Xəbər
AXCP üzvü cərimələnib
AXCP üzvü Qorxmaz Əliyev 200 manat cərimələnib. Qərar avqustun 27-si Abşeron Rayon Məhkəməsində çıxarılıb. “Turan” xəbər verir ki, Qorxmaz Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib. AXCP fəalı avqustun 25-i polis idarəs...
Bölgələr üzrə kredit göstəriciləri
Mərkəzi Bankın son hesabatına görə, paytaxt Bakıda 10 milyard 599,6 milyon manat kredit rəsmiləşib. Novator.az-ın məlumatına görə, iqtisadi rayonlar üzrə göstəricilər belədir: Aran – 662,9 milyon manat Gəncə-Qazax – 532,3 milyon manat Abşeron – 512,5 milyon manat Lənkəran – 236,4 milyon manat Quba-X...
Məhərrəmlik başlayır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü sentyabrın 10-na düşür. Avqustun 27-də yayılan fətvada bildirilir ki, səmavi dinlərin sülh və əmin-amanlıq a...
Nikbin adam daha çox yaşayır
ABŞ-ın Boston Universitetinin alimləri nikbinliyin ömür uzunluğuna təsirini araşdırıblar. Novator.az xəbər verir ki, Milli Elmlər Akademiyasına təqdim edilən tədqiqatın nəticələrinə görə, nikbin insan bədbin insanla müqayisədə 15% uzunömürlü olur. Alimlər bir neçə il minlərlə könüllünün həyatını izl...
Mehmanxanaların gəlirləri 12,4 faiz artıb
Mehmanxanaların və bu tipli müəssisələrin fəaliyyəti haqqında hesabat yayılıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın mehmanxanalarında 1 milyon 327,5 min gecələmə keçirilib, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 3 faiz çoxdur. Gecələmələrin 63,3 ...
Lap az qaldı
Məhbus jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında çəkilmiş fotosunu yayıb. Novator.az-ın məlumatına görə, avqustun 26-sı özünün “Facebook” səhifəsində yaydığı fotoya Nigar Həzi bu sözləri əlavə edib: “Ümid edirəm həbsxanaya sonuncu gəlişim ...
Bakıda orta maaş
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan paytaxtının sənayesində istehsalın və xidmətlərin həcmi 23,2 milyard manat təşkil edib. Novator.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsi sənaye məhsulunun 80,9 faizinin mədən, 17,1 faizinin emal, 1,4 faizinin elektrik enerjisi, qaz və buxar i...
Eniş və sabitlik
Avqustun 27-də avronun rəsmi məzənnəsi 1,8868 manata enib. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,5790 manat) və Türkiyə lirəsi də (0,2919 manat) ucuzlaşıb. Mərkəzi Bank kursları sabit qalan ABŞ dollarını 1,7, Rusiya rublunu 0,0257 manata təklif edir (Tam siyahı). Dolların rəsmi qiyməti ...
“Bizim arzumuz başqadır”
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarına, Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Dalğa Beach” istirahət mərkəzində t...
Baş redaktor aclığı davam etdirir
Realliq.info saytının baş redaktoru İkram Rəhimov saxlandığı Balı İstintaq Təcridxanasında 20-ci gündür aclıq edir. Baş redaktorun ailə üzvü “Amerikanın səsi”nə deyib ki, İkram Rəhimov avqustun 26-da təcridxanadan evinə zəng edib: “Səsi zəif və xırıltılı idi. Dedi ki, hər iki ayağı tutulub, ayağa qa...
Əməkhaqqı: neft-qaz sektorunda 3133,6 manat…
Dövlət Statistika Komitəsi məşğulluq və işsizlik hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-cu il avqustun 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 180,1 min nəfər olub, onların 4 milyon 927,8 min nəfərini məşğul əhali təşkil edib. İyulun 1-nə muzdla işləyənlərin sayı 1 milyo...
Cinayət və qəza
Daxili İşlər Nazirliyinin hesabatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında qeydə alınmış 13 min 534 cinayətin 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixo...
Rusiyalılar ən çox harada istirahət edir?
Səyahətlərin təşkili üzrə onlayn xidmət göstərən “OneTwoTrip” təşkilatı rusiyalı turistlərin daha çox hansı ölkələrə səfər etdiyini araşdırıb. Mütəxəssislər 2018 və 2019-cu illərdə iyunun 1-dən iyulun 31-dək alınmış təyyarə biletlərini təhlil ediblər. Novator.az xəbər verir ki, hesabata görə, 2019-c...
Gömrük pozuntularının hesabatı
Gömrük pozuntularının hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-iyul aylarında 361 qaçaqmalçılıq faktı, 237 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 14 aksiz markası olmadan mal idxal etmə faktı, 9 gömrük ö...
Xarici ticarət statistikası
2019-cu ilin yeddi ayı üzrə xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 701,4 milyon dollar olub. Bunun 12 milyard 267,7 milyon dolları ixrac, 8 mil...
Hökumət 33 qərara görə 354 min avrodan çox təzminat ödəyib
Demokratik Təşəbbüslər İnstitutunun araşdırma qrupu Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan mülkiyyət hüququnun pozulması ilə bağlı verilən şikayətlər əsasında 2010, 2012 və 2013-cü illərdə çıxardığı qərarlara, onların icrasına aid hesabat hazırlayıb. Demokratik Təşəbbüslər İnstitutu ...
Əfqan Muxtarlı ilə bağlı narahatlıq hələ qalır
Həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva avqustun 24-də “Facebook” şəbəkəsində yazıb ki, Əfqan saxlandığı cəzaçəkmə müəssisəsində məhdudiyyətlərlə üzləşir. Leyla Mustafayevanın yazdığına görə, bunu ona Əfqan özü deyib. Həyat yoldaşı ilə telefon söhbətində Əfqan bildirib ki, o...
İmaməddin Heydərov həbs olunub
AXCP Hacıqabul rayon şöbəsinin sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərova 30 sutka inzibati həbs verilib. Qərarı rayon məhkəməsi avqustun 24-də çıxarıb. AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn “Amerikanın səsi”nə deyib ki, İmaməddin Heydərovun hansı inzibati xətaya görə tutulduğu haqda ailəsin...
Orta pensiya 232 manatı ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2019-cu il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməy...
Turizm: gələn 7,4 faiz, gedən 23,9 faiz artıb
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 187 ölkədən 1 milyon 777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi gəlib. Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, gələnlərin 30,6 faizi Rusiya, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiy...