd olunur ki, 2017-ci il fevralın 1-də Ermənistan hərbçilərinin işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxladığı və separatçı rejimin qeyri-qanuni məhkəməsinin azadlıqdan mə...